THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

“Türkiyənin Avropa İttifaqına üzvlüyündə əsas maneə dindir”

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4552
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 oktyabr – Newtimes.az

Avropa İttifaqına daxil olan bəzi dövlətlərin Türkiyənin bu quruma üzvlüyünə nəyə görə mane olduğu aydınlaşıb. Böyük Britaniyanın keçmiş xarici işlər naziri özünün xatirələr kitabında bunun konkret səbəbini göstərib. Avropalı siyasətçilərin həmin məsələ ilə bağlı verdikləri müxtəlif bəyanatlar səmimi deyilmiş. Əsl səbəb “pərdə arxasında” gizlədilirmiş.

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Cek Strounun xatirələr kitabı nəşr edilib. Kitab “Sonuncu adamın mövqeyi: bir siyasi mübarizin xatirələri” (Last Man Standing: Memoirs of a Political Survivor) adlanır. Memuarın bir fəsli Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə həsr edilib (daha ətraflı bax: İlhan Gökalp. Türkiye'nin AB üyeliği Müslüman ülke olması sebebiyle önleniyor. “Zaman” qəzeti, 3 oktyabr 2012).

C.Strou yazır ki, Türkiyənin Avropa İttifaqına daxil olması qarşısında duran əsas maneə coğrafi movqe ilə bağlı deyil. 2005-ci ildə Türkiyənin quruma tam üzv olmasını nəzərdə tutan prosesin başlamasını biz tarixi hadisə kimi qəbul etdik. Lakin sonra proses donduruldu.

Səbəb kimi Fransa prezidenti Nikola Sarkozi Türkiyənin coğrafi mövqeyini göstərirdi. Lakin həqiqət bu deyil. Dini faktor burada həlledici rol oynayır. N.Sarkozi də reallıqda coğrafi faktoru nəzərdə tutmurdu. Çünki belə olsaydı, Malta və Kiprin yunan hissəsi Avropa İttifaqına qəbul edilməməlıi idi.

Türkiyənin Osmanlının varisi olması və İslam! Məhz bu iki amil Türkiyənin Avropa yolundakı əsas maneələridir. Osmanlı kimi güclü bir imperiyanın “libası”ndan çıxmış bir böyük dövləti Avropada bəziləri çox qısqanır. Onlar Avropa İttifaqında özlərindən başqa güclü dövlət görmək istəmirlər.

İslam isə hazırda yüksəlişdədir. O, Avropanı da fəth edir. Ona görə də N.Sarkozi kimi siyasətçilər Avropanın sərhədini daha çox “dini sərhədlər” kimi təsəvvür edirlər. C.Strou kitabında Türkiyəyə bu cür yanaşmanı doğru saymadığını yazır. O, Türkiyənin Avropaya çox lazım olduğunu vurğulayır. Əgər Avropa İttifaqı güclü olmaq istəyirsə, Türkiyəni öz sıralarına qatmalıdır.

Keçmiş xarici işlər naziri Türkiyənin sürətlə inkişaf etdiyini qeyd edir. İndi bu ölkə yalnız iqtisadi deyil, həm də diplomatik sahədə güclənir. C.Strou yazır: “Əgər Avropa İttifaqı güclü olmağa can atırsa, bu, yalnız Türkiyə ilə bir yerdə mümkündür. Avropa İttifaqına Türkiyə, Türkiyəyə Avropa İttifaqı lazımdır”.

C.Strou Türkiyədə dinin tədris edilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu, Türkiyə iqtidarının islamçı olması anlamına gəlmir. Böyük Britaniyada da parlament xüsusi dini ayinlə açılır. İngiltərədə uşaqlar dini kurslara gedirlər. Ancaq heç kim Britaniyanı xristiançılıqda ittiham etmir. Əslində, Avropanın başqa dövlətləri də Türkiyədən nümunə götürməlidirlər.

Newtimes.az

Copyright © 2012 Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...