THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
982
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 oktyabr 2018 – Newtimes.az

Birləşmiş Ştatların nüfuzlu "The Washington Times" qəzeti "Caspian Group Holdings"in direktoru Rob Sobhaninin "Con Bolton Azərbaycana yola düşür" sərlövhəli məqaləsini dərc edib. Məqalədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Bakıya tezliklə nəzərdə tutulan səfəri və Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlıqdan bəhs olunur. Müəllif yazır ki, ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib. Cənab Bolton geopolitik cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir. Sobhani qeyd edir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib.

Müəllif daha sonra vurğulayır ki, 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra Prezident Heydər Əliyev qlobal terrorizm təhlükəsinə qarşı mübarizədə ABŞ-ı tam və qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Azərbaycan hərbçiləri İraqda və Əfqanıstanda amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət etməkdə davam edirlər. Heç şübhəsiz ki, cənab Bolton daimi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirəcək. Həmçinin qeyd olunub ki, Con Bolton Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın verdiyi töhfəni alqışlamalıdır.

Sobhani yazır ki, Merilend xeyriyyəçi ərzaq fondu mərhum Prezident Heydər Əliyevin şərəfinə Azərbaycan səfirindən hər il ianə alır. Faktiki olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva (bir çoxları onu şəfqətli birinci xanım adlandırır) amerikasayağı comərdliyi paylaşırlar. Məqalənin sonunda deyilir ki, Mehriban Əliyevanın Birləşmiş Ştatlardakı "Save A Child’s Heart", "The Urban Alliance" və "Longview School for the Disabled" (əlillər üçün Lonqvyu məktəbi) kimi təşkilatlara xeyriyyə yardımını da qeyd etmək vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
16 mart 2019 Коммерсантъ

Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi

Salome Zurabişvili Qarabağ məsələsində Azərbaycanı dəstəklədi.

Davamı...
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
23 yanvar 2019 Lragir.am

Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!

"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''

Davamı...