THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1334
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 avqust 2019 – Newtimes.az

Foreign Policy Journal, ABŞ

Müəllif: Covanni Visente Romero

Təsəvvür edin, Hindistan dövləti Kəşmirdə hind diasporunun və çoxsaylı hindistanlı idmançının iştirakı ilə idman tədbiri keçirir. Bu halda hansı səviyyədə beynəlxalq etirazların ola biləcəyini təsəvvür etmək çətin deyil. Halbuki, bu yaxınlarda qeyri-sabit Cənubi Qafqaz regionunda eyni ssenari həyata keçirilib.

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Xəzər dənizinin sahilində yerləşən, enerji resursları ilə zəngin Azərbaycanın ərazisi kimi tanınır. Qonşu Ermənistanın dənizə çıxışı yoxdur. İllərdir müharibədən zərər görən Dağlıq Qarabağ regionuna məhz bu ölkə iddia edir. Tərəflər arasında münaqişə 1988-ci ildə alovlanıb. Nəticədə çox sayda erməninin yaşadığı Dağlıq Qarabağ regionunda qondarma "Dağlıq Qarabağ Respublikası'' yaradılıb. Bu, Qarabağ ermənilərinin Ermənistan və Rusiya silahlı qüvvələrinin köməyilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20%-ni işğal etməsilə mümkün olub.

Sonradan tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb və o vaxtdan ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın vasitəçiliyilə münaqişənin sülh yolu ilə həllinə çalışılır. Lakin bu cəhdlər hələ nəticə vermir. Bu üzdən 2008 və 2016-cı illərdə tərəflər arasında yeni hərbi əməliyyatlar da olub. Onlar genişmiqyaslı müharibəyə belə, çevrilə bilərdi...

Bütün bunların fonunda Ermənistan rəhbərliyi Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' keçirməklə, bu tarixi, etnik, ərazi münaqişəsində qalib gəldiyini göstərməyə çalışır. Amma onlar buna görə cavab verməli olacaq: ermənilər Azərbaycanın daha ciddi hərbi cavabı ilə üzləşə bilər.

Digər tərəfdən, idmanın siyasiləşdirilməsi istər "ümumerməni oyunları''na, istərsə də ümumilikdə sülh danışıqlarına kölgə salır. Çünki bu idman yarışı təbliğat kimi qəbul edilir və bu prosesdə erməni idmançılarından da istifadə edilir.

Böyük diaspora malik digər dövlətlər kimi, Ermənistan da bütün dünyada erməni xalqının birliyinə istiqamətlənən layihələrə böyük investisiya qoyub. 1999-cu ildən isə hər 2 ildən bir Olimpiya oyunları modelinə uyğun "ümumerməni oyunları'' təşkil edilir. Ermənistan bu idman yarışı ilə xaricdə yaşayan etnik erməni idmançılarda doğma vətənə marağı artırmağa, turizmi inkişaf etdirməyə çalışır. Bunun fonunda Ermənistan mətbuatı son 20 ildə xaricdə yaşayan erməni idmançıların sayının artdığını bildirir.

Avqustun 6-17-də keçirilmiş son belə yarışda 161 ölkədən 5300 idmançı iştirak edib.

Bu il "ümumerməni oyunları''na diqqətin daha çox olması onun açılış mərasiminin ilk dəfə qondarma "Dağlıq Qarabağ Respublikası''nda keçirilməsilə bağlı olub. Yeri gəlmişkən, Ermənistanda ötən il "məxməri inqilab'' nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Paşiyan Dağlıq Qarabağ münaqişəsini onsuz da qeyri-müəyyən məcraya yönəldir. BMT-yə üzv olan heç bir ölkə bu ərazinin müstəqilliyini tanımır və Dağlıq Qarabağ işğal edilmiş ərazi kimi qəbul edilir. Yerevan isə Azərbaycanın etirazına, müxtəlif dövlətlərin xəbərdarlığına rəğmən, orada təşkil etdiyi yarışa 5 mindən çox idmançı dəvət edir. Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti də vətəndaşlarına bu münaqişə zonasına səyahət etməməyi məsləhət görüb.

