THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya Dövlət Dumasının sədri: "ABŞ "müttəfiqlərinin" suverenliyini qəsb edir"

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3866
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 aprel 2021 – Newtimes.az

''ABŞ tərəfdaş adlandırdığı "müttəfiq” ölkələrin suverenliyini qəsb edir''.

APA-nın RİA ''Novosti''yə istinadən xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram'' kanalında bildirib.

O qeyd edib ki, demokratiya böhranı ilə üzləşən ABŞ Qərb ölkələrini də vətəndaşlarının iradəsinə zidd addımlar atmağa təhrik edir: ''Bu isə o deməkdir ki, analoji dövlətlərdə hakimiyyətin mənbəyinə xalq yox, ''Uncle Sam'' (''Sem dayı'' – "Birləşmiş Ştatlar'' ifadəsinin təhrif olunmuş forması – red.) çevrilir. ABŞ-ın təzyiq etdiyi ölkələrdən isə hələlik yalnız Almaniya ona müqavimət göstərməyi bacarır''.

V.Volodin buna "Şimal axını-2'' layihəsi ətrafında baş verənləri misal göstərib: ''Əksər hallarda isə Birləşmiş Ştatlar ''tərəfdaş'' adlandırdığı ölkələri marionet kimi istifadə edir və onlar sahiblərinin hər bir istəyini yerinə yetirirlər. Bu da belə dövlətlərdə demokratiyanı məhdudlaşdırır”.

Qeyd edək ki, "Şimal axını-2'' layihəsinin tikintisi davam etdirilir. Layihənin operatoru və ''Qazprom''un törəmə şirkəti olan ''Nord Stream 2 AG''nin məlumatına görə, indiyədək işlərin 95 faizdən çox hissəsi yekunlaşıb. Hazırda 121 kilometrlik ərazidə tikinti-quraşdırma işləri həyata keçirilir.

"Şimal axını-2'' Rusiyadan başlayaraq, Baltik dənizi vasitəsilə Almaniyaya ildə 55 milyard kubmetr qaz ötürəcək iki kəmərdən ibarət layihədir. ABŞ, Ukrayna və bir sıra Avropa ölkəsi onun icrasına qarşı çıxır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...