THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İlk xristian dövlət əfsanəsindən işğal strategiyasına: Albanların qısa tarixi

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
21271
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 may 2013 – Newtimes.az

Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə "Newtimes.az” portalının keçirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.

Yunan və latın dilində "dağlıq bölgə” mənasını verən Albaniya Strabon, Ptolomey və Pliniy kimi müəlliflərin də daxil olduğu Yunan və Roma mənbələrinə görə, Xəzər dənizi və Gürcüstan arasında olan və şimalda Qafqaz dağları ilə cənubda Araz çayı arasında yerləşən ərazini ifadə edir[i]. İndiki vaxtda demək olar ki, tamamən Azərbaycan torpaqları ilə üst-üstə düşən bu bölgə islam fəthlərindən sonra Arran (Erran) adı ilə tanınmağa başlanmış, bölgənin tamamilə türkləşməsi ilə alban adının istifadəsi böyük ölçüdə sona çatmışdır[ii]. B.e.ə. 3-cü əsr və bizim eranın 8-ci əsrləri arasında təxminən 1000 il hökmranlıq edən Albaniya dövləti 26 fərqli dildə danışan etnik qruplardan ibarətdir və bu qruplar arasında türklərin olduğu da məlumdur[iii]

Albanların tarixinin araşdırılması, tarixin fərqli dövrlərindəki dövlət, cəmiyyət və mədəniyyət strukturlarının ortaya qoyulması Cənubi Qafqazın ümumi etno-mədəni görünüşü, buradakı xalqların tarixi və mədəni varlığı ilə şəxsiyyəti və bu bölgədə beynəlxalq mədəni qarşılıqlı sərhədlərini təyin etmək baxımından olduqca əhəmiyyətlidir[iv]. Çünki başda Qarabağ problemi olmaqla bölgədə yaşanan qarşıdurmaların alban tarixi araşdırılmadan düzgün təhlil edilməsi də mümkün deyil.

Tarixi Albaniya torpaqlarında yaşayan icmaların böyük bir hissəsinin Hz. Ömər dövründə edilən fəthlərlə birlikdə müsəlman olmasına baxmayaraq, Dağlıq Qarabağ kimi Azərbaycanın daha çox mərkəzi və şimal bölgələrindəki dağlıq ərazilərdə qeyri-müsəlmanlar yaşamağa davam etmişdir. Albanlar olaraq tanınan bu xristian əhali zamanla ermənilər tərəfindən qriqoryanlaşdırılmış, kilsələri erməni kilsələrinə çevrilmiş, əsərləri isə erməni dilinə tərcümə edilərək alban xalqına aid bütün varlıqlar məhv edilmişdir[v]. Ermənilərin özlərinə "ilk xristian xalq” etiketini yapışdıraraq Qərbdən imtiyaz almağa istiqamətli siyasəti əsasən özlərindən çox əvvəl xristianlığı qəbul edən albanların mirasına sahib çıxmaları nəticəsində mümkün olmuşdur. Rus mənbələrində Qarabağ qriqoryanları üçün "xristian türklər” ifadəsinin istifadə edilməsi bu mədəniyyət oğurluğunu gözlər önünə sərən əhəmiyyətli bir dəlildir[vi].

Qarabağın da daxil olduğu əraziyə hakim olan albanları və alban sivilizasiyasını yox sayan ermənilər işğal etdikləri Dağlıq Qarabağın ermənilərin əcdadı olan qədim bir xristian şahlığının parçası olduğunu iddia edir və sübut kimi də bölgədəki kilsələri göstərirlər[vii]. Ancaq qeyd edilən kilsələrin Qafqazın yerli xalqlarından olan xristian albanlara aid olduğu sadə bir xronoloji hesabla asanlıqla ortaya çıxa bilir[viii].

Ermənilər, makiavellist bir yanaşma ilə bir sıra siyasi hesablardan ötəri albanların mirasına sahiblənməyə çalışıblar. Xüsusilə erməni tarixçilərin; ermənilərin tarixin ilk xristian dövləti[ix] olduğunu vurğulaması xristian dünyasından dəstək ala bilmək üçün tətbiq olunan bir strategiyadır. Bu dəstəklə qonşu ölkələr diplomatik və siyasi təzyiq altında tutulmağa çalışılmış, beləcə ermənilər tərəfindən albanların məhv edilməsindən 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsinə və bir milyondan çox azərbaycanlının qaçqın vəziyyətinə düşməsinə qədər ermənilər tərəfindən edilən haqsız fəaliyyətlər qondarma şəhidlik əfsanəsinin və ilk xristian dövlət mifologiyasının dumanlı pərdəsi arxasında ört-basdır edilməyə çalışılmışdır[x].

