Brüssel müzakirələri: İlham Əliyevin tarixi-geosiyasi və diplomatik nailiyyəti
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı müzakirələr müstəqil dövlətçilik tariximizin şanlı səhifələrindən biri kimi yaddaşlardan silinməyəcək. Ekspertlər indi bu görüşün geosiyasi nəticələrini analiz edirlər. Bunun tarixi perspektivdə Azərbaycanda müstəqil dövlət quruculuğunun hazırkı mərhələsinin diplomatiya və geosiyasətlə kəsişən mühüm faktorları aspektində də çox əhəmiyyətli hadisə olduğunu etiraf etməyimiz lazımdır. Brüssel müzakirələri Ermənistanla münasibətlərin yaradılması üçün Azərbaycanın irəli sürdüyü baza prinsiplərinə dair təklifin dəstəklənməsi ilə yanaşı, görüşdən sonra Avropa İttifaqının postmünaqişə mərhələsində Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərəni qəbul etdiyini bəyan etməsi baxımından da vacib olaydır. Başqa faktorlarla yanaşı, həm də ona görə ki, üçüncü Brüssel görüşü ərəfəsində ABŞ, Rusiya, İran və Türkiyə Azərbaycanın mövqeyini ədalətli hesab etdiklərini ifadə etdilər.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...