THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya əməliyyatı qlobal və regional güclər baxımından nə ifadə edir?

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7385
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 sentyabr 2013 – Newtimes.az

Dəməşqdə həyata keçirilən kimyəvi silah hücumundan sonra, bölgədə araşdırmalar aparan və Suriyanı hələ də tərk etməyən BMT nəzarətçilərinin hesabatı gözlənilmədən dar əhatəli və qısa müddətli bir hava əməliyyatı variantının ümumiyyətlə qəbul edilə biləcək vəziyyətə gəlməsinin arxasında bir sıra əhəmiyyətli faktor vardır.

Əsəd əleyhdarı bir mövqe tutan və Suriya müxalifətinə siyasi, diplomatik və hərbi mənada dəstək verməsinə baxmayaraq bu ölkəyə hərbi əməliyyat aparılmasını istəməyən ABŞ-ın Qutadakı kimyəvi hücumdan sonra rəftarını dəyişməsi, üzərində durulmalı olan bir məqamdır. Belə ki, ABŞ-ın Suriyaya qarşı əməliyyat təşkil edərək Əsəd rejimini devirmək üçün fəaliyyətə başlamaq istəməməsinin ən əhəmiyyətli səbəblərindən biri Rusiyanın BMT-də də əks olunan narahatlığı və İranın bölgədə münaqişə yaratmağa meylli əməlləri, digəri isə Əsəddən sonrakı Suriyaya dair proqnozların çatışmazlığıdır. Çünki ABŞ da görür ki, Suriya müxalifəti arasında tam mənada həmrəylik mövcud deyil və Suriya Ordusu ilə mübarizə edən sahədəki aktorlar müzakirə mövzusu olanda, diplomatik/siyasi danışıqlara əks olunan Qərblə ahəngdar Suriya müxalifəti imici ortadan qalxır. Bu gün Azad Suriya Ordusu çətiri altında Əsəd qüvvələrinə qaşı müharibə aparan ən əhəmiyyətli amil Ən Nusra kimi sələfilik konsepsiyasını mənimsəmiş, Əl-Qaidə ilə əlaqələri olan və Qərb əleyhdarı olan aktorlardır. ABŞ və Qərb aktorları, Əsəddən sonra Suriyada siyasi idarəetmənin bu təşkilatların əlinə keçməsindən və Əfqanıstanda işğaldan əvvəlki dövrdə təşkilatlanmış olan Taliban törəməsi bir hakimiyyətin meydana gələrək özlərini təcrid etməsindən narahatdır. Belə ki, belə bir rəhbərlik Əsəd liderliyindəki Baas diktaturasının bu dəfə sələfilik konsepsiyası çərçivəsində Əl-Qaidə ilə əlaqələri olan aktorlar vasitəsilə rəsmiləşməsinə və Suriyada mövcud şəraitdə Nüsayriləri ön plana alan diktator rejiminin bu dəfə Sələfi Sünnilər vasitəsilə təşkilatlanmasına rəvac verəcək. ABŞ və digər Qərb aktorlarının Suriyada Əsəddən sonrakı dövrlə bağlı digər narahatlığı da ölkənin sünni ərəb, Nusayri və kürd bölgələrinə bölünməsi həqiqətinin ön plana çıxması və bu əsnada etnik/din/məzhəb mənsubiyyətinə söykənən qanlı vətəndaş müharibəsinin meydana gəlməsi narahatlığıdır. Suriyanın şimalında Ən Nusra ilə PYD arasında yaşanan ziddiyyətlər və törədilən qırğınlar bu narahatlığın yersiz olmadığını da sübut edir. Bu səbəblə, Suriyanın gələcəyi baxımından qəbul edilən bir idarə üsulu yaranmadığı təqdirdə, Əsəd rejiminin devrilməsinin heç bir mənası olmayacaq.

