THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriyaya mümkün hərbi müdaxilə və nəticələri barədə

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10554
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 sentyabr 2013 – Newtimes.az

Dəməşq ətrafında hökumət qüvvələri ilə müxalifət arasında gedən döyüşlərdə dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi bütün dünyanın diqqətini yenidən Suriyaya yönəldib. ABŞ və müttəfiqləri artıq Suriyadakı proseslərə birbaşa müdaxilə üçün istədiyi bəhanəni əldə edib. Suriyada iki ildən artıqdır davam edən vətəndaş müharibəsinin gedişatı və regiona təsiri Qərbin hansısa mərhələdə bu cür davranacağı ehtimalını artırırdı. Lakin hazırkı proseslər mümkün hərbi müdaxilənin Suriyadakı mövcud vəziyyətə həll edici şəkildə təsir göstərməyəcəyini deməyə əsas verir.

Kimyəvi silahdan kim istifadə edib?

Avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan istifadə olunması faktı şübhə doğurmur. Lakin bu silahdan kim istifadə edib: hökumət qüvvələri, müxalifət yoxsa üçüncü qüvvələr? Suriya ətrafında gedən proseslərin real motivlərinin aydınlaşdırılması üçünbu sualın cavabı mühüm əhəmiyyət daşıyır. Belə görünür ki, hər kəs özü üçün bu sualın cavabını müəyyən edib. Qərb birmənalı şəkildə kimyəvi silahı Suriya hakimiyyətinin tətbiq etdiyini iddia edir, müxtəlif foto-video kadrlar, gizli telefon danışıqlarını dərc edir, lakin ortaya real faktlar qoya bilmir. Rusiya və İran müxalifəti ittiham edir, Əsəd rejiminin mövcud şəraitdə belə bir aktı həyata keçirməyə heç bir ehtiyacının olmadığını hesab edirlər. İran hətta Suriya müxalifətinin kimyəvi silaha malik olmasına dair məlumatları bir müddət əvvəl ABŞ-a ötürdüyünü də bəyan edib.

Həqiqətən də, müxalifət üzərində hərbi üstünlük əldə etmiş hakimiyyət qüvvələrinin xüsusən BMT-nin kimyəvi silah üzrə müfəttişlərinin ölkədə olduğu bir vaxtda belə bir addım atması şübhəli görünür. Müxalifətin belə silahları əldə etmək imkanlarını müşahidəçilər inandırıcı hesab etmirlər. Üçüncü qüvvənin – dini ekstremistlərin prosesdəki mümkün iştirakı isə müzakirə edilmir. Suriyadakı üsyançılardan alınmış məlumatlara əsaslanan "Mint Press News” agentliyi kimyəvi silahın Səudiyyə Ərəbistanı tərəfindən "Ən Nusra” terrorçularına ötürüldüyünü xəbər verir (baxı: "Syrians In Ghouta Claim Saudi-Supplied Rebels Behind Chemical Attack” // www.mintpressnews.com). Hər halda, Qərbin hərbi müdaxiləsi ən çox müxalifətin və terrorçuların işinə yarayacaq.

Suriyadakı işlərini tamamlamış BMT müffətişlərinin kimyəvi silahdan kimin istifadə etdiyi sualına aydınlıq gətirəcəyi gözlənilmir. Istənilən halda, ABŞ Suriyaya hərbi hücum qərarını verməklə BMT müfəttişlərinin yekun rəyinə əhəmiyyət vermədiyini göstərir. Lakin müşahidəçilər bu rəyi Suriyaya hücumun beynəlxalq ictimaiyyət qarşısında əsaslandırılması və dəstək qazanılması üçün vacib hesab edirlər.

