Ermənistanla Azərbaycan arasında ötən ilin noyabrında imzalanmış bəyanatdan dərhal sonra Bakı azad edilmiş Qarabağın dezaktivasiyasına, bərpasına və reinteqrasiyasına başlayıb. Xatırladaq ki, region Ermənistanın təxminən 30 illik işğalı dövründə ciddi dağıntılara məruz qalıb.
Aprel döyüşlərinin başlamasından 5 il ötür. Döyüşlər niyə başladı? Hadisədən bir müddət əvvəl Ermənistan rəsmiləri Azərbaycana və Türkiyəyə qarşı ənənəvi hədələmə ritorikası ilə çıxış edirdi. Ölkənin o vaxtkı prezidenti Serj Sarqsyan erməni gəncləri ilə görüşdə Türkiyəyə qarşı ittiham irəli sürmüşdü, 1915-ci ilin aprelində baş verən hadisələri təhrif etmişdi. Bundan başqa, o, Qarabağın ermənilərə aid olduğunu iddia etmişdi.
Azərbaycan müstəqil dövlət olaraq ardıcıllıqla həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı dəyişməklə əhatəli bir prosesə təkan verdi. Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində bu məqam üzərində geniş dayanan İlham Əliyev Azərbaycan dövlətinin gələcək hədəfləri haqqında konkret fikir bildirdi. Prezident bəyan etdi ki, bütövlükdə region və o cümlədən Azərbaycan yeni dövrə qədəm qoyur. Bu mərhələnin öz tələbləri, problemləri və vəzifələri vardır. Dövlət başçısı onların öhdəsindən gəlmək üçün ölkə rəhbərliyinin tam hazır olduğunu da ifadə etdi. Həmin fikirlərin fonunda əhəmiyyətli tezislər irəli sürdü. Biz həmin tezislərin üzərində geniş təhlili dayanmağa ciddi ehtiyac görürük. Onlar faktiki olaraq bu mövzuya həsr edilmiş və birinci yazımızda ifadə edilən tezislərlə sıx bağlıdır.
İkinci Qarabağ müharibəsinin sona çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsilə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi vəziyyət kökündən dəyişib. Prinsipial olaraq bölgədə yeni situasiya yaranıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayında söylədiyi nitqində geniş bəhs edib. Dövlət başçısı dərin təhlil əsasında Azərbaycanın son 17 ildə həyata keçirdiyi xarici siyasətin taktiki və strateji özəlliklərini ifadə edib. Prezidentin irəli sürdüyü tezislər göstərir ki, Azərbaycan regionda ən mükəmməl xarici siyasət kursuna malik müstəqil dövlətdir. Azərbaycanın xarici siyasət təşəbbüsləri regional və qlobal reallıqları zərgər dəqiqliyi ilə nəzərə alır. Bu fikrin doğruluğunu Ermənistanla Azərbaycan arasında son müharibənin nəticələri də təsdiq edir.
Hadrut qəsəbəsi 44 günlük Vətən müharibəsinin qırılma nöqtələrindən sayılır. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat kimi qiymətləndirilir. Təsadüfi deyil ki, müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində Azərbaycan Ordusunun həyata keçirdiyi Hadrut əməliyyatının yaxından öyrənilməsinə başlanılıb.
Ermənistanla Azərbaycan arasında münaqişə uzun illər Cənubi Qafqazda regional təhlükəsizlik və iqtisadi inteqrasiyaya əsas maneə olub. Ötən ilin sonunda isə tərəflər arasında genişmiqyaslı müharibə belə, baş verib. Bu məqamda xatırladaq ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illər aparılmış danışıqlar nəticə verməmiş, Ermənistanın baş naziri Nikol Paşinyanın "Madrid prinsipləri"ni şübhə altına almasından sonra isə sülh prosesi ümumiyyətlə "dalana dirənmişdi". Nəticədə Azərbaycan ərazi bütövlüyünü hərbi əməliyyat vasitəsilə bərpa etmək qərarına gəlmişdi.
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər uğrunda təxminən 44 gün davam etmiş müharibə Cənubi Qafqazda hərbi və siyasi sahələrdə qüvvələr nisbətinə tektonik dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində yalnız hərb meydanında deyil, siyasətdə, diplomatiyada və informasiya savaşında da xariqələr yaratdı. Prezident İlham Əliyev çoxşaxəli intensiv fəaliyyəti ilə böyük tarixi dəyişikliyə imza atdı. Azərbaycana məğlub olan işğalçı ölkə kapitulyasiya aktı imzalamağa məcbur edildi. Ermənistanın 30 illik işğal siyasətinə son qoyuldu. Regionda yeni layihələrin, o cümlədən Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən "həyat yolu"nun reallaşdırılması yeni inkişaf perspektivləri vəd edir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...