Ermənilərin indiki vaxtda qonşularına istiqamətli işğalçı siyasəti əsasən Ermənistan adının tarixi tərifi ilə də yaxından əlaqəlidir. "Ermənistan/Armenia” adının, sərhədləri naməlum olmaqla birlikdə Şərqi Anadolu və Cənub-Qərbi Qafqazı əhatə edən və daxili bütövlüyü olmayan bir coğrafiya adı olaraq tarixdə geniş şəkildə istifadə edildiyi bilinir[xi]. Özünə "hay” deyən, "Hayk/Haik” adlı bir atadan törədikləri əfsanəsini yaşadan və bu gün dünyanın erməni olaraq adlandırdığı millətin tarixdə coğrafi bir termin olaraq istifadə olunan Ermənistan/Armenia adı ilə heç bir əlaqəsi yoxdur. Bölgədə uzun illər hakimiyyət quran Assuriya, Midiya, Fars, Part yazıları ilə Ksenofonun Anabasisi və Strabonun Coğrafyasında "hay”dan və yüksək ölkə mənasını verən "Hayastan”dan bəhs edilməməkdədir[xii].

Ermənistan adı ilə tanınan bölgənin yerli xalqlarından olmayan və bölgə ilə əlaqədar ən qədim mənbələrdə adı keçməyən hayk tayfası daha sonra bölgənin tarixi adını etnik bir kimlik olaraq mənimsəmiş, beləcə tarixi haqq iddialarını əsaslandırmağa çalışmışdır[xiii]. Bənzər şəkildə, zamanla "erməni” adını alacaq olan hayk tayfası qriqoryan inancına sahib hər bir cəmiyyəti ermənilik naminə sahiblənərək bu cəmiyyətlərin sahib olduğu siyasi, iqtisadi və mədəni dəyərləri də mənimsəmə strategiyası seçmişdir. Beləcə xristianlıq və ona bağlı olan qriqoryan etiketi erməni kimliyinin aparıcı elementi halına gəlmişdir. Bu mənada erməni tarixçi Pastırmacıyanın erməni kilsəsi üçün işlətdiyi "Erməni millətinin can verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı bədəndir" şəklindəki sözləri Ermənistanda dinin milliyyətin formalaşması prosesində rolunu daha dəqiq təcəssüm etdirir.

Ermənilərin izlədiyi bu mono-milliyyətçi siyasətlərin çağımızın siyasi, sosial və mədəni Zeitgeistı (zamanın ruhu) ilə tamamən zidd bir anaxronizm abidəsi olduğunun aşkar olmasına baxmayaraq bu həqiqətin xristian ictimaiyyətə kifayət qədər anlatılamamış olması dini fanatizm içində olan bəzi Qərb xristian seqmentlərin ermənilərə haqsız dəstək vermələrinə səbəb olmuşdur. Xristian dünyasından alınan bu dəstəyin də təsiri ilə min illik bir mədəniyyətin qurucuları olan albanlar tarixin tozlu rəflərinə qoyulmuşdur.

Nəticə

İndiki vaxtda İran istisna olmaqla bütün qonşularından tarixi həqiqətdən uzaq torpaq iddialarında olan Ermənistan, özündən çox daha əvvəl xristian olan alban cəmiyyətinin mirası sayəsində "ilk xristian dövlət” olduğunu iddia etməkdə, beləcə Azərbaycan torpaqlarının işğalından Türkiyə və Gürcüstana istiqamətli təcavüzkar siyasətə, Xocalı soyqırımından ASALA terror təşkilatının törətdiyi qırğınlara qədər həyata keçirdiyi bütün mənfi fəaliyyətləri ilk xristian dövlət mifinin kölgəsində ört-basdır etməyə çalışmaqdadır.

Yrd. Dos. Dr. Esme Özdaşlı,

Mehmet Akif Ersoy Universiteti, İqtisadi ve İdari Elmlər fakültəsi

Burdur/Türkiyə


[i] Audrey L. Altsadt, The Azerbaijani Turks: Power and Identity under Russian Rule, Hoover Institution Press, Standford, 1992, s. 3.

[ii] İslam Ansiklopedisi, Cilt 3, İstanbul, 1991, ss. 394-395.

[iii] Frederik Coene, The Caucasus: An Introduction, Routledge, New York, 2010, s. 97.

