THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Çoxqütblü dünya" geosistemi şəraitində beynəlxalq terrorizm

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15721
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 aprel 2013 – Newtimes.az

Məlum olduğu kimi, XXI əsrin əvvəllərinə yaxın Qərb demokratiyası ilə Şərq kommunizmi kimi iki barışmaz ideologiyanın 70 il davam edən qarşıdurmasından yaxa qurtaran dünya birliyi bunlardan heç də az təhlükəli olmayan digər bir hadisə ilə – "soyuq müharibə”nin övladı olan, caynaqları ilə praktiki olaraq bütün dünyanı əhatə edən və son onilliklərdə beynəlxalq təhlükəsizlik sistemini təhdid edən beynəlxalq terrorizm qüvvələri ilə üzləşdi.

Dünya birliyinin geosiyasi və geoiqtisadi strukturunda yaşadığımız yüzillikdə baş verən və planetin bir sıra regionlarında sosial-siyasi sistemlərin transformasiyası ilə müşayiət olunan dərin dəyişikliklər dünyanın birqütblü geosisteminin "çoxqütblü” geosistemlə əvəz olunması ilə səciyyələnən keyfiyyətcə yeni geosiyasi dövrə qədəm qoyduğunu qeyd etməyə əsas verir. Müasir dövrün ən güclü hərbi-siyasi qurumları olan NATO və Avropa İttifaqının simasında konsolidasiya etmiş Qərb dünyası ilə yanaşı, ilk növbədə, Çin və Rusiya kimi yeni geosiyasi aktorlar da fəallaşaraq, ümumdünya problemlərinə bu və ya digər dərəcədə təsir göstərməkdədirlər. Bütün bunlar müasir qloballaşma proseslərinin sürətləndiyi bir şəraitdə baş verir.

Eyni zamanda, Hantinqtonun sivilizasiyaların toqquşması ilə bağlı proqnozlarının da bəzi konturları özünü büruzə verməkdədir. Bunun əlamətləri indi artıq ayrı-ayrı terrorçuluq və davakar separatizm aksiyalarında təzahür edir. Bundan əlavə, son illərdə bir sıra Avropa ölkələrində baş vermiş hadisələr multikulturalizm ideyalarının uğursuzluğunu əyani şəkildə sübut edir.

Ümumən dünyanın müasir siyasi mənzərəsi daha çox rəngarəng bir mozaikanı xatırladır. Burada nəhəng və regional qüdrətli dövlətlər bu və ya digər dərəcədə qloballaşma və sivilizasiyalararası proseslərə qatılmış kiçik dövlətlərlə qonşuluq edir.

Bununla yanaşı, dünyanın səhnəsində bir fövqəldövlətin – ABŞ-n üstünlük təşkil etməsi perspektivi dünya birliyində adekvat reaksiya doğurur və bəşəriyyətin bu cür aqibətinə alternativ kimi "çoxqütblü dünya” qlobal geosistemi konsepsiyası irəli sürülür. Yer kürəsində formalaşmaqda olan yeni geosiyasi mərkəzlər arasında nüfuz dairələrinin növbəti bölgüsü məsələsi gündəmə çıxarılır. Eyni zamanda, bu gün beynəlxalq aləmdə heç bir ölkə, heç bir geosiyasi güc mərkəzi böyük sivilizasiyaların rəngarəngliyini və spesifik xüsusiyyətlərini nəzərə almadan müstəqil şəkildə tam həcmdə özünün geostrateji və geoiqtisadi vəzifələrini təyin edib həyata keçirə bilməz.

Onu da qeyd etmək lazımdır ki, yaşadığımız yüzillikdə beynəlxalq terrorizmin aktivləşməsi bilavasitə son onilliklərdə dünyanı əhatə etmiş qloballaşma prosesləri ilə bağlıdır. Firavan "qızıl milyardla” yerdə qalan "dilənçi milyardlar” arasında uçurumun dərinləşməsi, sonuncuların sürətlə yoxsullaşması, ənənəvi daxili sosial-siyasi əlaqə və dəyərlərin dağılması təhlükəsinin olması yeni-yeni davakar separatizm və terrorizm aksiyalarını doğurur.

Mühüm amillərdən biri də budur ki, yerdə qalan qeyri-Qərb dünyasında həyat səviyyəsinin yüksəldilməsinin sülh üsullarından istifadə gözlənilən nəticələr vermədikdə, yaxın gələcəkdə nəinki qloballaşmaya, hətta ümumilikdə mövcud dünya nizamına da inam itə bilər.

Dünyada xaosa dini fundamentalizm, ifrat millətçilik və rasizm, etnik dözümsüzlük, beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıq mərkəzlərinin formalaşdırılması, iqtisadi qeyri-bərabərlik, demoqrafik partlayış, idarə olunmayan miqrasiya prosesləri, ekoloji kolliziyalar və təbii ehtiyatların tükənməsi səbəb ola bilər. Özü də qloballaşmanın yaratdığı üstünlüklərdən faydalanan regionlar da müxtəlif növ beynəlxalq terrorizm aktlarından sığortalanmayıb. ABŞ, Böyük Britaniya, İspaniya, Norveç, Rusiya, Türkiyə, Pakistan və digər ölkələrdə həm beynəlxalq terror şəbəkəsinin, həm də xüsusi bəslənmiş terrorçu qüvvələrin hücumları ilə bağlı olan son onilliyin dramatik hadisələrini xatırlatsaq, kifayət edər.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...