Fransanın maskası artıq yırtılmışdır. Qaradan o tərəfə rəng yoxdur. Sözü ilə əməli üst-üstə düşməyən bir dövlətlə yol yoldaşı olmağa dəyməz. Müstəqil, suveren dövlətin ərazini parçalamağı özünə rəva bilən, separatçılığı, terrorçuluğu dəstəkləyən bir dövlətlə yalnız başa düşdüyü dildə danışmaq lazımdır. Rəsmi Bakı artıq xəbərdarlıq etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, onu parçalamaq niyyətinə düşən hər hansı ölkə lazımi cavabı alacaqdır. Ermənistan kimi saysız-hesabsız müharibə cinayətləri törətmiş dövlətə dəstək verənlərlə Azərbaycan bir sırada dura bilməz.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair razılaşma imzalayıblar. Sənəd noyabrın 10-da Rusiyanın vasitəçiliyilə imzalanıb. Bununla da Qarabağda sentyabrın 27-də başlamış hərbi əməliyyatlar başa çatıb. Təxminən ayyarım davam etmiş döyüşlərdə Ermənistan tərəfi böyük itkilər verib.
Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə əvvəlcə həmsədrlərdən danışıqlar prosesinin detallarını öyrənmək və hakimiyyətini möhkəmləndirmək üçün vaxt istədi. Həmin ilin dekabrındakı parlament seçkilərində Paşinyan hakimiyyətini möhkəmləndirən kimi XİN-in qarşısında vəzifə qoydu: danışıqlar prosesinin məzmunu dəyişdirmək.
Minsk qrupunun digər həmsədrləri olan Fransa və ABŞ diplomatik kanallar vasitəsilə Moskvadan incidiklərini bildiriblər. Onlar hesab edirlər ki, artıq "Ermənistanın kapitulyasiyası haqqında akt" adı ilə daha məşhur olan döyüş əməliyyatları zonasında atəşkəs haqqında üçtərəfli bəyanatın hazırlanması və imzalanması ərəfəsində və gedişində bu iki həmsədr "unudulub".
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ermənipərəst fəaliyyəti ilə Azərbaycan və Türkiyəni narazı salacaq bütün addımları atıb. İndi də Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma "qurumu" tanımağı düşünür. Fransa Senatının belə bir qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması isə Bakı və Ankarada ciddi narazılığa səbəb olub. Lakin qeyd olunmalıdır ki, Fransa Senatı bu məsələ ilə bağlı müsbət qərar qəbul etsə belə, qəbul edilən qətnamənin heç bir hüquqi çəkisi olmayacaq. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa ölkənin bir orqanı bu müddəanı poza bilməz.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...