Məsələ burasındadır ki, Qutadakı kimyəvi hücum, Obama rəhbərliyinin Suriya məsələsində izlədiyi nisbətən passiv yanaşmasını dəyişdirməsinə səbəb olmuşdur. Çünki kimyəvi hücum Obamanın Suriya məsələsində elan etdiyi qırmızı xətlərin keçilməsi mənasına gəlir. Bu hücuma cavab verilmədiyi təqdirdə ABŞ-ın sistematik fəaliyyəti/liderliyi daha da şübhə altına alınacaq. Buna paralel olaraq, Qutadakı hücum, Qərb dünyasında və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri baxımından Suriya müxalifəti ilə həmrəylik və əxlaqi məsuliyyət anlayışının ön plana çıxmasına səbəb olmuşdur. ABŞ-ın bu hücumu tamamən görməməzlikdən gəlməsi, sistematik olduğu qədər, əxlaqi və müttəfiqləri baxımından siyasi legitimliyini də itirməsi mənasına gələ bilər. Bu çərçivədə ABŞ Suriyaya qısa müddətli və məhdud bir əməliyyat aparılmasına qərar verərək Əsədin devirmək yox, sadəcə cəzalandırmaq istəyən bir hədəfə doğru hərəkət edəcəyini göstərir və beləliklə Suriya məsələsində siyasi həll anlayışını tərk etmədiyini Rusiya, İran və Çin kimi aktorlara göstərməyi hədəfləyir.

Əməliyyat oxunda ABŞ-ın yanında yer alan İngiltərə və Fransa kimi aktorlar isə, Yaxın Şərq məsələsindəki tarixi/siyasi fəaliyyətini qeyd etməyi və Suriyanın gələcəyində söz sahibi olmağı hədəfləyir. Belə ki, xüsusilə İraqın işğalı, Liviyadakı nisbi müvəffəqiyyətsizlik və Avropanı ağuşuna alan iqtisadi böhrandan sonra, bu ölkə hökumətlərinin müxalifəti və ümumiyyətlə xalqı əməliyyata razı salmaları olduqca çətin bir prosesə işarə etməkdədir. Əməliyyat məsələsində BMT-nin təmin edəcəyi legitimliyin mümkün olmayacağının dərk edilməsi Rusiyanın siyasi/iqtisadi təzyiqləri və BMT nəzarətçilərinin kimyəvi hücumu kimin, necə reallaşdırdığı məsələsində hücuma haqq qazandıra bilən hesabatlarının hələ də hazırlanmaması bu ölkələrin əməliyyat tərəddüdlərini artıran amillər kimi qiymətləndirilə bilər.

Rusiya isə hücuma qarşı çıxmasına və bunu açıq şəkildə ifadə etməsinə rəğmən Suriya üçün heç kimlə müharibə aparmayacağını xarici işlər naziri Lavrov vasitəsilə ifadə edərək, həyata keçiriləcək əməliyyat çərçivəsində ABŞ və müttəfiqlərinə müdaxilə etməyəcəyini göstərmişdir. Çünki Rusiya da dərk edir ki, ABŞ-ın Suriya məsələsində təyin etdiyi qırmızı xətt elan edilmişdir və beynəlxalq aktorların nəzərində də hücumu kimin həyata keçirdiyi ilə bağlı konkret bir məlumat olmamasına baxmayaraq, bu hücumu Əsəd rejiminin üstünə atan və Əsədin cəzalandırılmasını istəyən güclü bir niyyət vardır. Hücumla bağlı əxlaqi tələblər və bütün bu faktorlar birlikdə düşünüldüyündə, Rusiyanın Əsədi devirməyə deyil cəzalandırmağa istiqamətli bir əməliyyata müdaxilə etməyəcəyi aydın olur. Rusiya ABŞ və müttəfiqlərinin Əsəddən sonrakı dövr üçün proqnozlarının olmaması məsələsində də əməliyyatın məhdud olacağını və öz mənfəətlərinə o qədər də zərər verməyəcəyini görür. Üstəlik bu hücum sayəsində Suriyanın əlində olan Rusya istehsalı hava hücumundan müdafiə sistemi də sınaqdan keçiriləcək və əməliyyatın enerji qiymətləri üzərində yaratdığı təzyiq nəticəsində Rusiyanın iqtisadi qazancı da artacaq.

Suriyada Əsəd hakimiyyətinin devrilməsindən sonra meydana gələcək xaotik mühiti və ehtimal olunan Əl-Qaidə fəaliyyətini öz milli təhlükəsizliyinə qarşı bir təhdid olaraq görən və bu səbəblə daha məqbul variant olan Əsədin devrilməsi məsələsində istəksiz olan İsrail də həyata keçirilən kimyəvi hücumdan sonra ABŞ-ın məhdud əməliyyat variantına isti baxmağa başlamışdır. Himayədarı ABŞ-ın sistematik mənfəətlərinə tərs olmamağa, Suriya məsələsində hadisələrə daha yaxından nəzarət etməyə və bu ölkədə İran- Hizbullah fəallığını azaltmağa çalışan İsrail Əsədin əlindəki kimyəvi/bioloji silahlara qarşı təşkil ediləcək əməliyyata da müsbət yanaşır. Çünki beləliklə, Əsədin bu silahları İsrailə qarşı çevirmə təhlükəsi ortadan qaldırıla biləcək.

