THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müharibəni necə bərpa etməli?

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1078
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 aprel 2019 – Newtimes.az

The Washington Times, ABŞ

Müəllif: Stiven Blank

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır. Bu təşkilatlar ermənilərlə bağlı istənilən məsələdə aparıcı rola malikdir. Lakin onların Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi əsassızdır. Çünki Ermənistan tərəfindən işğal edilmiş bu region beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır.

Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün 3 böyük dövlət – Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunu təsis edib. Bu qurum da öz növbəsində, münaqişəni sülh yolu ilə həll etmək üçün 2007-2009-cu illərdə "Madrid prinsipləri'' adlı təkliflər hazırlayıb. Bu sənədə əsasən, Dağlıq Qarabağın ətrafında yerləşən və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri dərhal boşaldılmalıdır. Bundan başqa, "Madrid prinsipləri''ndə Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə təminatı verəcək müvəqqəti statusun tanınması, Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, bütün məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması, bundan sonra müqəddəratı təyin etmə prinsipilə bölgənin yekun statusunun müəyyənləşdirilməsi və oraya sülhməramlıların da yerləşdirilməsilə, beynəlxalq təhlükəsizlik təmini yer alıb.

Amerika Erməni Milli Komitəsi isə 2016-cı ildən başlayaraq və böyük ehtimalla rəsmi Yerevanla koordinasiya şəraitində "Madrid prinsipləri”ni "məntiqsiz'' və "qeyri-demokratik'' adlandırır. ANCA-nın əsas narazılığı "Madrid prinsipləri''ndə Dağlıq Qarabağın müstəqil ərazi kimi tanınmamasındandır. Halbuki, sənəddə Dağlıq Qarabağın müstəqilliyi haqlı olaraq tanına bilməz. Çünki bölgənin müstəqil olması heç bir halda mümkün deyil.

Bu yaxınlarda ANCA "Madrid prinsipləri”nə qarşı olduğunu növbəti dəfə bəyan edib. Ultramillətçi mövqedən çıxış edən təşkilat Dağlıq Qarabağa müstəqillik tələb edir və uydurma ittihamlar səsləndirir. Başqa sözlə, erməni təşkilatı Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını, bununla da ərazilərin işğalının qanuniləşməsini istəyir. Lakin Dağlıq Qarabağ münaqişəsinin belə yanaşma ilə həlli mümkün deyil.

ANCA bir çox faktı gizlətməyə çalışır. Məsələ ondadır ki, Ermənistanda Qarabağ müharibəsi və Yerevanın ərazi iddiaları 1990-cı illərdən siyasi gündəmi "işğal edib''. Bu, son "məxməri inqilab'' proseslərinə də aiddir. Halbuki, məhz bu münaqişə nəticəsində Ermənistan demoqrafik və iqtisadi böhran yaşayır. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir. O, regional inkişafdan təcrid olunub. Onun qonşuları isə davamlı olaraq inkişaf edir və çiçəklənir.

Bu arada onu da qeyd edək ki, Yerevan Vaşinqtonun nə dostudur, nə də müttəfiqi. O, Amerika dəyərlərini o qədər də qəbul etmir. Ermənistan xüsusilə Qarabağ müharibəsi nəticəsində Rusiyanın vassalına çevrilib. Kremlə beynəlxalq arenada da dəstək verən Yerevan Tehranın da yaxın müttəfiqidir.

Ölkədə ötən il baş vermiş inqilabın səbəbləri məhz bu böhranlardır. İnqilab liderləri miqyaslı demokratik və iqtisadi islahatlar vəd etsə də, ötən 1 ildə bu vədlər yerinə yetirilməyib. Ermənistan və ölkənin yeni baş naziri Nikol Paşinyan sülhün bərqərar olması istiqamətində də effektiv danışıqlar strategiyası hazırlaya bilməyib. Halbuki, effektli islahatlar demoqrafik problemin aradan qaldırılması, effektli demokratik islahatların və iqtisadi inkişafın stimullaşdırılması, hətta bu ölkənin Moskva və Tehranın orbitindən çıxması üçün əsas şərtdir.

Bütün bunların fonunda Yerevan hələ də Dağlıq Qarabağın "müstəqil dövlət'' və ya siyasi qurum kimi, danışıqlarda iştirakına təkid edir. Yerevanın bu yanaşması ANCA-nın mövqeyinə çox yaxındır. Amma bu tələb danışıqların gələcəyini sual altına qoyur. O, ən başdan sülh prosesinə xələl gətirir. Bir sözlə, ANCA ilə Ermənistanın tələbləri Bakı ilə Yerevan arasında Minsk qrupunun dəstəyilə aparılan danışıqların effektiv əsasını təşkil edən "Madrid prinsipləri''nə ziddir. Doğrudur, Azərbaycanla Ermənistan hələlik bu prinsiplərə əməl olunması ilə bağlı razılığa gəlməyib. Amma danışıqlar uzun müddətdir ki, məhz bu sənəd ətrafında aparılır. Demək, bu prinsiplərdən imtina, Minsk qrupunu və ya ATƏT-i Dağlıq Qarabağın müstəqilliyini tanımağa məcbur etmək cəhdləri (bu halda Dağlıq Qarabağ güman ki, Azərbaycan ərazilərini "Böyük Ermənistan'' yaratmaq məqsədilə işğal altında saxlayan Ermənistana birləşdiriləcək) sonsuz müharibə deməkdir. Amma müharibənin yenidən başlamasından ultramillətçi ermənilərdən başqa heç kəs, o cümlədən sıravi ermənilər heç bir fayda görməyəcək.

Ermənistan hökumətinin ANCA-nın tələblərini nə qədər bölüşdüyü aydın deyil. Lakin bu erməni təşkilatı ilə Paşinyan hökumətinin danışıqlar prosesilə bağlı bəyanatlarında oxşarlıq açıq-aşkar görünür. Halbuki, Ermənistanın maraqlarına nə ANCA-nın bəyanatı, nə də Paşinyanın dolaşıq və ziddiyyətli mövqeyi uyğundur. Ermənistanın müdafiə naziri David Tonoyanın bu yaxınlarda səsləndirdiyi "müharibə nəticəsində yeni ərazilər'' çağırışı isə onsuz da kövrək olan sülh prosesini daha da sarsıdır.

ANCA-nın son bəyanatı müharibənin yenidən başlanmasına dəvət və ya tələbdir. Halbuki, Ermənistanın bu müharibədə qalib gələcəyinə zəmanət yoxdur. Yeni müharibə nəticəsində bu ölkə fəlakətlə üzləşəcək, onun iqtisadiyyatı daha da çökəcək. Yeni müharibə təbii ki, Ermənistandakı demokratiyaya, tərəqqiyə yardım etməyəcək, demoqrafik problemi aradan qaldırmayacaq. Ermənistan uğur qazanmaq istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfinin maraqlarına uyğun həllinin daxili inkişaf üçün vacib olduğunu qəbul etməli, həmçinin ANCA kimi millətçi erməni lobbiçilərini cilovlamalıdır.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: The Washington Times

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...