Suriyaya hərbi müdaxilənin legitimliyi

BMT Nizamnaməsi Təhlükəsizlik Şurasının icazəsi olmadan, hər hansı bir dövlətin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiqini qadağan edir. Bəzi ekspertlər Suriyaya hərbi hücumun legitimləşdirilməsi üçün kimyəvi silahın qadağan olunmasına dair konvensiyalara istinad olunmasını real hesab etmirlər. Suriyanın qoşulduğu 1925-ci il Cenevrə protokolu kimyəvi silahdan istifadəni qadağan etsə də, bu sənəd ölkədaxili münaqişələri deyil, dövlətlərarası müharibələri əsas götürür. Bioloji silahdan istifadəyə dair 1972-ci il Konvensiyası və Kimyəvi silahın qadağan olunmasına dair 1993-cü il Konvensiyasına isə Suriya qoşulmayıb. Qərbin, adətən, belə hallarda "dinc əhalinin müdafiəsi üçün humanitar müdaxilə” anlayışını tətbiq etməyi sevir. Lakin bu anlayışında heç bir hüquqi qüvvəsi yoxdur.

Görünən odur ki, beynəlxalq hüququn pozuntusu ABŞ-ı bir o qədər də maraqlandırmır. Rusiya və Çinin vetosu BMT TŞ-da Suriyaya hücum qərarının qəbulu qarşısında əsas maneə olaraq qalmaqdadır və vəziyyətin dəyişəcəyi gözlənilmir. ABŞ-ın əsas məqsədi isə müttəfiqlərin siyasi dəstəyini qazanmaqdır. Kiçik Buşun prezidentlik illərindən fərqli olaraq, Obamanın prezidentliyi dövründə ABŞ təkbaşına yox, öz müttəfiqləri ilə koalisiya şəklində addımlar atmağa xüsusi diqqət yetirir.Bütün bunların əsas səbəbi hazırkı ABŞ administrasiyasının məsuliyyəti təkbaşına öz üzərinə götürmək və "qlobal polis” rolunda çıxış etmək istəməməsidir.

İndiki vəziyyətdə isə böyük dövlətlərdən yalnız Fransa hərbi hücumu birmənalı şəkildə dəstəkləyir. Almaniya və İtaliya məsələnin siyasi həllinə üstünlük verirlər. NATO-nun 12 ölkəsi də hərbi müdaxilədə iştirakdan imtina edib. Böyük Britaniya parlamentinin ölkənin hərbi qüvvələrinin Suriyaya hərbi müdaxilədə iştirakına icazə verməməsi isə ABŞ-ın siyasi dəstək qazanmaq planları üçün gözlənilməz oldu. Yaxın Şərq regionunun əksər ölkələri ABŞ-ın qərarını dəstəkləsələr də, hərbi hücumda birbaşa iştirakdan boyun qaçırırlar.

Obamanın Suriyaya hücum üçün Konqresin icazəsini almaq istəməsi də eyni məntiqə əsaslanır. Halbuki, ABŞ prezidenti milli təhlükəsizlik maraqlarını əsas gətirərək, bu barədə özü qərar verə bilər. Konqresin bu addımı dəstəkləyəcəyi gözlənilsə də, əks təqdirdə Ağ Evin nə edəcəyi maraq doğurur. Senator ConMakkeyn Konqresin Obamanın təşəbbüsünə qarşı çıxmasının ABŞ üçün fəlakətə səbəb olacağını hesab edir. Növbəti günlərdə Obamanınəsas məqsədi həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha çox tərəfdar qazanmaq olacaq.

Suriyaya hücum nə verəcək?

Birmənalı şəkildə Əsəd rejimini ittiham edən ABŞ mümkün addımlarla bağlı uzun-uzadı götür-qoy etdi və sonda Suriyaya qarşı məhdud xarakterli hərbi zərbə endirmək haqda qərar qəbul etdi, lakin bu qərarı da Konqresin icazəsindən asılı vəziyyətə saldı.

Məhdud hərbi zərbənin ABŞ-a nə qazandıracağı sual doğurur. Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Əsədin hakimiyyətdən getməli olduğunu deyən ABŞ bu hərbi müdaxilənin məqsədinin Əsədi hakimiyyətdən devirmək olmadığını deyir ki, bu da öz-özlüyündə bir paradoksdur. Əksər müşahidəçilər belə hərbi hücumun Suriya hakimiyyətini devirmək üçün kifayət etməyəcəyinihesab edirlər. Liviyadan fərqli olaraq, Suriyanın hərbi infrastrukturu və ordusu daha güclüdür. Xüsusilə ABŞ hərbi hücumun xarakterini əvvəlcədən bəyan etməklə, bu hücuma hazırlaşmaq üçün Suriya hakimiyyətinə vaxt qazandırıb.

