THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Henri Kissincer: Yaxın Şərqdə realizm və idealizm

Siz buradasınız: Əsas səhifə »» Xarici mətbuat »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5027
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

"Ərəb baharı”nın sualları

Tanınmış diplomat, ABŞ-ın keçən əsrin 70-ci illərində dövlət katibi olmuş Henri Kissincerin "The Washington Post” qəzetində yeni məqaləsi dərc edilib. Məqalə "Meshing realism and idealism in Middle East" ("Yaxın Şərqdə realizm və idealizm”) adlanır. Orada müasir qlobal geosiyasətin aktual problemləri kontekstində bir regionda baş verən hadisələrin diqqətçəkən təhlili verilib. Qısaca məqalənin əsas tezislərinin təhlili üzərində dayanaq.

"Ərəb baharı” hadisəsinə birmənalı qiymət vermək çətindir. Əksəriyyət onu tərifləyir. Nailiyyət kimi hakimiyyətdən avtokratların qovulmasını qeyd edirlər. Həmin prosesin real nəticələrinə baxdıqda isə qaranlıq məqamların az olmadığı qənaəti yaranır. O cümlədən, inqilaba dağıtdığına görə yox, qurduğuna əsasən qiymət vermək lazımdır.

Bu mənada "ərəb baharı”nın bir ili bizə sevinc əvəzinə paradoks gətirdi. Misal üçün Misirdə baş verənləri göstərmək olar. Qahirənin Təhrir meydanında inqilabçıları alqışlayanlar çox idi. Hakimiyyətə isə islamçı gəldi. Onun ənənəvi olaraq Qərbə münasibəti aydın deyil. İndi yeni prezidentin Misirdə hansı quruluşu yaratmaq istədiyini heç kəs bilmir. Demokratik dəyərlərin məhdudlaşdırılacağı ehtimalı isə qalmaqdadır.

Bununla Misirdə kübar demokratik element marginallaşdı. Bu, ölkəni hara aparacaq? Qərb necə reaksiya verməlidir? Bu suallara cavab axtaran yoxdur. Daha doğrusu, bir çaşqınlıq hökm sürür.

Niksondan Klintona qədər ABŞ prezidentləri bu cür siyasətdə riskin dividendlərdən çox olduğunu dərk edirdilər. Kiçik Buş administrasiyası isə Mübarəkdən çoxpartiyalı seçki tələb etmişdi. Obama da oxşar kurs seçdi. İndi məlum olur ki, ABŞ-ın xarici siyasəti başqa ölkələrdə, xüsusilə Yaxın Şərqdə dövlət idarəçiliyi problemlərinin nə səbəbidir, nə də həlli.

Misirdə "Müəslman qardaşları” ilə hərbçilərin qarşıdurması davam edir. Elektorat parçalanıb. Ona görə də ABŞ-ın xarici siyasəti Misirdəki iki siyasi-ideoloji kurs arasında "üzülür”. Çaşqınlıq burdan yaranır.

Bu vəziyyətə görə, Amerikada realistlərlə idealistlərin mübahisəsi dərinləşib. Realistlər proseslərə təhlükəsizliyin strategiyası aspektində yanaşırlar. İdealistlər isə demokratiyanın inkişaf etdirilməsi imkanları müstəvisində hərəkət etməyi doğru hesab edirlər. ABŞ bu iki mövqeni birləşdirməyi bacarmalıdır.

Həmin kontekstdə suallar yaranır. ABŞ ölkələrin daxili işlərinə qarışmalıdırmı? Hansısa bir tərəfə dəstək verməlidirmi?

Suriya dilemması

Suriyada daha çətin vəziyyət yaranıb. ABŞ Misirdə bir tərəfə dəstək verdi, nəticə gözlənilən olmadı. Suriyada proseslərə birbaşa qarışmır, yenə də ürəkaçan bir nəticə yoxdur. Buradan çıxış yolu varmı?

Amerika cəmiyyətində belə bir rəy var ki, Suriyada demokratiya Bəşər Əsədin hakimiyyətdən getməsinə bağlıdır. Əslində isə söhbət milli azlıqlarla bir yerdə Əsədin tərəfdarları ələvilərlə sünni çoxluq arasında olan mübarizədən gedir. Əsəd qətiyyətsiz adamdır. Ona görə də Suriyada münaqişənin uzanacağını təxmin etmək olar. B.Əsədin hakimiyyətdən getməsindən sonra isə mümkündür ki, böhran daha da dərinləşsin.

Ələvilərlə sünnilər arasındakı ziddiyyətlər bu halda daha da kəskinləşə bilər. Əsəddən sonra Suriyada daha qarışıq vəziyyət yaranması gözləniləndir. Əsəd iqtidarına siyasi alternativ tapmaq Misirdən xeyli çətindir. Suriya etnik və icma qurumlarına parçalana bilər. Həmin proses sonradan qonşu ölkələrə də sıçraya bilər.

Suriya münaqişəsinə hansı tərəfdən baxsan, onun iştirakçılarının demokratik məqsədlərə sadiqliyi və onların maraqlarının Qərblə üst-üstə düşməsi məsələsi qaranlıq qalır. İndi münaqişəyə "əl-Qaidə” də qatılıb. Özü də ABŞ-ın istədiyi tərəfdə bu işə başlayıb.

Amerikanın düşməni Suriyada onun dəstək verdiyi siyasi qanadda təmsil olunur. Bu, Vaşinqton siyasətinin küncə sıxılmasıdır. Belə vəziyyətin kökündə isə amerikanların etiraf etmək istəmədikləri bir həqiqət durur. ABŞ-ın Əsədlə İran alyansının pozulmasında strateji marağı var.

Ərəb dünyasında üsyan başlayandan bu yana 4 hökumət süqut edib. ABŞ bu müddətdə insan həyatını qurtarmağın qayğısına qalıb. Bu mövqeni dəyişmək lazımdır. Münaqişəni sırf ideoloji çərçivədə qəbul etmək doğru deyil.

ABŞ addımlarını strateji maraqları müstəvisində atmalıdır. Amerika qətiyyətli və ardıcıl siyasət yeritməlidir. Belə olmasa, regiondakı digər güclər ABŞ-ın maraqlarını qəbul etməyəcəklər. Bunun üçün isə realizmlə idealizmi birləşdirmək lazımdır. Hələlik bu, baş tutmur.

P.S. Məqalənin mətni ilə http://www.washingtonpost.com/opinions/henry-kissinger-meshing-realism-and-idealism-in-syria-middle-east/2012/08/02/gJQAFkyHTX_story.html linkindən tanış olmaq mümkündür.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...