THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

16 il: yeni mərhələdə yüksəlişin təminatçısı

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3063
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 oktyabr 2019 – Newtimes.az

Hər bir xalqın özünəməxsus dövlətçilik tarixi olur. Bu prosesdə liderlər əvəzsiz rol oynayırlar. Azərbaycan dövləti üçün XXI əsr uğurla başladı. Bu, birbaşa ölkəyə rəhbərlik edən insanların şəxsiyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 2003-cü ildə əbədiyyətə qovuşandan sonra İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladı. Keçən 16 illik təcrübə bu müddətdə Azərbaycan Prezidentinin böyük uğurla fəaliyyət göstərdiyini sübut edir. Bütün sahələrdə həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər, beynəlxalq miqyasda qazanılan uğurlar göstərir ki, Azərbaycan müstəqil dövlət kimi inamla irəliləyir və bu proses davam etməkdədir. Prezident İlham Əliyev 16 il əvvəl xalqa verdiyi vədlərinə tam əməl etməklə yanaşı, daim daha yüksək nəticələrə nail olur. Bütün bunların kontekstində Prezidentin 16 illik fəaliyyətinin geosiyasi əhəmiyyətli məqamları üzərində geniş dayanmağa ehtiyac gördük.

Ulu öndərdən sonra: layiqli varisin nailiyyətləri

XXI əsrin başlanğıcı qlobal geosiyasi vəziyyətin daha da mürəkkəbləşməsi və müxtəlif təbiətli risklərin artması ilə yadda qalıb. Böyük güclərin liderlik və nüfuz uğrunda mübarizəsi fonunda müstəqilliyini əldə etmiş ölkələrin suverenliyini qoruyub saxlaya bilməsi və dövlət quruculuğunu uğurla davam etdirməsi bütün aktuallığı ilə qarşıda dayanırdı. Cənubi Qafqaz kimi ziddiyyətli bir geosiyasi məkan bu baxımdan daha həssas durumda idi. Üstəlik, burada təcavüzkar Ermənistan əlavə risklər və təhdidlər yaratmaqda idi.

Azərbaycan Cənubi Qafqazda XXI əsrin başlanğıcında digərlərindən daha mürəkkəb bir şəraitdə inamla müstəqil dövlət quruculuğunu aparırdı. Lakin Ulu öndər Heydər Əliyevin səhhətində yaranmış problemlər bir sıra sualları meydana çıxarırdı. Azərbaycan xalqı Heydər Əliyevin dahiyanə, yüksək qətiyyət, uzaqgörənlik və xilaskarlıqla həyata keçirdiyi siyasətə alternativ görmürdü və başqa variantı qəbul etməzdi. Çünki Azərbaycan müstəqilliyini qazanandan sonra Ermənistan havadarlarının dəstəyi və təhriki ilə ölkəmizə təcavüz etməkdə idi. O ağır günlərdə xalqı və dövləti sözün əsl mənasında Ulu öndər Heydər Əliyev xilas etdi.

Ümummilli lider 1993-cü ildə xalqın təkidi ilə nəinki hakimiyyətə xilaskar kimi qayıtdı, həm də 10 il müddətində dərin düşünülmüş siyasi kursu həyata keçirməklə əvəzedilməz dövlət başçısı imicini qazandı. 2003-cü ildə isə Ulu öndər əbədiyyətə qovuşdu. O zaman xalq Heydər Əliyevi kimin əvəz edəcəyini düşünürdü. Ancaq böyük Heydər Əliyev həyatını həsr etdiyi Azərbaycan dövləti və xalqı üçün bu məsələdə də ən yaxşı həll yolunu tapmışdı. O, öz siyasi varisini həm müəyyən etmiş, həm də mükəmməl şəkildə yetişdirmişdi. Bununla da Ulu öndər gələcək nəsillərə ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən zəngin irs və siyasi məktəb miras qoyub.

Heydər Əliyev Azərbaycan vətəndaşlarına ünvanlandığı 1 oktyabr 2003-cü il tarixli müraciətində vurğulayırdı: "...O (Ulu öndər İlham Əliyevi nəzərdə tuturdu – red.), yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu tarixi müraciətdən 15 gün sonra Azərbaycan xalqı Ulu öndərin fikirlərinə, mövqeyinə və yeritdiyi siyasətə tam sədaqətini səsvermədə sübut etdi. İlham Əliyev prezident seçkisində 76 faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycanda çox uğurla siyasi hakimiyyət tam qanuni yolla ötürüldü. Əslində, həmin məqamın da demokratiklik baxımından əhəmiyyəti çox böyükdür. Çünki qarışıq geosiyasi dönəmdə həmişə fürsətdən istifadə etməyə çalışan, aranı qatan, Azərbaycanın mənfi obrazını yaratmağa cəhd edən dairələr tapılır. Azərbaycan Ulu öndərin Prezidentliyi dövründə tam müstəqil, milli maraqlara xidmət edən siyasət yeritmişdi və bundan narahat olanlar az deyildi. Ancaq Azərbaycan hakimiyyəti və xalqı birlik nümayiş etdirərək, layiq bildiyi siyasətçinin sakit bir şəraitdə qalib gəlməsini təmin etdi. Bu, Heydər Əliyevin siyasi kursunun çox layiqli bir varis tərəfindən uğurla davam etdiriləcəyinin ilk siqnalı idi.

