THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fərid Zəkəriyyə: Amerikanı xilas etmək mümkündürmü?

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12084
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 may 2013 – Newtimes.az

Son dövrlərdə Qərb tədqiqatçıları demokratiyanın taleyindən narahatlıq ifadə edən fikirlər söyləyirlər. Hətta ciddi tənəzzülün baş verəcəyini proqnozlaşdıranlar vardır. Bu aspektdə Fərid Zəkəriyyənin təhlilləri son dərəcə maraqlı görünür.

Amerika demokratiyasının çətinlikləri

Dünyanın ən güclü dövləti olan ABŞ-da iqtisadi böhrandan son dövrlərdə tez-tez danışırlar. Amerikanı tənəzzüldən necə xilas etməyin yolları haqqında müxtəlif fikirlər var. Tanınmış siyasi təhlilçi Fərid Zəkəriyyə isə məsələyə bir qədər fərqli aspektdə yanaşır. Bununla da oxucunu daha çox düşünməyə vadar edir. O, "Foreign Affairs” jurnalında dərc etdirdiyi məqalədə əsas böhranın, əslində, Qərb demokratiyasında getdiyi tezisini irəli sürüb (bax: Fareed Zakaria. Can America Be Fixed? The New Crisis of Democracy. "Foreign Affairs”, №1, 2013). Çünki ABŞ-ın iqtisadi sistemi kifayət qədər dinamikdir. Başlıca vəzifə qlobal rəqabət və texnoloji innovasiya şəraitində siyasi sistemi elə dəyişməkdən ibarətdir ki, davamlı surətdə uğur təmin edilsin. Buradan F.Zəkəriyyə maraqlı nəticə çıxarır: indiki çətinliklər demokratiyanın böhranının əlamətidir.

1964-cü ildə Amerika milli seçkilərinin tədqiqi Mərkəzinin keçirdiyi sorğuda rəyi soruşulan amerikanların 76%-i ABŞ hökumətinə inandığını bildirmişdi. 2008-ci ildə bu rəqəm 30%-ə, 2010-cu ildə isə 19%-ə düşüb. Bu, Qərbdə siyasətçilərin fəaliyyətinə olan inamın davamlı olaraq azaldığını ifadə edir. Bu gün problemlərin miqyası artıb. Amerikan demokratiyası böyük çətinliklərlə fəaliyyət göstərir. Onun qloballaşan iqtisadiyyata təsir vasitələri əhəmiyyətli dərəcədə azalıb.

Müəllif təcrübəyə də müraciət edir. Keçən əsrin 70-ci illərində böhrandan üç amilə görə çıxmaq mümkün oldu – inflyasiyanın yatırılması, informasiya inqilabı və qloballaşma. Qərb ölkələrində baş verən informasiya və texnoloji inqilablar açıq iqtisadi sistemlərin formalaşmasına gətirdi. SSRİ qapalı iqtisadiyyata malik olduğundan inkişafda geridə qaldı və nəticədə sosialist düşərgəsi çökdü.

Lakin indi qloballaşmanın və informasiya texnologiyalarının inkişafı Qərbə imkanlarla bərabər yeni problemlər də gətirir. F.Zəkəriyyə bununla bağlı maraqlı bir tədqiqatı misal kimi göstərir. 2011-ci ildə McKinsey (MGI) Qlobal institutu 1940-cı ildən bu yana ABŞ-da əmək haqqının dəyişməsi dinamikasını ifadə edən tədqiqat aparıb. 1940-cı illərdə iqtisadi tənəzzüldən sonra ÜDM bərpa olunandan 6 ay müddətində məşğulluq əvvəlki səviyyəyə qalxıb. 1990-cı illərdəki böhranda isə bu qayda pozulub. Məşğulluq ÜDM-in bərpasından sonrakı 15 ay ərzində əvvəlki səviyyəyə yüksəlib. XXI əsrin əvvəllərində isə bu proses 39 aya yekunlaşıb. Hazırda isə ÜDM-in bərpasından sonra məşğulluğun əvvəlki səviyyəyə çatmasına 60 ay lazım olacağı gözlənilir. Bu, Qərbdə ciddi sosial-siyasi və iqtisadi ziddiyyətlərin yaranmasına səbəb olur.

Digər məqam ABŞ ümumdaxili məhsulunun səviyyəsinin 1960-cı illərdən başlayaraq azalması ilə bağlıdır. Belə ki, həmin dövrdən bu göstərici 4%-dən 2%-ə qədər düşüb. Yaşayış minimumunu azaltmaq üçün Amerika xarici borcu artırır. 1980-ci illərdən başlayaraq isə amerikanlar istehsal etdiklərindən çox istehlak edirlər. 1980-ci ildə xarici borc ÜDM-in 42%-ni təşkil edirdisə, indi bu rəqəm 107%-dir! Yaponiyada 1980-ci ildə xarici borc 50% təşkil edirdi, hazırda isə 236%-dir.

