THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Səudiyyə Ərəbistanı və "Ərəb baharı"

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16252
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 sentyabr 2013 – Newtimes.az

"Ərəb baharı” iradələrinin hökmünü itirdiyini və hökmünü itirmədiyi zaman məhkum edildiyini düşünən ərəb xalqlarının, ədalətli bir azadlıq və azad bir ədalət tələbləri ilə məsuliyyətsiz və qeyri-legitim hesab etdikləri hakimiyyətlərə qarşı başlatdıqları ictimai mübarizənin ərəb dünyasında ortaya çıxardığı siyasi transformasiya prosesi kimi qiymətləndirilə bilər. Bu transformasiya prosesində meydana gələn maraqlı siyasi nəticələrdən biri də geniş miqyaslı nümayiş və qiyamlar nəticəsində ərəb dünyasında müşahidə edilən hakimiyyət dəyişikliklərinin hamısının rəsmi idarəetmə sistemi "respublika" olan ölkələrdə reallaşması və əvəzində rəsmi idarəçilik forması "krallıq" olan ölkələrdə müxtəlif miqyasdakı aksiyalara qarşı hər hansı bir hakimiyyət dəyişikliyinin indiyə qədər reallaşmamasıdır. Nümayişlərin kiçik miqyasda qaldığı və hakimiyyətin "Ərəb baharı”ndan ən az təsirə məruz qaldığı krallıqlardan biri də Səudiyyə Ərəbistanı Krallığıdır.

"Ərəb baharı”nın təsiri ilə Səudiyyə Ərəbistanında ortaya çıxan hakimiyyət əleyhinə kütləvi hərəkatların 11 mart 2011-ci il tarixində Şərq əyalətindəki Hofuf, Avamiye və Katif kimi şəhərlərdə eyni vaxtda təşkil edilən nümayişlərlə başladığı deyilə bilər. Pərakəndə, az iştiraklı və Şərq əyaləti ilə məhdudlaşan bu nümayişlər 2012-ci ilin sonlarına doğru kütləvilik xüsusiyyətini itirdi. Qadınlara nəqliyyat idarə etmə hüququnun tanınması, siyasi məhkumların azad edilməsi və Səudiyyə xanədanının hakimiyyətdən ayrılması kimi müxtəlif tələblərlə ortaya çıxan və nəticədə bir xalq hərəkatına çevrilə bilməyən hakimiyyət əleyhdarı nümayişlərə iqtidarın reaksiyası sərt oldu və nümayişlərdə 22 adam həyatını itirdi.

İbn Haldun və Səudiyyə Ərəbistanı

"Ərəb baharı'' prosesində Səudiyyə Ərəbistanında bir sıra ərəb ölkəsində görüldüyü kimi geniş miqyaslı, xalq hərəkatı mahiyyəti qazanmış, hakimiyyəti ciddi güzəştlər və/və ya tədbirlərə məcbur edən müxalif kütlə hərəkatının ortaya çıxmamasının və hakimiyyətin indiyə qədər dəyişmədiyi kimi böyük ehtimalla yaxın gələcəkdə də dəyişməyəcək olmasının səbəbləri daxili səbəblər və xarici səbəblər olaraq iki hissəyə bölünə bilər. Bu vəziyyətin ortaya çıxmasında "Ərəb baharı''nın müsbət və mənfi təsirinə məruz qalan və ya qalmayan bütün ölkələrdə olduğu kimi Səudiyyə Ərəbistanda da daxili səbəblər xarici səbəblərdən daha effektivdir.

Daxili səbəbləri iqtidarın xarakteri, xalqın xarakteri və müxalifətin xarakteri şəklində üç kateqoriyaya ayırmaq mümkündür. Hər şeydən əvvəl demokratik olmayan bütün hakimiyyətlərin bir azlıq hakimiyyəti olduğu və bu hakimiyyətlərin birinə, bir neçəsinə və ya hamısına mənfəət bağlılığı, nəsəb bağlılığı və səbəb bağlılığına söykəndiyini deyə bilərik. İbn Haldunun Ümran elminin təməl anlayışı olan bu mövhum geniş mənada bir qrupa mənsub olan fərdləri bir-birinə bağlayan birlik şüuru və həmrəylik duyğusu ifadə edir. Səudiyyə Ərəbistandakı hakimiyyəti "Ərəb baharı''nda devrilən və ya şiddətli bir müxalifət ilə qarşılaşan qeyri-demokratik hakimiyyətlərdən fərqləndirən və "Ərəb baharı”na qarşı mövqeyini gücləndirən cəhət hakimiyyətin bu üç bağlılığa birdən söykənməsidir.

Bütün hakimiyyət mənfəət birliyinə söykənir və mənfəətin maddi və qeyri-maddi ünsürləri ola bilər. Səudiyyə Ərəbistandakı mövcud hakimiyyət həm öz daxilində, həm də xalq ilə arasındakı əlaqədə böyük ölçüdə bir mənfəət birliyini təsis etmiş və bu mənfəət birliyini davam etdirməkdə indiyə qədər uğurlu siyasət həyata keçirmiş bir hakimiyyətdir. Bütün qeyri-demokratik hakimiyyətlərdə olduğu kimi Səudiyyə Ərəbistandakı hakimiyyət üçün də ən böyük mənfəət iqtidarda qalmaqdır. Bu səbəblə, hakimiyyətə qarşı təhdid hesab edilən aksiyalara qarşı qeyri-adekvat reaksiya verilərək nümayişçilər cəzalandırıldı və nümayişlər yatırıldı.

