THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1983
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 mart 2019 – Newtimes.az

Kommersant, Rusiya

Müəllif: Georgi Davali

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Ermənistana səfər edib. Onun Ermənistan rəhbərliyilə apardığı danışıqların bir mövzusu da regional münaqişələr olub. Yerevanda gürcü dövlət başçısından bu yaxınlarda Bakıda olarkən "Gürcüstan və Azərbaycan torpaqlarının işğal olunduğunu'' bəyan etməklə nəyi nəzərdə tutduğunu öyrənməyə çalışıblar. Nəticədə Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağla bağlı mövqeyini bir daha təsdiqləyib, hətta Ermənistan rəhbərliyinin ünvanına ittihamlar da səsləndirib.

Zurabişvilinin bu sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərilə münasibətdə qoruduğu bərabər məsafə siyasətinə son qoya bilər. Odur ki, Yerevanda Gürcüstan prezidentini qəbul edən Ermənistan rəhbbərliyi üçün daha çox Saloma Zurabişvilinin Bakıda verdiyi bəyanatı necə əsaslandıracağı maraqlı idi.

Xatırladaq ki, Bakıya fevralın 27-də rəsmi səfər etmiş xanım Zurabişvili orada Azərbaycan və Gürcüstan "ərazilərinin işğalı'' mövzusuna toxunmuşdu. O zaman prezidentin Gürcüstanın keçmiş muxtariyyətləri olan Abxaziya və Cənubi Osetiya ilə bağlı "Rusiya işğalı'' ifadəsini işlətməsi heç kəsi təəcübləndirməmişdi, çünki Gürcüstan rəhbərləri Moskvanın ünvanına belə ittihamlarla tez-tez çıxış edir. Lakin Gürcüstan prezidenti demək olar ki, ilk dəfə Ermənistanı açıq şəkildə Dağlıq Qarabağı və Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərini işğal etməkdə günahlandırmışdı.

"Biz öz müstəqilliyimizi yenidən birlikdə bərpa etdik. Biz son illər eyni faciələri yaşadıq'', - deyə Salome Zurabişvili Azərbaycan prezidenti İlham Əliyevlə görüçündə bildirmişdi. O, "eyni faciələr'' dedikdə məhz "ərazilərin işğalını'' nəzərdə tutduğunu da əlavə etmişdi. "İşğal məsələsi bizim üçün hələ də açıq yara olaraq qalır'', - deyə prezident qeyd etmişdi. O, işğala baxmayaraq, Gürcüstan və Azərbaycan dövlətlərinin "iqtisadiyyatı gücləndirməyə nail olduqlarını'' da məmnunluqla vurğulamışdı.

"Kommersant”ın əldə etdiyi məlumata görə, Yerevanda Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyanla görüşən Salome Zurabişvilinin qarşısında onun Bakı bəyanatı müxtəlif sərtliklə qaldırılıb. Lakin Gürcüstan prezidenti nə sözlərinə bəraət qazandırmağa, nə də dediklərini "malalamağa'' şalışıb.

Məsələn, Ermənistan Milli Assambleyasının sədri Arara Mirzoyanla görüşdə Zurabişvili deyib ki, Ermənistanın Gürcüstanın ərazi bütövlüyünü yalnız sözdə yox, həm də əməldə dəstəkləməsi onun ölkəsi üçün çox vacibdir. Elə buradaca dövlət başçısı Dağlıq Qarabağdan erməni nümayəndə heyətlərinin Abxaziya və Cənubi Osetiyaya səfərlərini nəzərdə tutduğunu söyləyib. "Bununla bu səfərlərin təşkilatçıları bu münaqişələrin simmetrik olduğunu nümayiş etdirir'', - deyə Gürcüstan prezidenti bildirib: "Bu, çox kədərli və ağrılıdır. Biz hesab edirik ki, burada (Ermənisanda – "Kommersant'') bizim ölkəmizə qarşı xoş niyyət yoxdur''.

Tbilisidə hesab edirlər ki, prezident Zurabişvişinin son bəyanatları bütün postsovet dövrü üçün misilsizdir, çünki indiyədək Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri ilə münasibətdə neytrallığı qorumağa çalışıb. Bunu "Kommersant”a açıqlamasında müxalif "Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, keçmiş xarici işlər nazirinin müavini Sergi Kapanadze də təsdiqləyib. Onun fikrincə, prezident belə "həssas mövzu''ya münasibət bildirərəkən "daha ehtiyyatlı'' olmalı idi. Bununla yanaşı, Kapanadze etiraf edib ki, Salome Zurabişvilinin bəyanatları onu təəcübləndirməyib: "Bu, hələ başlanğıcdır. Başqa bənzər bəyanatlar da olacaq''.

Gürcüstan hökumətindən prezidentin Bakı və Yerevanda səsləndirdiyi bəyanatlara münasibət bildirmək istəməyiblər. Elə Salome Zurabişvilinin namizədliyini dəstəkləmiş hakim "Gürcü arzusu'' partiyasından olan deputatlar da bu haqda danışmır.

Müstəqil politoloq David Avalişvili isə xatırladır ki, Gürcüstan Konstitusiyasına görə, dövlət başçısı yalnız rəmzi fiqurdur. Bu üzdən politoloq hesab edir ki, xanım Zurabişvilinin bəyanatları çox vacib və misilsiz olmaqla yanaşı, "Yerevan və Bakıdakı ciddi, məsuliyyətli xadimlər bu bəyanatları Gürcüstan dövlətinin Ermənistan-Azərbaycan münaqişəsilə bağlı mövqeyində köklü dəyişiklik'' kimi qəbul etməyəcəklər.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kommersant 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...