THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ, Rusiya və Fransa səfirləri Şuşaya getməkdən imtina etdi

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
7294
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 iyul 2021 – Newtimes.az

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də Şuşaya getməkdən imtina ediblər.

Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

Maraqlı və qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək , təxminlər yürütmək lazım gəlir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və Yerevanla körpüləri yandırmaq istəmirlər. Hərçənd aydın deyil ki, əhalisi lap münaqişənin əvvəlindən azərbaycanlılardan ibarət olmuş Şuşanın Qarabağda yaşayan ermənilərə nə dəxli var.

İstər belə, istər elə, bu demarş Azərbaycanın həmin ölkələrlə gələcək münasibətlərinə təsirsiz ötüşməyəcək. Ən azından, Fransanı istisna etməklə Azərbaycan ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşdu. Və belə mövqe ictimaiyyətin nəzərində həmin ölkələrlə gələcək münasibətlərin inkişafına ciddi ziyan vurmuş olacaq. Onların hərəkəti təkcə Azərbaycan hökumətinə deyil, bütün ölkə ictimaiyyətinə qarşı təhqirdir.

Vaşinqtonun ermənipərəst mövqeyi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Bəs Azərbaycana dost hesab edilən Rusiyanın hərəkətini necə izah edək? Axı bu ölkə Qarabağ məsələsinin ədalətli həllinin qarantı kimi çıxış edirdi. Son on il ərzində ilk dəfədir ki, Rusiya diplomatı ABŞ diplomatı ilə bu cür həmrəylik nümayiş etdirir. Görəsən səfir bu təlimatı Kremldən alıb?

Səfirlərin bu demarşı xeyli suallar doğurur. Axı səfərin məqsədi dünya ictimaiyyətinə Azərbaycan mədəniyyətinin erməni vandalları tərəfindən necə dağıdıldığını çatdırmağa yönəlmişdi.

İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Minsk Qrupunun müharibənin nəticələrinin aradan qaldırılmasında, xalqlar arasında sülhün əldə olunmasında dəstəyinə ümid edir. Lakin belə görünür ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsi yolunu seçiblər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...