ABŞ-ın hərbi hücumunun daha çox formal xarakter daşıması ehtimalı böyükdür. 2012-ci ilin avqustunda Suriyada kimyəvi silahdan istifadəni "qırmızı xətt” kimi müəyyən etmiş ABŞ özünü bu xətti keçmiş Əsəd rejimini cəzalandırmağa borclu hesab edir. Hazırda, ABŞ üçün vacib olan beynəlxalq hüquq pozuntusu deyil,  özünün superdövlət imicidir. Hər halda, ABŞ hesab edə bilər ki, digər düşmənləri onun fəaliyyətsizliyini gücsüzlüyü kimi qəbul edəcək.

Proseslərin müşahidəsi ABŞ-ın Suriya məsələsində qərarsız qaldığını və Əsədi devirmək arzusunu reallaşdırmaq üçün konkret planının olmadığını göstərir. Hələ iyul ayında Suriya müxalifətini silahla təchiz etməyə qərar verən Ağ Ev bu silahların radikal qüvvələrin əlinə keçəcəyindən ehtiyat edir. Bu səbəbdən də, hələ ki bu təchizatı həyata keçirməyib. Əsəd hakimiyyətinin siyasi, dini və etnik səbəblərdən əhali arasında dəstəyinin olması, müxalifət daxilində fikir ayrılıqları və radikal qüvvələrin mövcudluğu Suriyadakı vətəndaş müharibəsində diqqətə alınmalı olan əsas faktorlardır. Bu faktorlar vətəndaş müharibəsinin hətta Əsədin hakimiyyətdən devrilməsi ilə də başa çatmayacağını göstərir.

Hesab etmək olar ki, ABŞ məhdud xarakterli hərbi zərbənin müxalifətin üstünlük qazanmasına imkan yaradacağına ümid edir. Şübhəsiz, bu zərbə hər nə qədər məhdud xarakter daşısa da, Suriyadakı qüvvələr balansına təsirsiz ötüşməyəcək. Müxalifət öz qüvvələrini cəmləşdirərək, ABŞ-ın hücumundan faydalanmağa çalışacaq. Digər tərəfdən, bu hücum terrorçuları da fəallaşdıra bilər və onlar yaranacaq boşluqdan istifadə etməyə çalışa bilərlər. "Humanitar müdaxilə”nin dinc əhali üçün ciddi təhlükə yaratması da mütəxəssisləri narahat edən məqamlardan biridir. Nəticə etibarilə, Suriyadakı xaos daha da dərinləşəcək. Bu isə ümumən region üçün daha böyük təhlükə deməkdir.

ABŞ-ın mümkün hərbi müdaxiləsi Suriyada münaqişənin siyasi həll imkanlarını da azaldır. ABŞ daha öncə hakimiyyətlə müxalifət arasındakı ziddiyyətlərin "Cenevrə 2” konfransında həll olunmasına dair Rusiyanın təklifini istəksiz şəkildə qəbul etmişdi. ABŞ-ın hücumundan sonra isə müxalifəti danışıqlara cəlb etmək çətin ola bilər.

Nəticə etibarilə, ABŞ yenidən beynəlxalq hüququ pozaraq, öz "həqiqətləri”ni tətbiq etməkdə qərarlıdır. ABŞ müttəfiqlərinin siyasi dəstəyinə və "humanitar müdaxilə”anlayışına əsaslanaraq, öz hərəkətlərinə legitimlik qazandırmaq istəyə bilər. Lakin beynəlxalq hüququn mövcud sərhədlərinin bu şəkildə "genişləndirilməsi” özündə ciddi təhlükə daşıyır. Ərazi bütövlüyü və suverenlik kimi prinsiplərin pozuntusu isə beynəlxalq hüququn içində olduğu böhranı daha da dərinləşdirir.

Elmar Hüseynov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...