THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müharibə və blef: İran, İsrail və Birləşmiş Ştatlar

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5681
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 sentyabr – Newtimes.az

ABŞ-ın “Stratfor” analitik mərkəzinin qurucusu və icraçı direktoru professor Corc Fridmanın “Müharibə və blef: İran, İsrail və ABŞ” adlı məqaləsi dərc edilib (baxın).

Müəllif bir neçə maraqlı tezis irəli sürüb. Onlar, bütövlükdə Qərb hakimiyyət dairələrinin Yaxın və Orta Şərq siyasətinin mühüm aspektlərini dərk etməyə imkan verir. O cümlədən, İran ətrafında aparılan oyunların bəzi pərdəarxası məqamlarına nəzər salmaq imkanı yaradır.

C.Fridman Qərbin İran siyasətinin mürəkkəb olduğunu vurğulayır. İsrail-İran-ABŞ xəttində həyata keçirilən geosiyasi gedişlərin tam mənası hələ aydın deyil. Burada hər bir oyunçunun açıq və gizli istifadə etdiyi kartı var. Onların nə zaman tam anlamda masaya qoyulacağı vaxt da məlum deyil. Oyunçular da bunu bilirlər və ona görə də hər biri öz xəttini davam etdirir.

Əsas narahat olanlar isə bu oyunu müşahidə edən region dövlətləridir. Düşündürücüdür ki, C.Fridman Yaxın və Orta Şərqi geosiyasi gərginlikdə saxlamaqda İsrail, İran və ABŞ-ın maraqlarının üst-üstə düşdüyünü sətiraltı vurğulayır. Bunu onların atdığı siyasi və diplomatik addımlardan, apardıqları informasiya müharibəsinin gedişindən hiss etmək olur.

Bu oyunda İsrailin öz maraqları var. O, bir tərəfdən, İrana yerini göstərməklə regional miqyasda söz sahibi olduğunu sübut etməyə çalışır. Bu kontekstdə Tehrana hədə-qorxu gəlir, nüvə obyektlərinə hava zərbəsi endirməkdən danışır. Digər tərəfdən isə, ABŞ-la razılaşdırılmış geosiyasi oyun qurur.

Amerikanın stratejidə İranın güclənməsinə əngəl olacağına Təl-Əviv əmindir. Çünki Vaşinqton dünyada heç bir çox güclü dövlətin meydana gəlməsinə imkan verməməyə çalışır. Ona görə də İsrail İrana indi hərbi zərbə endirməyə elə də həvəsli deyil.

ABŞ-ın məqsədləri daha qlobal xarakter daşıyır. Vaşinqton həvəslə İranın Suriya məsələsində nüfuzunu itirməsini izləyir. Tehran nüvə proqramı vasitəsi ilə dünyada siyasi çəkisini artırmışdı. Ən azından BMT TŞ-nin beş üzvü və Almaniya ilə nüvə məsələsini bir masa ətrafında müzakirə etmək hüququ əldə etmişdi. Bu, istənilən dövlət üçün geosiyasi nüfuz deməkdir.

İndi Suriyada B.Əsədin siyasi karyerasının faciəli başa çatması ilə Tehranın kimi müdafiə etdiyi sadə adamlara belə aydın olur. Yəni İran geosiyasi proqnozlarında yanıla bilir. Bu da dövlətin nüfuzunu zədələyən amildir. Bundan başqa, ABŞ İranın nüvə proqramı ətrafında süründürməçi və qeyri-müəyyən mənzərə yaratmaqla, hər zaman situasiyaya müdaxilə etmək şansını saxlayır. Məhz buna görədir ki, rəsmi Vaşinqton İsraillə İrana hərbi hücum məsələsini müzakirə etməkdən yayınır.

Buna paralel olaraq rəsmi Vaşinqton sanksiyalarla Tehranı təzyiq altında saxlayır. Yəni o, Qərb siyasətinin hədəfində qalmaqdadır. ABŞ həmin üsulla özünün böyük geosiyasi rəqibləri olan Rusiya və Çini də öz oyununun bir parçasına çevirə bilib. Çünki dünyanın bütün böyük gücləri Suriya-İran xəttində baş verənlərə həssas yanaşırlar – onların hər biri öz geosiyasi maraqlarının təmin edilməsinə çalışırlar.

C.Fridmanın məqalədə irəli sürdüyü tezislər əsasında gəldiyi ümumi qənaət diqqətçəkicidir. O, İsrailin Amerika siyasətini yönəltdiyi görüntüsünü yanlış hesab edir. Dərindən vəziyyətə nəzər salanda tamamilə fərqli mənzərə alınır.

İsrail bir neçə ildir ki, İranı hədələməklə, əslində, Vaşinqtonun siyasətinə xidmət edib. Çünki İsrail faktorundan ABŞ istifadə edərək İrana təzyiqlərini tədricən artırıb, onu beynəlxalq aləmdən təcrid edib. Amerikanın əsas məqsədi İranın nüvə proqamını məhv etmək deyil. Başlıca məqsəd İranı müharibəsiz inkişafdan saxlamaqdır. Bu mənada, İsrail siyasətçilərinin ritorikası Amerika üçün çox faydalıdır.

Həmin məntiqlə Netanyahu reallıqda Vaşinqtonun əlinə oynayır. O, özünü Amerikanı İrana qarşı müharibəyə cəlb edən tərəf qismində göstərir. Netanyahunun müharibə haqqında alovlu danışıqları son nəticədə ABŞ-ın İrana təzyiqi artırmaq planlarının bir fraqmentidir. Ona görə də İrana psixoloji təsirin daha da güclənəcəiyini proqnozlaşdırmaq olar.

Newtimes.az

Copyright © 2012 Portaldakı məlumatlardan istifadə etdikdə istinad vacibdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...