THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putinin müsahibəsi – dəyişməyən münasibət

Putinin müsahibəsi – dəyişməyən münasibət
19 noyabr 2020

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin açarının Rusiyada olduğun deyənlər haqsız deyilmiş. Düzdür, 44 günlük döyüşlər bu açarın Azərbaycanın əlində olduğunu da göstərdi. Ancaq problemin yaranma tarixinə nəzər yetirsək, onun müəllifinin daha çox çar Rusiyası, keçmiş SSRİ və Rusiya olduğu da sirr deyil. Bu baxımdan sentyabrın 27-də başlayan döyüşlərə və ondan sonrakı prosesdə Kremlin mövqeyi böyük əhəmiyyət kəsb edir. Son hadisələr zamanı ABŞ az qala susmuşdu. Fransa Ermənistana hər cür yardımlar etməklə yanaşı, onlara siyasi dəstək də verirdi. Rusiyadan da işğalçılara yardımlar axın edirdi. Hətta, Moskvanın müttəfiqi İran İslam Respublikasının da Ermənistana dəstək verdiyinə dair məlumatlar yayılırdı. Bu baxımdan ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi orta hesabla Ermənistanın xeyrinə idi.

Yolu gedən aparar: Ermənistan dünyaya yeni yolların xəyalını qurur

Yolu gedən aparar: Ermənistan dünyaya yeni yolların xəyalını qurur
18 noyabr 2020

İqtisadi blokadaya son verilməsi deyəndə Ermənistan heç də "qatı düşmənlər'' ilə sərhədlərin açılmasından söhbət getmədiyini gözəl başa düşür. Odur ki, Türkiyə ilə də sərhədlərin açılıb-açılmayacağına dair suala cavab verən Nikol Paşinyan deyib: "Yox, çünki Türkiyə bu razılaşmanın bir parçası deyil. Biz Rusiyaya bir yox, bir neçə yolun olmasını istəyirik. Bu danışıqlar nəticəsində problemlərimizi həll edə bilsək, o cümlədən Rusiya və Fars körfəzilə dəmir yolu bağlantımız olsa, Ermənistan üçün nə qədər köklü dəyişiklik meydana çıxacağını təsəvvür edin".

Rusiya sülhməramlılarının missiyası – etimad qazanmaq üçün tarixi fürsət

Rusiya sülhməramlılarının missiyası – etimad qazanmaq üçün tarixi fürsət
17 noyabr 2020

Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi. Həmin bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti daxil oldu.

44 günlük Qarabağ müharibəsinin nəticələri

44 günlük Qarabağ müharibəsinin nəticələri
16 noyabr 2020

Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq və tədqiqatlar aparılacaq.

Ermənistanda məğlub hərbçilərlə qurulan rejim – dəyişən rollar

Ermənistanda məğlub hərbçilərlə qurulan rejim – dəyişən rollar
15 noyabr 2020

Qarabağa yerləşdirilən ermənilər gəldikləri kimi özlərinə məxsus olmayan yerlərdən çıxarılırlar. Bu müharibədə çoxlu sayda itki oldu. İllər uzunu erməniləri Azərbaycana və Türkiyəyə qarşı körükləyənlər, işğalçını cinayət əməllərinə görə tənbeh etməyib başını sığallayanlar Ermənistanın məğlubiyyəti ilə yanaşı, tökülən qanlara və başqa cinayətlərə şərikdir. Yerevanda isə siyasi gərginlik artır. Müxalifət mövcud vəziyyəti hakimiyyət dəyişikliyi ilə yekunlaşdırmaq istəyir… Döyüşdə təslim olan Nikolu və komandasını Ermənistanda rusiyayönlü müxalifətlə mübarizə gözləyir…

Otuz illik işğal və 44 günlük Vətən müharibəsi

Otuz illik işğal və 44 günlük Vətən müharibəsi
14 noyabr 2020

Hazırda Cənubi Qafqaz dramatik hadisələrlə dolu tarixinin gərgin səhifələrindən birini yaşamaqdadır, halbuki yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazılır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 26 il ərzində vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqların böyük bir hissəsini cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan MR

Regional nəqliyyat-kommunikasiya sisteminin yeni qovşağı – Naxçıvan MR
14 noyabr 2020

Azərbaycanın müzəffər qələbəsini özündə ehtiva edən və Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək.

Azərbaycanın qələbəsi – işğalçının Qarabağdan qovulması

Azərbaycanın qələbəsi – işğalçının Qarabağdan qovulması
13 noyabr 2020

Azərbaycan 44 günlük müharibədə bölgədə yeni şərait yaratdı. Ermənistan danışıqlar yolu ilə çıxmaq istəmədiyi işğal etdiyi torpaqlardan hərb yolu ilə qovuldu. Bundan başqa, düşmən ordusu darmadağın edildi. Ermənistana 2 milyard ABŞ dollarından artıq məbləğdə ziyan vuruldu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Döyüşlərdən sonrakı Ermənistan – siyasi təlatüm

Döyüşlərdən sonrakı Ermənistan – siyasi təlatüm
12 noyabr 2020

Ordusu tarmar olan, vətəndaşları ölkədən qaçmağa çalışan, iqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistanda yeni dövlət qurmaq zərurəti yaranıb. Bunun üçün Ermənistandakı indiki, yaxud hakimiyyətə gələcək yeni qüvvə yıxıldığı dövlətə doğru daha çox yıxılacaq.

Co Baydenin prezidentliyi nə vəd edir?

Co Baydenin prezidentliyi nə vəd edir?
11 noyabr 2020

Ən qalmaqallı prezident seçkilərindən biri kimi ABŞ tarixinə düşəcək 3 noyabr seçkisinin rəsmi nəticələri hələ açıqlanmayıb. ABŞ-ın seçki ənənəsinin ziddinə olaraq məğlub olduğu aydın görünən namizəd, hazırkı prezident Donald Tramp rəqibinin qalibiyyətini etiraf etmir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...