Nəsəb bağlılığı, bir qrup daxilində eyni soydan gəlməyə bağlı olaraq ortaya çıxan birlik şüuru və həmrəylik duyğusudur. Bir hakimiyyəti mərkəz və periferiya olaraq ayırsaq, Səudiyyə Ərəbistandakı hakimiyyətin mərkəzi, periferiyaya da nüfuz edəcək şəkildə, eyni soydan gələn və minlərlə üzvü olan bir "ailə"dir. Bu "ailə''nin üzvləri hal-hazırda Xarici Işlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və Kəşfiyyat İdarəsi kimi yüksək səviyyəli mövqelərdə vəzifə tutur. Səudiyyə Ərəbistanının siyasətində olduğu kimi iqtisadiyyatında da bu "ailə" hakimiyyətin mərkəzindədir. "Ərəb baharı'' da daxil olmaqla Səudiyyə Ərəbistandakı hakimiyyətin daxili və xarici təhdidlərə qarşı göstərdiyi müqaviməti qiymətləndirərkən, Səudiyyə Ərəbistanının "Səudiyyə" Ərəbistanı olduğunu unutmaq olmaz.

Səbəb bağlılığı eyni soydan gəlməyə bağlı olmadan, bir qrup daxilindəki eyni dəyərlər, inanc sistemi, dünya görüşü və zehniyyətə bağlı olmaqdan irəli gələn birlik şüuru və həmrəylik hissidir. Səudiyyə Ərəbistandakı hakimiyyəti "Ərəb baharı”nda devrilən və ya şiddətli bir müxalifət ilə qarşılaşan qeyri-demokratik hakimiyyətlərdən fərqləndirən cəhət də səbəb bağlılığıdır. Səudiyyə Ərəbistandakı iqtidarın xarakteri, quruluşunda və quruluşundan bəri dinə söykənən bir dünya görüşü (vəhhabilik/sələfilik) ilə iç-içə keçmiş vəziyyətdədir. Hakimiyyət dinə söykənən bir dünya görüşünün nəzəriyyədə və praktikada müdafiə olunmasını, təmsil edilməsini və yayılmasını həyati bir vəzifə kimi görür və icra edir. Hakimiyyətə siyasət-üstü bir legitimlik qazandıran, Səudiyyə Ərəbistanını həm hakimiyyətin, həm də xalqın gözündə bir "missiya-dövlət" edən, iqtidara qarşı çıxmağı dinə söykənən dünya görüşünə qarşı çıxmaqla bərabər tutan və nəticə etibarı ilə "Ərəb baharı'' prosesində geniş miqyaslı kütləvi nümayişlərin ortaya çıxmasına maneə törədən əhəmiyyətli bir faktorun da iqtidardakı və xalqdakı səbəb bağlılığı olduğunu ifadə edə bilərik.

Petro-Rifah dövləti və müxalifətin şəxsiyyəti

İkinci olaraq, başqa bir daxili səbəb Səudiyyə Ərəbistandakı xalqın xarakteridir. Səudiyyə Ərəbistanında dövlətin siyasət-üstü bir anlayışla qiymətləndirilməsi və legitim qəbul edilməsinə əlavə olaraq, siyasi baxımdan da ictimaiyyət iqtidarın "Petro-rifah siyasəti" izləməsi nəticəsində, dövlətə qarşı, onun hökumətini sorğulayan və iqtidarına meydan oxuyan müxalif hərəkatlara o qədər də etibar etmir. Səudiyyə Ərəbistanında dövlətin izlədiyi sosial siyasətlərin ictimaiyyətin məmnuniyyətinin təminində uğurlu olması "Ərəb baharı'' prosesində hakimiyyətin kütləvi etirazlarla qarşılaşmamasının bir başqa səbəbidir.

Üçüncü daxili səbəb Səudiyyə Ərəbistandakı müxalifətin xarakteridir. Nümayişlərin kütləvi bir xalq hərəkatı mahiyyəti qazanmamasının və hakimiyyət nümayişçilərə qarşı şiddət tətbiq edərkən ictimaiyyətdə hakimiyyətə qarşı sərt tənqid və reaksiyaların ortaya çıkmamasının arxasındakı bir səbəb müxalifətin daha çox Səudiyyə Ərəbistandakı şiə azlığın inhisarında başlaması və bu şəkildə qalmasıdır. Bir azlıq müxalifəti olmanın gətirdiyi təşkilati çatışmazlığa əlavə olaraq, müxalifətin ictimaiyyətin gözündə şiə hərəkatı kimi görülməsi və hakimiyyət tərəfində bu şəkildə göstərilməsi şiə azlığın sıx yaşadığı Şərq əyalətində başlayan və davam edən nümayişlərin Səudiyyə Ərəbistanının hər tərəfinə yayılmasına əngəl oldu və hakimiyyətin nümayişlərə qarşı mövqeyi ictimaiyyətin geniş bir təbəqəsi tərəfindən legitim qəbul edildi.

Nəticədə Səudiyyə Ərəbistandakı hakimiyyətin, xalqın və müxalifətin xarakterinə bağlı olaraq, Məhəmməd Buazizinin qanad çalan ruhunun ərəb dünyasında yaratdığı qasırğanın Səudiyyə Ərəbistanı sahillərinə çatmadığını və üfüqdə də bu istiqamətdə hələlik bir işarələrin görülmədiyini ifadə edə bilərik.

Qeyd: Bu yazı "Analist'' jurnalında dərc olunmuşdur.

Eyüp Ersoy (PhD),

Bilkent Universiteti, Ankara, Türkiyə

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...