THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal geosiyasətin xilası: təfəkkür yeniləşməlidir

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4311
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 sentyabr – Newtimes.az

Zbiqnev Bjezinski Vaşınqtondakı nüfuzlu beyin mərkəzlərindən biri olan "Milli Maraqlar Mərkəzinin” beynəlxalq münasibətlərdə aktual məsələləri işıqlandıran "The National Interest" jurnalına müsahibə verib (bax: Zbigniew Brzezinski: U.S. Fate Is in U.S. Hands. The National Interest, August 22, 2012)

Qərbin qlobal üstünlüyü

Z.Bjezinski XX əsrin 90-cı illərində ABŞ-ın buraxdığı iki strateji səhvi vurğulayır. Birincisi, dünya miqyasında meydana gələn yeni geosiyasi reallıqları görə bilməmək. İkincisi, İraqa hərbi müdaxilə etmək.

Birinci səhv ümumiyyətlə, Qərb siyasi təfəkkürünün qüsurları ilə bağlıdır. Sosialist düşərgəsi dağılandan sonra Qərb yaranmış vəziyyətə yaradıcı və aktiv yanaşmaq əvəzinə, uğurdan eyforiyaya qapıldı. ABŞ köhnə geosiyasi ampluasında qaldı, Avropa isə daha da qüdrətlənmək fikrinə düşdü. Təcrübə göstərdi ki, hər ikisi səhv etdi. Bütövlükdə, Qərb tarixi şansını əldən verdi.

İkinci səhv ABŞ rəhbərliyinin dövləti maraqları şəxsi duyğularına qurban verməsinin nəticəsidir. Səddam Hüseyn Amerika siyasətçilərinin şəxs kimi xoşuna gəlməyə bilərdi. Lakin onun rəhbərlik etdiyi İraq bölgdə İranın təsirini azaldan ciddi faktor idi. İndiki parçalanmış, zəif və qarışıq İraq İranın təsirini genişləndirmək üçün uyğun məkana çevrilib.

Əfqanıstanda 10 illərlə qalmaq Amerika xarici siyasətinin ciddi səhvlərindəndir. Z.Bjezinski hesab edir ki, oradan "Taliban” və "əl-Qaidə”ni vurub çıxarandan sonra NATO əsgərləri çıxarılmalı idi. Orta əsr qaydaları ilə idarə olunan cəmiyyətdə demokratik dövlət qurmaq iddiasına düşmək, əslində, Qərb siyasətinin iflasının başlanğıcı idi.

İndi Əfqanıstan və İraq ABŞ-ın dünyadakı nüfuzunu bataqlığa sürükləyən iki "nəhəng gərginlik ocağıdır”. Belə görünür ki, bu mexanizm hələ uzun zaman işləyəcək və Amerikanın ondan necə qurtulacağı məlum deyil. Eyni zamanda, iki ciddi münaqişəyə cəlb edilmək və bunun fonunda Yaxın Şərqdə sabitsizliyin daha da artmasını müşahidə etmək, böyük çətinliklərin mövcud olduğunu təsdiqləyir.

Yeni geosiyasi güc mərkəzi: Amerikanın riskləri

Dünyada geosiyasi güc mərkəzi Şərqə tərəf "dəyişir”. İndi Sakit okean dünyanın geosiyasi nizamının əsas stimullaşdırcı məkanına çevrilə bilər. Bu vəziyyətdə Qərb aparıcı funksiyasını saxlaya bilər. Yəni o, dünyanın yeni geosiyasi nizamını formalaşdıran əsas güc ola bilər. Lakin burada bir incə məqam vardır.

Məsələ ondan ibarətdir ki, hazırda qlobal geosiyasi mühitdə risk faktorunun rolu kəskin artıb. Hər hansı uğursuz addım Qərbi geriyə ata bilər. Onun dünya siyasətinə təsiri kəsklin azalar. Bu baş versə, yeganə günahkar Qərbin özü olacaq.

