THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
748
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 yanvar 2019 – Newtimes.az

Lragir.am, Ermənistan

Müəllif: Hakob Bədəlyan

ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyanla Elmar Məmmədyarov arasında Parisdə baş tutmuş görüşdən sonra verdikləri bəyanatda qeyd olunurdu ki, görüşdə bir çox məsələlər müzakirə olunub. Amma bu bəyanatda bir vacib məqam var.

Sənəddə deyilir ki, "həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''.

Bu cümlənin mənası ətraflı izah edilmir, amma onu dəqiq deyə bilərik ki, bu presedentsiz informasiyadır. Hər halda, bu çox nadir haldır ki, xarici işlər nazirləri səviyyəsində keçirilmiş görüşdən sonra həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılmasına dair birgə layihələrin vacibliyini qeyd edirlər. Ən maraqlısı isə odur ki, bu məsələ Qarabağ münaqişəsinin həllinə dair hər hansı bir razılaşma ilə əlaqələndirilmir.

Bu həm də ona görə maraqlı haldır ki, həmsədrlərin səsləndirdiyi fikri Ermənistanın "müəlliflik hüququnun obyekti'' hesab etmək olar. Çünki, belə təşəbbüslə həmişə Yerevan çıxış edib. Siyasi qarşıdurmanın mövcudluğuna baxmayaraq, Yerevan hələ Robert Köçəryanın prezidentliyi dövründə bəyan edib ki, Ermənistan birgə iqtisadi təşəbbüslərin dəstəklənməsinə yönəlmiş siyasət yürüdür. O zaman Robert Köçəryan deyirdi ki, siyasi qarşıdurmanın mövcud olduğu bir şəraitdə gərginliyin azaldılmasına və sabitliyin təmin edilməsinə yönəlmiş iqtisadi metodikanın sınaqdan keçirilməsi mümkündür. Bu, tərəflərin çətin siyasi məsələləri bir kənara qoyaraq, regional iqtisadi əməkdaşlıq sahəsində vasitəçilərin köməyilə ümumi ortaq nöqtələr tapmağa cəhd etmələri anlamına gəlir.

Yəni hərbi-siyasi qarşıdurma mövcud olsa da, Ermənistanla Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edir. Amma tabii ki, Azərbaycan məlum səbəblərdən Ermənistanın bu təklifini hər zaman rədd edib. Üstəlik, bu illər ərzində Azərbaycanın yürütdüyü siyasət onu göstərir ki, Bakı öz mövqeyindən dönməyə hazırlaşmır.

Beləliklə, Ermənistan strateji planlarını hazırlayarkən bu amili nəzərə almalıdır və anlamalıdır ki, Azərbaycan güzəştə getmək niyyətində deyil. Başqa sözlə, Bakı Yerevanla iqtisadi əməkdaşlığa razılaşa bilməz.

İndi, uzun illər sonra ATƏT-in Minsk qrupu həmsədrləri regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyindən danışır. Bəlkə yeni yaranmış şəraitdə həmsədrlər tərəflərin həmin iqtisadi metodikanın tətbiqinə dair fikrini öyrənməyə çalışır? Bəs Azərbaycan öz mövqeyindən geri çəkilərək siyasi qarşıdurmanı bir kənara qoyub iqtisadi məsələlərin müzakirəsinə keçməyə hazırdırmı? Hər halda, Bakının davranışları və verdiyi bəyanatlar (son zamanlar Azərbaycan tərəfinin bəyanatlarında müəyyən yumşalma meylləri hiss olunsa belə) bunu deməyə əsas vermir.

Məlum olduğu kimi, Azərbaycanın yürütdüyü siyasətin kökündə Ermənistanın təcrid edilməsi, regional iqtisadi layihələrdən kənarlaşdırılması və regionun iqtisadi potensialından Ermənistanın faydalanmasının qarşısının alınmasına yönəlib. Belə olan təqdirdə, həmsədrlərin son bəyanatının mənası nədir? Onlar regionun iqtisadi potensialının reallaşdırılması məsələsində Ermənistana yardım etməyə hazırdırmı?

Onlar Ermənistanın regional əhəmiyyətli layihələrinə yatırım etməklə, Bakıya göstərə bilərlər ki, təklifi rədd etmək mənasızdır və bununla barışmaq lazımdır. Yeri gəlmişkən, Avropa İttifaqının son günlərdə səsləndirdiyi bir bəyanat bu baxımdan diqqətəlayiqdir. Bəyanatda Dünya Bankı ilə birlikdə 13 milyard dollar dəyərində olan iri infrastruktur layihəsinin həyata keçirilməsi nəzərdə tutulduğu qeyd olunur. Bu məbləğdən 700 milyon dolları Ermənistanda İranla dövlət sərhədindən Gürcüstanla dövlət sərhədinə qədər yolun çəkilməsinə, həmçinin Ermənistanın İranla sərhəddə yerləşən sərhəd keçid məntəqəsinin yenidən qurulmasına yönəldilməlidir.

(Erməni dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: Lragir.am

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...