THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın müstəqillik günü: İlham Əliyevin məktubunun əsas məqamları

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2107
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyul 2019 – Newtimes.az

İyulun 4-də Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 243-cü ili tamam olub. Bununla bağlı son 70 ildə ilk dəfə olaraq ABŞ Prezidenti meydandan xalqa müraciət edib, hərbi parad keçirilib. Dünyanın müxtəlif ölkələrinin başçıları da ABŞ rəhbərliyinə təbrik məktubları ünvanlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Donald Trampa ünvanladığı məktub böyük marağa səbəb olub. Bundan öncə Azərbaycanın milli bayramı münasibətilə ABŞ Prezidenti də İlham Əliyevə məktub göndərmişdi. Ekspertlər Azərbaycanın dövlət başçısının hansı məqamları ifadə edəcəyini maraqla gözləyirdilər. Azərbaycan rəhbərinin məktubunda ifadə edilən tezislər bu suala tam dolğun cavab verməyə imkan yaradır. Eyni zamanda, İlham Əliyevin məktubunun fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın D.Trampı təbriki süni görünür. Erməni lider, faktiki olaraq, heç bir konkret faktdan bəhs edə bilmir. Ümumi gəlişigözəl fikirlər söyləyir ki, onların arxasında konkret bir məna dayanmır. Bu fikirlərin prizmasından D.Trampa Prezident İlham Əliyevin ünvanladığı məktubun maraqlı məqamları üzərində geniş dayanmağa ehtiyac görürük.

Real əməkdaşlıq imkanları: rəsmi Bakının tezisləri

ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə bağlı göndərdiyi məktubda əməkdaşlığa dair aydın fikirlərin öz ifadəsini tapması yaddan çıxmayıb. Amerika rəhbərliyi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti dəstəklədiyini və xüsusilə, Avropada enerji təhlükəsizliyi məsələsinin həll edilməsində oynadığı rolu təqdir etdiyini vurğulamışdı. Bundan başqa, D.Tramp dövlət başçısı İlham Əliyevin beynəlxalq miqyaslı əməkdaşlıq təşəbbüslərini də dəstəklədiyini konkret tezislərlə ifadə etmişdi.

Bunlar ABŞ rəhbərliyinin Azərbaycan Prezidentinə böyük ümidlə yanaşdığını, onunla əməkdaşlığın qiymətli hesab edildiyini göstərirdi. ABŞ-ın müstəqillik günü münasibətilə Prezident İlham Əliyevin D.Trampa ünvanladığı təbrik məktubu müəyyən mənada qarşılıqlı əməkdaşlıq arzularının, xoş niyyətlərin, bütövlükdə regionda sülhün bərqərar olmasının əlamətlərindən biri kimi qəbul edilə bilər. İlham Əliyev də öz məktubunda konkret tezislərlə iki ölkə arasındakı münasibətləri dolğun ifadə edib. Məktubda vurğulanır: "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri daşıyır".

Buradan görünür ki, Azərbaycanla Amerika arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Bu isə Vaşinqtonun Cənubi Qafqazda Azərbaycanla münasibətlərə verdiyi önəmin əhəmiyyətini göstərir. Dövlət başçısı iki ölkə arasındakı əlaqələrə müsbət təsir edən faktorları ayrıca vurğulayaraq qeyd edib: "Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik. Təşəbbüsçüsü olduğumuz və müvəffəqiyyətlə gerçəkləşdirdiyimiz Cənub Qaz Dəhlizi layihəsi isə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfədir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi bizim üçün çox əhəmiyyətlidir".

Belə məlum olur ki, Azərbaycanla ABŞ arasında əməkdaşlığın əsas istiqamətləri beynəlxalq təhlükəsizliyin təmin edilməsində ortaq fəaliyyət və enerji layihələri ilə sıx bağlıdır. Buraya təbii ki, nəqliyyat dəhlizləri də daxildir. Beynəlxalq təhlükəsizliyin təmini sahəsində Azərbaycanın dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında aktiv iştirakı xüsusi qeyd edilməlidir. Təcrübə göstərir ki, rəsmi Bakı məsələnin bu tərəfinə böyük diqqət yetirir. Bununla Azərbaycan rəhbərliyi sözün həqiqi mənasında sülh və barış tərəfdarı olduğunu, beynəlxalq hüquq normalarına böyük önəm verdiyini, demokratik birgəyaşayışın bütün dünyada bərqərar olmasına çalışdığını və cinayətlərə qarşı güzəştsiz mövqedə dayandığını nümayiş etdirmiş olur.

Bu sıraya, əlbəttə ki, Azərbaycanın terrorla mübarizəyə ciddi diqqət yetirdiyi də daxildir. Dünyanın istənilən regionunda terrora Azərbaycan "yox" deyir. Terrorla mübarizədə irəli sürülən təşəbbüsləri birmənalı dəstəkləyir və bu zaman tamamilə beynəlxalq hüquq normaları çərçivəsində problemlərin həll edilməsinə üstünlük verir.

Həmin kontekstdə Prezident İlham Əliyevin məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini konkret ifadə etməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısı məktubda yazır: "Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Helsinki Yekun Aktının müddəalarına əsasən ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həll olunmalıdır. Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik".