Qərbin dünya siyasətindəki aparıcı mövqeyini saxlaya bilməsi imkanı Uzaq Şərqdə potensial olaraq ciddi münaqişə ocaqlarının mövcudluğu ilə izah edilir. Məsələnin bu tərəfi haqqında dünya KİV-də kifayət qədər informasiya yer alıb. Deməli, əgər ABŞ başda olmaqla Qərb həmin imkandan yararlana bilsə, öz aparıcı geosiyasi mövqeyini saxlaya biləcək.

Z.Bjezinskinin bu tezisi ümumilkdə, Qərbin geosiyasi kursunun çox əhəmiyyətli cəhətlərinə işıq salır. Görünür ki, Qərbin aparıcı siyasi analitikləri hələ də başqasının daxili işlərinə qarışmaq, orada münaqişələr formalaşdırmaq yolu ilə öz problemlərini həll etmək xəttinə üstünlük verirlər.

O cümlədən, Z.Bjezinskinin təhlili və proqnozu böyük bir geosiyasi məkanda mümkün münaqişələrin, silahlı toqquşmaların meydana gəlməsi ehtimalının yüksək olduğunu deməyə əsas verir. Bu, çox təhlükəli bir yanaşmadır.

Z.Bjezinskinin ifadə etdiyi tezis yeni qlobal geosiyasi nizam modelinin perspektivlərini kölgəyə sala biləcək ideyaların siyasi şüurlarda hələ də qalması əlamətidir. Nəzərə almaq lazımdır ki, Z.Bjezinski kimi insanlar sadəcə fikir söyləmirlər, onlar fikir formalaşdırırlar. Üstəlik, bu ideyalar onun yeni "Strateji baxış: ABŞ və dünya liderliyi böhranı” kitabının əsas tezislərini təşkil edir. Yəni dünyanı hələ də gərgin situasiyaların yaranması, qarşıdurmalar gözləyir.

"Millətlərin baharı”: demokratiyanın sınıq qanadları

Z.Bjezinski hazırda Yaxın Şərqdə geniş vüsət almış diktaturalara etiraz prosesini birmənalı qiymətləndirmir. "Ərəb baharı” adı verilən bu hərəkat keçən əsrin sonlarında Şərqi Avropadakı proseslərdən məzmunca fərqlənir. Belə ki, "millətləşmə” mərhələsini XIX əsrdə başa vurmuş Avropadan fərqli olaraq Yaxın Şərqdə populizm, dözümsüzlük, tayfaçılıq kimi əlamətlər güclü surətdə qalır. Bu mənada, oradakı "baharlar”ın sonunun necə olacağı haqqında dəqiq fikir demək çətindir.

Həmin proses demokratiyaya aparmaya da bilər. Burada daha çox dini dözümsüzlük, fanatizm, demokratik idarəetmə görüntüsü, hüquq sistemninin formallığı kimi faktorlar güclənə bilər. Ona görə də "ərəb baharı” daha çox "demokratiyanın sınıq qanadı”na bənzəyir.

Bu mənzərə həmin proseslərə İsrail-Fələstin münaqişəsinin indiki vəziyyəti aspektində baxdıqda daha qabarıq gözə dəyir. Z.Bjezinskiyə görə, həmin məsələdə ziddiyyətli durum yaranıb. Münaqişə edən tərəflərdən biri – İsrail çox güclənib. Ona görə də onun güzəştə getmək fikri yoxdur. Münaqişənin digər iştirakçısı Fələstin isə çox zəifdir, elə bu səbəbdən də güzəştə getməyi əvəzolunmaz itki kimi qəbul edir.

Bu paradoksallıq sülh prosesini dalana dirəyib. Üçüncü tərəfə ehtiyac duyulur. Güclü və təhlükəsizlik üçün ciddi təminat verə bilən barışdırıcı dövlət meydana çıxmalıdır. Hələlik bu rolu heç kəs ifa edə bilmir. Ona görə də bütövlükdə regionda vəziyyət qeyri-müəyyən olaraq qalır. Kənardakı bir sıra qüvvələr də həmin vəziyyətdən istifadə edirlər. "Ərəb baharı” bu yolla getdikcə öz konkret məqsədini itirir.

