THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Özü gəlməyə cəsarət eləmir, köməkçisini göndərir...

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3072
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyul 2021 – Newtimes.az

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan öz köməkçisini Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə – Dağlıq Qarabağa göndərir. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökumətinin saytında yerləşdirilmiş rəsmi qərarda baş nazirin köməkçisi Qaqik İsaxanyanın "dörd günlük işgüzar səfərlə'' Dağlıq Qarabağa ezam edildiyi göstərilir.

Bildirilir ki, İsaxanyan iyulun 12-dən 15-nə qədər Xankəndində ''işçi görüşlər keçirəcək'' və nəticələri barədə hesabat hazırlayıb baş nazirə təqdim edəcək.

Qeyd edək ki, Nikol Paşinyanın ayağı Azərbaycan torpaqlarına sonuncu dəfə ötən ilin oktyabrında, Qarabağda şiddətli müharibənin getdiyi günlərdə dəyib. Ermənistanın kapitulyasiyasından sonra isə Yerevandan bəzi hökumət rəsmiləri, o cümlədən xarici işlər naziri Qarabağa səfər etsələr də Azərbaycan tərəfi belə qanunsuz səfərlərə son qoyulmasını tələb etdi. Və xəbərdarlıq edildi ki, Ermənistan rəsmiləri Azərbaycan ərazilərinə qanunsuz səfərlərə son qoymasalar Bakı sərt addımlar atacaq.

İndi Paşinyan əlbəttə ki, Azərbaycan ərazilərinə ayaq basmağa cəsarət etmir. Amma hər halda öz köməkçisini ''ezam etməyə'' qərar verib və bu fakt onu göstərir ki, ''Dağlıq Qarabağ'' və ya ''artsax'' adlı hansısa ərazi vahidinin artıq mövcud olmadığı faktı ilə Yerevanda hələ barışmaq istəmirlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...