Münaqişənin ədalətli həlli: beynəlxalq hüquq normaları və danışıqlar

Burada İlham Əliyev, faktiki olaraq, problemin həllinin əsas prinsipini və onun reallaşması mexanizmlərini dəqiq ifadə edib. Əvvəla, məsələ beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməlidir. Bundan kənara çıxan heç bir addım ədalətli olmayacaq. Bu o deməkdir ki, rəsmi Bakı bu münaqişənin həllində yalnız beynəlxalq hüquq normalarını əsas hesab edir. Burada münaqişənin kiminsə xeyrinə deyil, ədalətli həlli məsələsi qoyulur. Bu, çox vacib bir məqamdır. Çünki əks tərəf əsassız olaraq Azərbaycanı süni yanaşmada ittiham etməyə çalışır və böhtanlar uydurur. İlham Əliyev isə erməni iftiralarının tam əsassız olduğunu göstərib.

Daha sonra dövlət başçısı münaqişənin həllinin konkret hüquqi müstəvisini də ifadə edir. Göstərir ki, burada BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və Helsinki Yekun Aktının müddəalarına əsaslanaraq problemi yoluna qoymaq gərəkdir. Onun siyasi çərçivələrini isə Azərbaycanın ərazi bütövlüyünün təmini, danışıqlara üstünlük verilməsi və ədalətli yanaşma müəyyən edir.

Müasir beynəlxalq hüququn ruhuna və konkret işləmə mexanizmlərinə tam uyğun bir yanaşmadır. Əsl demokratik iradənin nümayişidir. Ümumiyyətlə, sivil dünyaya, demokratik birgəyaşayışın prinsiplərinə böyük hörmətin konkret təcəssümüdür. Çünki Dağlıq Qarabağın və ətrafındakı yeddi rayonun işğal olunmasına, bir milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsinə baxmayaraq, rəsmi Bakı beynəlxalq hüquqa böyük inam və hörmətini saxlayır. Münaqişənin həlli üçün sivil dünyanın qəbul etdiyi yanaşmalardan istifadə edilməsinə üstünlük verir. Məhz buna görədir ki, İlham Əliyev dünyanın demokratik dövlətlərindən olan ABŞ-ın və onun başçısının həmin məsələdə daha aktiv mövqe tutmasının zəruriliyini vurğulayır.

Əlbəttə, dünyanın sivil ölkələrinin siyasi dairələri və ekspertləri İlham Əliyevin yüksək diplomatiya və siyasi mədəniyyət nümunəsi olan məktubuna kifayət qədər diqqətlə yanaşırlar. Onlar Azərbaycan rəhbərinin öz mövqeyində haqlı olduğunu qəbul edirlər. İlham Əliyevin D.Trampa ünvanladığı məktubla Ermənistanın baş naziri N.Paşinyanın yazdığı məktubda ifadə edilən fikirləri müqayisə etdikdə, Azərbaycan Prezidentinin nə dərəcədə yüksək diplomatik mədəniyyətə və peşəkarlığa malik olduğu aydın görünür. N.Paşinyan erməni liderlərinə xas olan yaltaqlıqla Amerikaya göstərdiyi yardıma görə minnətdarlığını bildirir. Əslində, Ermənistanın başqa dövlətlərlə əlaqələri özünə yardım dilənmək üzərində qurulub. Və məktubda N.Paşinyan, faktiki olaraq, bunu etiraf edir.

Baş nazir onu da deyir ki, bu cür dəstəklər Ermənistanın ayaq üstdə qalmasına yaxşı imkanlar yaradıb. Yəni bu kimi köməklər sayəsində Ermənistan təcavüzkar siyasətinə davam etməkdədir. Rəsmi İrəvanın öz siyasətinə qalsa, ölkə çoxdan batmışdı, çünki bütün qonşularına qarşı qərəzli mövqe tutan qondarma bir dövlətin müstəqil yaşaması imkansızdır.

Bunlardan sonra N.Paşinyan yalvarır ki, Ermənistandakı islahatlara Amerika kömək etsin, əks halda, rəsmi İrəvan bunun öhdəsindən gələ bilməz. Bu da Ermənistan hakimiyyətinin ikiüzlülüyünün növbəti təzahürüdür. Erməni hökuməti həm Rusiya ilə strateji müttəfiqliyindən dəm vurur, həm də ABŞ-dan islahatlara yardım umur.

Məktubun digər yerləri də ənənəvi erməni yalanları ilə doludur. Guya İrəvan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bunun üçün ABŞ-ın həmsədrliyinə böyük ümid edir. Eyni zamanda, ermənilərin ABŞ-ın təşəkkülündəki rolunu (qəribə iddiadır – red.) xatırladır.

Təbii ki, belə bir məktuba Vaşinqtonda ciddi baxa bilməzlər. Onun boş, mənasız söz yığınından ibarət olduğu aydın görünür. Bu səbəbdən də Vaşinqton son zamanlar Cənubi Qafqazda Azərbaycana konkret əməkdaşlıq təklifləri göndərir. Bu məqam Amerikanın regiona həqiqi münasibətinin məzmununu əks etdirir. Əlavə sözə ehtiyac qalır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...