Siyasi islahatların perspektivləri

İnkişaf etmiş ölkələrin hökumətləri və beynəlxalq təşkilatlar başqa dövlətlərə inkişaf etmələri üçün struktur dəyişikliyi etməyi, əmək ehtiyatlarının sərbəst hərəkətinin təminini, səmərəsiz dövlət subsidiyalarından imtinanı məsləhət bilirlər. Ancaq özləri ilə bağlı bu addımları atmırlar. İkili standart Qərbə və beynəlxalq təşkilatlara olan inamı azaldıb. Demokratiya adı altında təklif edilən üsulların əslində başqa məqsədlər üçün edildiyi şübhəsi yaranır. Həmin məqamı demokratiyanın böhranının ciddi əlaməti hesab etmək olar. Demək lazımdır ki, bu proses indi də davam edir.

Qərbin problemləri bununla bitmir. F.Zəkəriyyə əmindir ki, tezliklə demokratiya böhranına demoqrafik tənəzzül əlavə olunacaq. İnkişaf etmiş ölkələrdə əhali sürətlə qocalır. Yaponiyada XXI əsrin sonuna əhalinin 127 milyondan 47 milyona qədər azalacağı gözlənilir. İtaliya və Almaniyanı da eyni aqibət gözləyir. ABŞ istisna təşkil edir. 2050-ci ildə onun əhalisi 423 milyon olmalıdır. Almaniyada isə əhalinin sayı 72 milyon olmalıdır. Onu nəzərə almaq lazımdır ki, ABŞ-da əhalinin sayının artmasına baxmayaraq təqaüdçülərin çoxalması cəmiyyət üçün ciddi yükə çevrilə bilər. Müqayisə üçün deyək ki, hazırda Amerikada hər təqaüdçüyə 4,6 işləyən adam düşürsə, 25 ildən sonra bu rəqəm 2,7 olacaq. Yaşlı amerikanların sosial təminatına çəkilən xərclərin 24 milyard dollardan yaxın gələcəkdə 2,2 trilyon dollara qədər yüksəlməsi gözlənilir.

Bütün bunlardan belə nəticə alınır ki, Qərb demokratiyası ciddi çətinliklərlə üzləşib. Onun qarşısında duran əsas problem siyasi islahatları həyata keçirməkdir. Demoqrafik stress də kifayət qədər diqqət yetiriləsi məsələdir. Büdcədə yaranmış çətinliklərin aradan qaldırılması böyük zəhmət tələb edir. Burada Yaponiyanın acı təcrübəsini unutmaq olmaz. Bu ölkə bütövlükdə varlı olaraq qalır. Ancaq yaşlı nəsil öz varidatlarını gənclərə ötürmək üçün səmərəli bir mexanizm hazırlamayıb. Qərbin inkişaf etmiş ölkələrini də eyni aqibət gözləyə bilər.

Siyasətçilər bunları, heç şübhəsiz, dərk edirlər. Lakin böhran o dərəcədə dərinliklərə işləyib ki, onun qarşısını almaq son dərəcə mürəkkəbləşib. Üstəlik, dünyada sürətlə inkişaf edən ölkələrin sayı artır. Onlar bir qədər fərqli mexanizmlərlə tərəqqi edirlər. Müqayisədə Qərb qocalmış və potensialından kifayət qədər istifadə edə bilməyən məkan təsiri bağışlayır. Bu aspektdə demokratiyanın böhranı bütövlükdə Qərb mədəniyyətinin tam tənəzzülü ilə müşayiət oluna bilər.

Son zamanlar Avropada gənclər arasında radikal ideoloji baxışların yayılması, islamofobiyanın cəmiyyətin daha geniş təbəqələrini əhatə etməsi təhlükələrdən xəbər verir. Bunların fonunda radikal milliyyətçilik vüsət alır. Hələlik bu kimi proseslərin hansı nəticələri verəcəyi haqqında qəti proqnozlar yoxdur.

Maraqlıdır ki, italyan siyasət nəzəriyyəçisi Danilo Zolo F.Zəkəriyyənin mövqeyinə yaxın fikirlər söyləyib. O, müasir elmi metodologiyadan istifadə edərək dünya miqyasında demokratiyanın təkamülü prosesini təhlil edib. Belə qənaətə gəlib ki, hazırda qlobal miqyasda demokratiyanın vəziyyəti mürəkkəbdir. Burada sadəlikdən çox qeyri-müəyyənlik vardır. D.Zolo bu tendensiyanın davam edəcəyini düşünür. Görünür, Qərb cəmiyyətlərinin inkişafı ciddi problemlərlə üz-üzədir. Əsas məsələ ondan ibrətdir ki, vəziyyətin böhranlı həddə olduğunu onlar dərk etməyə başlayıblar. Bəlkə real çıxış yolları bundan sonra tapılacaq?

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...