[iv] Yaşar Kalafat, Mahmut Niyazi Sezgin, "Ermeni Kültür Stratejisi ve Albanlar Meselesi”, (http://www.eraren.org/tur/eren.html), (11.02.2013).

[v] Bilal Dedeyev, "Dağlık Karabağ Sorunu’nun Tarihi Arka Planına Bakış”, Karabağ Savaşı: Siyasi, Hukuki, Ekonomik Analiz, Der. Osman Nuri Aras, Qafqaz Üniversitesi Kafkasya Araştırmaları Enstitüsü Yayınları, Bakü, 2008,  ss. 17-18.

[vi] Yaşar Kalafat, "Gregoryan Türklerin Stratejik Boyutu”, (http://www.yasarkalafat.info/index.php?ll=newsdetails&w=1&yid=121), (12.02.2013).

[vii] Albanlar tərəfindən inşa edilən bu gün Azərbaycanın Şəki çəhərindəki Kiş kəndində olan və albanların və Cənubi Qafqazın ilk kilsəsi olan Kiş Məbədi ermənilərin ilk xristian dövlət əfsanəsini çürüdən xüsusiyyətdədir.

[viii] "Reply by the Delegation of the Republic of Azerbaijan "to the Response of the Delegation of the Republic of Armenia to the Written Questions No. 526 and 528 by the Azerbaijani Parliamentarians Ms. Pasheyeva and Mr. Huseyinov”, Azerbaijan Foreign Policy Planning and Strategic Studies Department, pp. 4-6, http://www.azembassy.ca/documents/conflict/culture-nakhichevan-christianmonum.pdf,  (05.01.2013).

[ix] Ermənilərin ilk xristian dövlətini 301-ci ildə qurduqları tarixi həqiqətlə uzlaşmır. Çünki bu tarixlərdə Roma imperatoru olan Diokletian radikal bir paqan inanca sahib idi və Xristianlığa qarşı amansız mübarizə aparırdı. Xristianlara zülm edənlərin sonuncusu olaraq da bilinən Diokletian 303-ci ildə nəşr etdiyi fərmanla xristianlar üzərində böyük bir təzyiq siyasəti tətbiq etməyə başlamışdır. Diokletionun yaxını olan erməni şahzadəsi Tridat ölkəsi Sasanilərin işğalı altında olduğu üçün uzun illər Romada sürgün həyatı yaşamış və 298-ci ildə ölkəsinə dönə bilmişdir. Bu səbəblə Roma İmperatorluğunun bir vassal vəziyyətində olan və siyasi müstəqilliyi mövcud olmayan erməni şahzadəsi Tridatın xristianlığı rəsmi din olaraq qəbul etməsi mümkün görünmür. Hətta Diokletianın fərmanını tətbiq edən Tridatın zülmünə qurban gedənlər arasında "İlluminator Əziz Qriqor” da var. Ermənistanın "əsl” həvarisi qəbul edilən Qrigor 14 il həbsdə yatmış, Roma İmperatoru I Konstantinin nəşr etdiyi və xristianlıq üzərindəki təzyiqləri aradan qaldıran 313-cü il tarixli Milano Fərmanı ilə həbsdən çıxa bilmişdir. Bu sənəd ilə xristianlığın Romada rəsmi olaraq tanındığı düşünüldüyündə xristianlığın Ermənistanda ən tez 314-ci ildə qəbul edilməsi mümkün görülür. Bu məlumatlar Ermənistanın tarixin ilk xristian dövləti olduğu tezisini çürüdür. Ətraflı məlumat üçün baxın. Erich Feigl, "Ermeni Milli Kilisesinin Zaferi ve Trajedisi”, Ermeni Araştırmaları, Sayı 2, Haziran-Temmuz-Ağustos 2001, http://www.eraren.org/index.php?Lisan=tr&Page=DergiIcerik&IcerikNo=211, (03.12.2012).

[x] Feigl, həmin məqalə.

[xi] Mahmut Niyazi Sezgin, "Anadolu Türklüğünün Kayıp Halkası: Gregoryen Türkler”, 2023 Dergisi, Kasım 2005, Sayı 15, s. 68.

[xii] Erdal İlter, "Ermenistan Adı, Menşei ve Bazı Ermeni İddiaları Üzerine”, Ermeni Araştırmaları, Sayı 6, Yaz 2002, (http://www.eraren.org/index.php?Page=DergiIcerik&IcerikNo=153), (03.01.2013).

[xiii] Kalafat ve Sezgin, həmin əsər.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...