Dağlıq Qarabağ və regionun digər separatçı anklavları son 20 ildə "müstəqillik''lərinin BMT tərəfindən tanınmasına çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Odur ki, dünya birliyinin bu regiona diqqət ayırmasına, investisiya cəlbinə "ümumerməni oyunları'' kimi idman yarışları və turizm təşəbbüslərilə nail olunmağa çalışılır. Məsələn, Qarabağ erməniləri keçmişdə tanınmamış respublikalar arasında futbol çempionatı da keçirmişdi. BMT-yə üzv hər hansı ölkənin belə yarışlarda iştirakı əlbəttə ki, mümkün deyil. Qondarma qurumlar belə yarışlarla sadəcə, imiclərini yaxşılaşdırmağa çalışır. Amma belə tədbirlərin heç biri arzulanan nəticəni vermir.

Yeri gəlmişkən, baş nazir Paşinyanın "ümumerməni oyunları''nın açılış mərasimində çıxışı Ermənistanın yeni hökumətinin niyyətlərini açıq şəkildə ortaya qoyub. O, minlərlə erməninin toplaşdığı meydanda ölkəsinin gələcəyilə bağlı iddialı fikirlər səsləndirib. Baş nazir deyib ki, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı 5 milyonadək artmalıdır (hazırda bu, 3 milyondur). Paşinyan 2050-ci ilə qədər 1,5 milyon iş yeri açacağını, yoxsulluğu aradan qaldıracağını da söyləyib. Baş nazir Ermənistanı sənaye ölkəsinə çevirəcəyinə, ümumdaxili məhsulu 15 dəfə artıracağına, dəyəri 10 milyard dollardan yüksək olan 5 texnologiya kampaniyası yaradacağına da söz verib. Bununla yanaşı, bildirib ki, ölkədə əməkhaqları 7 dəfə artırılacaq.

Təhlükəsizlik məsələsinə gəlincə, baş nazir vurğulayıb ki, 2050-ci ilə qədər Ermənistan silahlı qüvvələri dünyanın ən güclü 20 ordusundan birinə, ölkə kəşfiyyatı isə dünyada 10 güclü kəşfiyyatdan birinə çevriləcək.

Lakin iddia olunan bu yüksək iqtisadi göstəricilərə yalnız qonşu Azərbaycan və Türkiyə ilə sülhün yaradılmaslı ilə nail olmaq mümkündür. Odur ki, Paşinyanın çıxışı o cümlədən erməni diasporuna Dağlıq Qarabağı işğal etmiş, sülh danışıqlarından gün-gündən uzaqlaşan Ermənistanın gələcəyilə bağlı nikbinlik aşılamağa hesablanmışdı. Əslində, baş nazir özündən əvvəlki hakimiyyət kimi, başa düşür ki, ölkəsinin iqtisadi təməlini erməni diasporunun investisiyaları təşkil edir, erməni diasporu isə Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Məhz bu üzdən Paşinyan hesab edir ki, onun bu çıxışları erməni diasporundakı millətçi qüvvələrin hislərinə toxunacaq, onların Ermənistan iqtisadiyyatına daha çox investisiya qoymağa təşviq edəcək.

Beləliklə, Ermənistan reallığında idman əslində böyük ehtiyac duyulan xarici valyuta uğrunda yarışdır. Yeni investisiyalar dənizə çıxışı olmayan Ermənistanın iqtisadiyyatını xilas etməlidir. Üstəlik, artıq əhali arasında büdcə vəsaitlərinin qeyri-peşəkar xərclənməsilə bağlı narazılıqlar artır. Hər halda, inqilab nəticəsində hakimiyyətə yiyələnmiş Paşinyan vədlərini yerinə yetirmir.

"Ümumerməni oyunları''nda medal qazanmış idmançılar artıq öz ölkələrinə qayıdıblar. Dağlıq Qarabağ uğrunda mübarizə isə davam edir. İnsanlar hələ də "nə hərb, nə sülh'' şəraitində yaşayır. Bu idman tədbiri isə sülh danışıqlarına böyük zərbə vura, Azərbaycanı Ordusunu daha sərt hərbi strategiya yürütməyə vadar edə bilər. Hər halda, oyunların real nəticələrini görəcəyik. Ermənistan hələ ki, sadəcə elan etdiyi qələbənin şan-şöhrətilə qürurlana bilər.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Foreign Policy Journal

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...