İlham Əliyev 31 oktyabr 2003-cü il andiçmə mərasimindəki nitqində vurğulamışdı: "Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir. Sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs veribdir. Bu siyasətə Azərbaycanda alternativ yoxdur".

Təcrübə göstərdi ki, İlham Əliyev ifadə etdiyi hər bir sözün arxasında dayanan və verdiyi vədlərə əməl edən liderdir. Buna görə də təcrübə həm də Azərbaycan cəmiyyətinin qətiyyən yanılmadığını sübut etdi. İlham Əliyev artıq 16 ildir ki, müstəqil Azərbaycan dövlətçiliyini böyük uğurla inkişaf etdirir, bütün istiqamətlərdə yüksək nailiyyətlər əldə edir. Sadəcə bir sıra faktları xatırladaq.

Bütün istiqamətlərdə dirçəliş: inkişafın yeni modeli

Son 15 ildə Azərbaycan iqtisadiyyatında ümumi daxili məhsul 3,3 dəfə artıb. Bu, iqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində baş verib. Ekspertlər bu dinamikanı dünya miqyasında rekord səviyyə hesab edirlər. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, ölkənin valyuta ehtiyatları 24 dəfə artıb. Hazırda onun həcmi 45 milyard dollardan çoxdur. 16 ildə Azərbaycanda nəhəng sosial islahatlar proqramı həyata keçirilib və bu proses indi də dinamik olaraq inkişaf edir. Milyonlarla yeni iş yeri açılıb. Regionların inkişafı üçün dəqiq işlənmiş proqramlar reallaşır.

Bunlarla yanaşı, İlham Əliyev Azərbaycanın enerji siyasətini böyük uğurla yeni mərhələyə yüksəldib. Prezidentin ölkəmizin, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində çoxkombinasiyalı, müasir, çevik, dərin düşünülmüş siyasi gedişləri dünyanın siyasi liderlərini heyran qoyur. Bunun sayəsində enerji təhlükəsizliyi məsələsi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış etməkdədir.

Bu bağlılıqda ekspertlər İlham Əliyevin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz layihələrinin reallaşmasına nail olmasını ayrıca vurğulayırlar. Azərbaycan Prezidenti həmin məqamla əlaqədar ifadə edib: "Neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı".

Təbii ki, vurğulanan fikirlərin kontekstində ilk olaraq Cənub Qaz Dəhlizi yada düşür. Hamı bilir ki, bu həhlizin yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində anlaşma memorandumu imzalandı. Sonrakı ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. 2014-cü ildə Cənub Qaz Dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu.

Bütün bunlarla yanaşı, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında xarici siyasətdə ciddi nailiyyətlər əldə edib və etməkdədir. Ekspertlər bu bağlılıqda ilk olaraq 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini vurğulayırlar. Ölkəmiz gərgin mübarizədə 155 səs toplayaraq BMT TŞ-nin iki illik üzvü seçildi. Bu, böyük diplomatik qələbə idi və onun memarı Azərbaycan Prezidenti İlham Əliyev idi.

Azərbaycanın dövlət başçısı "Bakı prosesi" adlanan təşəbbüsü də irəli sürməklə dünyada sivilizasiyaların, dinlərin dialoquna konkret töhfə verən fəal bir qlobal hərəkatın yaranmasına səbəb oldu. İndi "Bakı prosesi" dünyada nüfuzu olan hərəkatdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra da dünyada barış, sülh, əməkdaşlıq, mədəniyyətlərin qarşılıqlı əlaqəsi və demokratiya uğrunda fəaliyyətini İlham Əliyevin rəhbərliyi ilə əzmlə davam etdirəcək.

Azərbaycan rəhbərinin beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və orada Azərbaycanın mühüm rol oynamasının təmin edilməsi istiqamətində göstərdiyi fəallıq ayrıca vurğulanır. İndi dünya Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindən perspektivli layihələr kimi bəhs edirlər. Eynilə, Prezident İlham Əliyevin ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı olması siyasi liderlər tərəfindən yüksək qiymətləndirilir.

Artıq Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə keçib. Bu mərhələnin də böyük uğurlar gətirəcəyinə xalq tam inanır. Çünki Azərbaycan etibarlı əllərdədir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...