
Arminfo
"May ayının 6-da Ermənistan Parlamentinə keçiriləcək olan seçkilər zamanı seçicilərin 19.7% - i öz səslərini satmağa hazırdırlar. Bu hal-hazırda Ermənistanda bir ənənəyə çevrilib.” Bunu cümə günü jurnalistlərə müsahibəsində "Exit poll” sosial araşdırmalar mərkəzinin nümayəndəsi Levon Andreasyan söyləyib.
22 mart - 8 aprel tarixlərində Qara dəniz və Xəzər dənizi regionu üzrə siyasi və sosial araşdırmalar institutunun təklifi ilə İrəvanda və ölkənin digər rayon mərkəzlərində 2710 nəfər arasında mərkəz tərəfindən aparılan sorğu göstərir ki, seçicilərin 9.4%-i seçki kompaniyası zamanı verilən vədlərə inandıqları üçün, 12%-i dost və ya qohumları onlardan xahiş etdikləri üçün, 16.6%-i müxalifətdə olduğu üçün və 19.7%-i verəcəyi səslərə görə pul alacaqlarına ümid etdikləri üçün səs verəcəklər.
"Sonuncu qrup ölkə üçün təhlükəli olan xarici qüvvələrin əlində vasitəyə çevrilə biləcəyi üçün sorğunun nəticələri təhlükəlidir.” – deyə Andreasyan bildirir.
Mərkəzə görə seçkilərdə iştirak edəcək 9 partiyanın 5-i, iqtidarda olan Ermənistan Respublika Partiyası, Çiçəklənən Ermənistan Partiyası, Daşnaksütun partiyası, Ermənistan Milli Konqresi və İrs partiyası, 5%-lik baryeri aşacaq. Bu partiyalardan Ermənistan Respublika partiyası və Çiçəklənən Ermənistan partiyasının 50%-dən çox səsi alacağı güman edilir
New Times
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...