THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Rusiya: gözə göz, dişə diş!

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7456
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 sentyabr 2013 – Newtimes.az

"Soyuq müharibə"ni uduzan Rusiyanın Suriyada bu qədər müqavimət göstərəcəyini və hətta bu ölkədə təsirli bir mövqeyə, varlığa və maraqlara sahib olduğunu böyük ehtimalla bir çox insan təxmin etmirdi.

Bu mənada Sankt-Peterburqda keçirilən G-20 Sammiti bir dönüş nöqtəsi kimi qarşımıza çıxır. Bu tarixə qədər Suriya böhranında enişli-yoxuşlu bir reaksiya siyasəti izləyən və hətta kimyəvi silah istifadəsindən sonra da müharibənin tərəfi olmayacağını bəyan edən Rusiyanın bu dəfə mövqeyini daha dəqiq ortaya qoyması Rusiyanın gözə göz, dişə diş strategiyasını tətbiq etdiyini göstərir.

Belə ki, Zirvənin davam etdiyi və Obamanın qətiyyətlilik çıxışı etdiyi əsnada Rusiyanın Dəməşqdəki kiçik reaktor haqqında etdiyi "Suriya hücumu atom fəlakətinə gətirib çıxarar" xəbərdarlığı, müdaxilə ilə əlaqədar "son qərarın verilməməsi" baxımından gündəmə bomba kimi düşdü.

Üstüörtülü şəkildə atom silahı ilə təhdid edən bu dolayı şəkildəki mesaja paralel olaraq rus ordusu tərəfindən verilən və Suriya hava müdafiə sistemlərinin bu ölkənin hava sahəsinə girəcək bütün təyyarələri, Tomahawk mərmilərinin yarısını tuta biləcək gücdə olduğunu ifadə edən şərhi də təzyiqi yüksəldən başqa bir təhdid mənbəyi oldu.

Bu səbəbdən məhdud olsa da Suriyaya qarşı həyata keçiriləcək hər hansı müdaxilənin hansı nəticələrə yol aça biləcəyi artıq böyük bir müəmmadır!

Əsas yanılmalar...

Heç şübhəsiz, ən böyük yanılmanı Liviya böhranı və müdaxiləsi zamanı Rusiyanın göstərdiyi rəftar meydana gətirir. BMT Təhlükəsizlik Şurasında Liviya səsverməsində bitərəf qalan Rusiyanın Suriya böhranında da o qədər də çox müqavimət göstərməyəcəyi nəzərdə tutulurdu.

Bu proqnozu dəstəkləyən bir başqa böhran isə Kosovo məsələsində qarşımıza çıxmışdı. Böhranın sonuna qədər müqavimət göstərməyə çalışan Rusiya nəhayət nəticəni qəbul etmək məcburiyyətində qalmışdı.

Halbuki Yeltsindən sonra bir müddət özünü toplayan Rusiya, uzun zamandır gücü-potensialları çərçivəsində təsirli bir böhran siyasəti izləyəcəyinin işarətlərini verirdi. Buna yaxın ətrafı olan Pribaltika, Qara dəniz, Qafqaz, Xəzər, Mərkəzi Asiya və Əfqanıstan kimi Yaxın Şərq də daxil idi.

Bununla əlaqədar konkret nümunələrin başında da İrandakı atom böhranı gəlirdi. Belə ki, İranın təhlükəsizliyini öz milli maraqlarının bir hissəsi kimi qiymətləndirən Rusiya İranı zəiflədəcək hər bir məsələ qarşısında birbaşa və ya dolayı bir şəkildə bu ölkəni və "səylərini" dəstəkləməkdən çəkinmir. Bu mənada, İraqda ABŞ əleyhdarı müqavimətdə İran qədər Rusiyanın oynadığı rolu da nəzərdən qaçırmamaq lazımdır.

Eyni şəkildə, 2006-cı ildə İsrailin Livanı işğalı cəhdi əsnasında Hizbullahın göstərdiyi müqavimət və ön plana çıxan modern silahlar da İran qədər Rusiyanı göstərirdi. Bu səbəbdən, Yaxın Şərqdə uzun müddətdir həyata keçirilən təmsili müharibələrin ən öndə gələn aktorları arasındakı yerini qorumağa davam edən Rusiyanın bu rolunun nəzərdən qaçırılması ən böyük yanılmalardan biri oldu.

Rusiyanın "sərt gücü" və daşındırıcılığı...

Yeri gəlmişkən, Gürcüstan böhranı əsnasında göstərdiyi qətiyyəti və istifadə etdiyi vasitələri də unutmamaq lazımdır. Belə ki, böhran əsnasında göstərdiyi "sərt gücü" və bunun təməlində dayanan  silahların daşındırıcı xüsusiyyəti bu gün özünü Suriyada da göstərir.

ABŞ ilə Rusiya arasındakı bu "Yeni Soyuq Müharibə"də Rusiyanın Yaxın Şərqdəki Kubası kimi ön plana çıxan Suriyaya istiqamətli güc yerdəyişməsi və vətəndaşlarını ölkədən çıxarması bu baxımdan əhəmiyyətlidir.

Açığı, Rusiya Yalta nizamında öz payına düşən Suriyanı itirməmək və Yeni Yalta prosesindəki nizamda bu ölkə vasitəsilə bölgədəki maraqlarını qorumaq üçün hər cür ehtimalı gözə aldığının mesajını verir.

Rusiya bölgədə güclü bir İsrail istəmir!

Rusiya yaxın ətrafından sonra prioritet təşkil edən və "Cənuba doğru" siyasətinin ayrılmaz bir parçası olaraq qəbul etdiyi Suriyanı itirməyi tarixi missiyasına və Pyotrun vəsiyyətinə xəyanətə bərabər tutur. Hər nə qədər Pyotr vəsiyyətində İranı göstərsə də, Suriya dolayı şəkildə onsuz da İran mənasına gəlir...

Bu səbəbdən, bölgədə ABŞ və ya Qərb adına hərəkət edəcək bir gücün meydana gəlməsinin qarşısını almaq Rusiyanın ən fundamental siyasətlərindən birini təşkil edir. Bu da son dövrdə bir dəfə daha ön plana çıxmağa başlayan İsrail mənasına gəlir.

Bölgədə güclü İsrail, post-Sovet məkanında təkrar nüfuz qazanmaq istəyən Rusiyanın hədəf və mənfəətləri baxımından bir təhdid mənasına gəlir və Moskva bunu yaxşı dərk edir. ABŞ- Rusiya gərginliyinin arxasında dayanan bir səbəb də məhz budur...

Dos. Dr. Mehmet Seyfəddin Erol

USGAM rəhbəri

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...