THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İkinci "soyuq müharibə": geosiyasi reallıqlar və gizli təhdidlər

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9204
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 aprel 2013 – Newtimes.az

Məlum olduğu kimi, 1946-cı ildə başlayan və 1991-ci ilədək davam edən "soyuq müharibə” bir tərəfdən, Sovet İttifaqı ilə onun müttəfiqləri, digər tərəfdən isə, ABŞ və onun satellitləri arasında qlobal geosiyasi, hərbi, iqtisadi və ideoloji konfrontasiya ilə səciyyələnirdi.

Sözün hərfi mənasında açıq savaş olmasa da, bu konfrontasiya özündə əsasən Şərq kommunizmi ilə Qərb demokratiyasının sərt qarşıdurmasından ibarət olan ideoloji yük daşıyırdı. Şimali Atlantika Alyansı ölkələri ilə Varşava müqaviləsi ölkələri bir-biri ilə birbaşa hərbi münaqişəyə girmədən Uzaq Şərqdən Latın Amerikasınadək Yer kürəsinin praktiki olaraq bütün qitələrində öz hərbi-siyasi nüfuzunu mümkün qədər genişləndirməyə can atırdılar. 1950-80-ci illərdə bir-birinə qarşı duran bloklar arasında daha irimiqyaslı toqquşmaqları (Koreya, Vyetnam və Əfqanıstan müharibələri, Asiya, Afrika və Latın Amerikası ölkələrində baş vermiş müxtəlif növ inqilab və çevrilişlər) xatırlasaq, kifayətdir.

Bütün bunlar ABŞ və SSRİ kimi iki fövqəldövlət arasında intensiv hərbiləşmə, sürətlə silahlanma ilə müşayiət olunurdu. Yalnız ABŞ-la SSRİ arasında nüvə gücündə yaranmış paritet lokal müharibələrin üçüncü dünya müharibəsinə çevrilməsinə imkan vermirdi.

Qərbin Birinci Dünya müharibəsində qeyd-şərtsiz qələbəsindən və SSRİ-nin və Varşava paktının süqutundan sonra yaranmış nisbi sakitlikdən sonra 2000-ci ildən başlayaraq dünyanın geosiyasi mənzərəsində əsaslı dəyişikliklər baş vermişdir. ABŞ və onun müttəfiqlərinin İraq və Əfqanıstanda hərbi iştirakı, habelə Şərqi Avropa ölkələrində ən yeni raketdən müdafiə sistemlərinin yerləşdirilməsi günümüzün reallıqlarıdır.

1990-cı illərdə Qərb tərəfindən Balkan və Böyük Yaxın Şərqdən sıxışdırılıb çıxarılmış Rusiya bu regionlarda öz mövqelərini müəyyən dərəcədə bərpa etməyə çalışır. Dünya okeanı üzərində möhkəmlənərək böyük dəniz dövləti statusunu özünə qaytarmaq Rusiyanın ən mühüm strateji vəzifəsinə çevrilir.

Rusiya-ABŞ münasibətlərini "yenidən başlamaq” cəhdləri isə faktiki olaraq heç bir nəticə verməyəcək piar aksiyasından başqa bir şeyə oxşamır. Bundan başqa, son illər postsovet məkanında da Rusiya-ABŞ ziddiyyətləri kəskinləşməkdədir. Özünün yaxın imperiya keçmişinə nostalji hisslər keçirən Rusiya bu məkanı özünün geosiyasi nüfuzunun prioritet sferası hesab edir və başda ABŞ və Avropa İttifaqı olmaqla NATO-nun yeni yaranmış postsovet dövlətlərində öz güclü iqtisadi və hərbi-siyasi potensialından istifadə etməklə möhkəmlənmək cəhdlərinə qısqanclıqla yanaşır. Rusiya özünün nüfuz dairəsinə Ukraynanı, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini cəlb etməsə, geostrateji nöqteyi-nəzərdən həm Qərb, həm də Şərq istiqamətindən təhdidlərə qarşı aciz olar.

Bu ölkələrin Rusiya ətrafında real birləşməsinin yeganə formasını Moskva Avrasiya İttifaqının yaradılması ideyasında görür. Lakin Rusiyanın bəzi hallarda etno-ərazi münaqişələrinə və müxtəlif növ "rəngli” inqilablara bürünmüş, əlavə olaraq "Qərb intriqalarına” qoşulmuş postsovet məkanı dövlətləri ilə siyasi və iqtisadi münasibətlərinin birmənalı olmaması bu yeni formatlı retro-layihənin reallığa çevrilməsini hazırda şübhə altına alır.

Bu arada Çinin genişlənməkdə olan hərbi-iqtisadi potensialı və xarici-siyasi imkanları bu Asiya dövlətinin beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da artmasına səbəb olur. Çin buna əsasən konfutsiayaçılıq ənənələrini, bazar iqtisadiyyatı prinsiplərini və marksizm ideologiyasını üzvi şəkildə birləşdirməklə nail olmuşdur. Bununla yanaşı, Yaxın Şərq-Əfqanıstan istiqamətində irəliləyən, habelə Hindistan, Yaponiya və Cənubi Koreyanın anti-Çin əhval-ruhiyyələrindən istifadə edən ABŞ növbəti "anakonda dairəsi” qurmaqla Çini geosiyasi mühasirəyə almağa cəhd edir.

Hal-hazırda ABŞ-Rusiya-Çin "böyük geosiyasi üçbucağı”nın konturları müəyyənləşməkdədir. Bəşəriyyətin taleyi əsasən bu dövlətlər arasındakı qarşılıqlı münasibətlərdən asılı olacaqdır. Müxtəlif geostrateji kombinasiyalarda özünəməxsus "geosiyasi tapmacalar”ı yaradan da elə məhz Çin amilidir. Bu üç özünəməxsus sivilizasiyalar arasında hərbi-siyasi toqquşmamı olacaqdır, yoxsa planet miqyasında nüfuz dairələrinin "xoşaxoşluq” ilə bölgüsü aparılacaqdır? Bunu yaxın gələcək göstərəcəkdir.

Pərvin Darabadi,

Tarix elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...