THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1680
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 oktyabr 2018 – Newtimes.az

ABŞ-da nəşr olunan "Foreign Policy'' jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

AZƏRTAC-ın məlumatına görə, müəllif Maksim Edvards "Ermənistanda ''inqilabdan sonrakı'' şadyanalıq başa çatıb'' adlı məqaləsində yazır ki, bu ilin iyununda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin agentləri Manvel Qriqoryanın Eçmiədzin şəhərinin hüdudlarından kənarda yerləşən mülkünə baxış keçiriblər. Silahlar və retro avtomobil kolleksiyası ilə yanaşı, həmçinin Ermənistanın təcavüz etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni xidmətdə olan erməni əsgərlərinin ərzaq payları aşkar edilib. Bildirilir ki, mülk sahibi bu hərbi payları və ərzağı öz şəxsi zooparkındakı heyvanları yemləmək üçün istifadə edirmiş. Müəllif qeyd edir ki, 30 faizi yoxsulluq həddindən də aşağı yaşayan erməni xalqı üçün bu, bir şok oldu. Manvel Qriqoryan hərbçi və 1999-cu ildən Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Respublikaçılar partiyasından seçilmiş deputat idi.

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Sarkisyan klanı üzvlərinin, o cümlədən Sarkisyanın qardaşının və cangüdəninin həbslərinə başlanılıb. Edvards qeyd edir ki, 2008-ci il 1 mart hadisələri ilə bağlı sabiq prezident Robert Koçaryana qarşı da cinayət işi qaldırılıb. O vaxt erməni polisi Yerevanın mərkəzində saxta prezident seçkilərinə qarşı etiraz edən dinc əhaliyə divan tutmuşdu. Bu seçkilər nəticəsində Sarkisyan hakimiyyətə gəlmişdi. Həmin gün 10 nəfər öldürülüb.

Məqalədə Eçmiədzin şəhərinin bütün administrasiyasına və iqtisadiyyatına nəzarət edən general Qriqoryan və onun ailəsi və Ermənistanın paytaxtına 2011-ci ildən rəhbərlik edən Yerevanın meri Taron Marqaryan barədə danışılır. Müəllif, habelə Paşinyan və Respublikaçılar partiyası arasında ölkə parlamentində davam edən qarşıdurmadan bəhs edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...