THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın sabiq prezidenti: Bizim Azərbaycan və Türkiyə ilə razılaşmalara getmək yolumuzun alternativi yoxdur

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2221
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 iyun 2021 – Newtimes.az

Ermənistanın birinci prezidenti, Milli Konqres partiyasından baş naziri postuna namizəd Levon ter- Petrosyan hesab edir ki, Qarabağ məsələsinin həllində artıq nə Ermənistanlıq, nə də ermənilərlik bir iş qalmayıb.

AZƏRTAC xəbər verir ki, o, Ermənistan İctimai Televiziyası ilə seçkiqabağı təbliğat kampaniyası çərçivəsindəki çıxışında Ermənistan-Azərbaycan münaqişəsində mövcud vəziyyətini şərh edərkən belə deyib.

"Hazırda Azərbaycanla müharibənin yenidən başlanılması ehtimalı yoxdur'', – deyən Levon ter-Petrosyan 44 günlük müharibənin reallığa çevrilən nəticələrinə eyham vuraraq mövcud situasiyanın şərtlərinə adaptasiyanı Ermənistan üçün yeganə məqbul yol hesab edir: "Sülh bərqərar olub, Rusiya hərbçiləri həmin sülh üçün təminatdır və bu təminat Ermənistanla Azərbaycan arasında müharibənin bərpasını mümkünsüz edir. Ola bilər, mənimlə razılaşmayasınız, lakin zaman keçdikcə bizim Azərbaycan və Türkiyə ilə, tədricən də olsa, ardıcıl razılaşmalara getmək yolumuzun alternativi yoxdur. Qonşular əbədilik düşmən ola bilməzlər''.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində imzalanmış Şuşa Bəyannaməsini nəzərdə tutaraq, Türkiyənin Cənubi Qafqaza "qonaq kimi gəlmədiyini'' bildirən sabiq prezidentin birmənalı qənaətinə görə, qonşularla əbədi düşmənçilik strategiyası Ermənistanın gələcək mövcudluğunu şübhə altına ala bilər. O hesab edir ki, Ermənistana sülh, xoş qonşuluq münasibətləri və situasiyanı tənzimləmək üçün iradə indi həmişəkindən daha çox gərəkdir.

"Qarabağ münaqişəsinin həllində'' artıq Ermənistanlıq heç nəyin qalmadığını, məsələnin ən yaxşı halda, Rusiya və BMT-nin iştirakı ilə həllinə ümid etdiyini bildirən Levon ter-Petrosyan fikrini bu cür yekunlaşdırıb: "İnanmaq və gözləmək lazım deyil ki, hansısa erməni "Mən Qarabağ münaqişəsini həll edərəm'',  – desin. Beləsi yoxdur, mövcud deyil. Bu, illüziyadır''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...