Amerikanın bu prosesin istiqamətini dəyişmək şansı isə getdikcə azalır. Çünki ABŞ liderlik legitimliyini itirib. Bu, digər böyük geosiyasi güclərin işini xeyli asanlaşdırıb. Vəziyyəti düzəltmək üçün Qərb Rusiya və Türkiyə vasitəsi ilə "yeniləşməlidir”. Yəni Z.Bjezinski hesab edir ki, Türkiyə Yaxın Şərqdə lider dövlət kimi tam bərqərar olmalıdır. Bunun türklər qədər qərblilər üçün strateji əhəmiyyəti vardır. Faktiki olaraq, başqa variantda ABŞ qlobal miqyasda aparıcı güc olmaq legitimliyini bərpa edə bilməyəcək.

Rusiyaya Z.Bjezinski Avrasiya məkanında mühüm faktor kimi baxır. Bu ölkə Qərbin Uzaq Şərqdə uğur qazanmasını təmin edə biləcək əsas amil ola bilər. Nəticədə, Rusiya-Türkiyə tandemi Qərbin dünyanın qlobal geosiyasi güc olmasını təmin edən vacib faktor kimi qəbul edilməlidir. Bu isə tamamilə yeni geosiyasi yanaşma tələb edir. Görünür, Z.Bjezinski məsələnin bu tərəfi ilə bağlı hələlik susmağa üstünlük verir.

Böyük şans: təfəkkür dəyişməlidir

Məşhur siyasətşünas fikirlərini çox maraqlı tezislə yekunlaşdırır. Dünyada sabitliyə nail olmaq üçün hər şeydən əvvəl amerikanların düşüncə tərzi dəyişməlidir. Z.Bjezinski hesab edir ki, Amerika şəxsi uğur əldə etməyin modelini hazırlayıb. Maddi qazanc əldə etmək və əylənmək fəlsəfəsi burada yaxşı işləyir. Lakin müasir tarixi mərhələdə kollektiv olaraq məsuliyyətli həyat yaşamağın modeli ABŞ-da yoxdur.

Kollektiv yaşamaq başqa dövlətlərlə sülh şəraitində mövcud olmaq deməkdir. Amerika vətəndaşları isə dünya coğrafiyasını və tarixini yaxşı bilmirlər. Onlar bir neçə fraqmentdən başqa tarixi gerçəkliklərin bütöv dinamikası ilə tanış deyillər. O cümlədən, ABŞ vətəndaşları müasir qlobal geosiyasi proseslərdən xəbərsizdirlər.

Belə şəraitdə dünyada aparıcı rol oynamaq demək olar ki, imkansızdır. Bu qüsuru necə aradan qaldırmağın yolları axtarılmalıdır. Lakin belə görünür ki, Amerikada bu haqda ciddi düşünən lider yoxdur. Ona görə də ABŞ üçün risk faktorunun hələ uzun müddət qalacağı nəticəsini çıxarmaq olar.

Z.Bjezinski köhnə siyasi təfəkkür tərzinin İran probleminin reallıqlarını görməyə də mane olduğunu ifadə edir. Məsələ ondan ibarətdir ki, İsrailin Tehrana hərbi zərbə endirməsi daha çox Rusiyaya sərfəlidir. Çünki bu halda neftin qiyməti 200 ABŞ dollarına qədər qalxa bilər ki, Moskva büdcəsini rahat doldurmaq imkanı əldə etmiş olur.

Rusiya həmin variantda Avropanın özündən enerji asılılığını gücləndirə bilər. Yaponiya və Çin isə itirəcəklər. Bunlardan əlavə, dünyanın müxtəlif yerlərində Amerikaya qarşı terror hadisələri arta bilər. İraqı İran qısa müddətdə sünni-şiə məzhəb savaşı meydanına çevirər. Tehrana coğrafi olaraq yaxın olan ABŞ hərbi bazalarına hücum baş verər və s.

Bütün bunlar İsrailin İrana hava zərbəsi endirməsinin birbaşa mümkün nəticələridir. Odur ki, yeni geosiyasi yanaşmaya ehtiyac var. Təfəkkür tərzi yeniləşməlidir. Amerika siyasi şüuru mürəkkəb situasiyalardan necə çıxmaq strategiyası üzərində qurulmalıdır. Bu, təkcə ABŞ-ın yox, bütün dünyanın xilası ola bilər.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...