Suriyada əməliyyata qarşı çıxan İran isə hər hansı bir hücum variantında Əsəd rejiminə dəstəyini davam etdirəcək. Suriya böhranı İranın nüvə proqramının gündəmə gətirilməsinin qabağına keçmiş və eyni zamanda İranın öz böhranını Əsəd vasitəsilə Suriya, Hizbullah vasitəsilə Livan və Maliki hakimiyyəti vasitəsilə İraqa yaymasına fürsət vermişdir. İran Suriyaya hərbi əməliyyat təşkil edilməsi və bu ölkədə hakimiyyət dəyişikliyi halında özü baxımından çevrənin daralacağını və sıranın özünə gələcəyini dərk edir. Belə ki, Suriyada meydana gələ biləcək Sünni ağırlıqlı bir hakimiyyət İrana isti baxmayacaq, bu ölkədə federal bir həll yoluna gedilsə də, İranın şimal-qərbində yaşayan kürdlər separatçılıq istiqamətində daha da cəsarətlənəcəklər.

Səudiyyə Ərəbistanı, Qatar və digər Körfəz ölkələri də Əsəd rejimini zəiflədəcək və devirəcək hər cür əməliyyata iqtisadi, siyasi və hərbi dəstək verəcəklər. Çünki bu ölkələrin mövcud siyasi/regional fəaliyyətinin arxasında yatan ən əhəmiyyətli səbəb ABŞ-ın bölgədəki əməliyyat/regional tərəfdaşları olmalarıdır. Suriyada İran ilə əməkdaşlıq içərisində olan Əsəd hakimiyyətinin devrilməsi və yerinə özlərinə yaxın müttəfiqlik bağları quracaq Sünni ağırlıqlı bir hakimiyyətin qurulması xüsusilə Səudiyyə Ərəbistanının regional gücünü artıracaq və Yaxın Şərqdəki Səudiyyə Ərəbistanı-İran rəqabətində, yəni pərdə arxasındakı sünni-şiə gərginliyində Səudiyyə Ərəbistanını bir neçə addım önə çıxaracaq.

Vətəndaş müharibəsinin başladığı gündən bu yana Əsəd əleyhdarı mövqeyini davam etdirən və Quta hücumunu Əsəd rejiminin təşkil etdiyinə inanan Türkiyə isə uzun müddətdir hərbi əməliyyat variantına isti baxdığı üçün ABŞ-ın hava əməliyyatı variantına yönəlməsindən məmnundur. Halbuki, Türkiyə daha əhatəli bir müdaxilənin tərəfdarıdır. ABŞ-ın Suriya müxalifətinə Əl-Qaidə törəməsi təşkilatlar səbəbiylə isti baxmaması və yetərincə dəstək verməməsi Türkiyəni narahat edir. Türkiyə reallaşdırılacaq hava əməliyyatının Əsəd rejimini devirə bilməyəcəyini anlayır. Türkiyənin bu əməliyyat məsələsində əsas qorxusu öz torpaqları içərisində Reyhanlı hücumuna bənzər hadisələrin təkrarlanması məsələsidir. Bu səbəblə, Əsəd rəhbərliyinin mümkün qədər tez devrilməsinin tərəfdarıdır. Eyni zamanda, həm PYD, həm də Ən Nusra-Əl-Qaidə qrupları ilə təmasını davam etdirir və prosesə nəzarət etməyə çalışır. ABŞ-ın Ən Nusra törəməsi təşkilatlara olan mənfi baxışı isə Türkiyəni bu aktorlarla əlaqələr məsələsində, tam bir dilemma ilə qarşı-qarşıya qoyur. Suriyaya qarşı həyata keçiriləcək əməliyyatın I. Körfəz Müharibəsinin yaratdığı təsiri yaradaraq, Əsədə də eyni şəkildə Səddam kimi uzun müddət iqtidarda qalma şansını verməsi ehtimalı isə Türkiyənin ciddi narahatlığına səbəb olacaq. Mövcud şəraitdə bu ssenarinin reallaşması ehtimalı da olduqca yüksəkdir.

Dr. Göktürk Tüysüzoğlu

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...