THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyan: "Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır"

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4089
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 aprel 2021 – Newtimes.az

"Ermənistanın xarici təhlükəsizliyinin əsası Rusiya ilə hərbi ittifaqdadır''.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.

"Ermənistan öz təhlükəsizliyini necə təmin etməlidir? Biz vurğulamalıyıq ki, Ermənistanın xarici təhlükəsizliyinin təməli Rusiya ilə hərbi ittifaqdadır və bu ittifaq imzalanmış müqavilələrlə müəyyən edilib. Bu kontekstdə Ermənistan-Rusiya ortaq qüvvələrinin formalaşması və hava hücumundan vahid müdafiə sisteminin yaradılması bizim üçün praktik əhəmiyyətə malikdir. Bu iki sistemin məntiqinə əsasən Ermənistana hücum Rusiyaya hücum deməkdir".

N.Paşinyan əlavə edib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının imkanlarının genişləndirilməsi və bu bazanın Sünik bölgəsində bir bölməsinin yaradılması müzakirə edilir.

"Bu müzakirələr çox səmərəlidir. Belə olan halda Rusiya sərhədçiləri Sünikdəki dövlət sərhədinin qorunmasında iştirak edəcək'', – deyə Ermənistanın Baş naziri əlavə edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...