THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Qazprom" Ermənistana qazı Azərbaycan ərazisindən ötürəcək

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5916
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 mart 2021 – Newtimes.az

Təmir işləri üç həftəyə qədər uzana bilər. İşlər bitdikdən sonra, qazın nəqli yenidən əvvəlki marşrut üzrə həyata keçiriləcək. Qazın Azərbaycan ərazisi ilə nəqli barədə müqavilə "Qazprom" və SOCAR arasında imzalanıb

Rusiya Ermənistana təbii qazı müvəqqəti olaraq Azərbaycan ərazisindən keçməklə nəql edəcək. Bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində həyata keçiriləcək təmir işləri ilə bağlıdır. Bu barədə Sputnik Azərbaycan "Qazprom Eksport"un mətbuat xidmətinə istinadən xəbər verir. Adı çəkilən kəmər vasitəsilə təbii qaz Ermənistana Gürcüstan ərazisindən ötürülür.

""Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən ötürüləcək. Martın 16-da "Qazprom Eksport" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bununla bağlı qısamüddətli müqavilə imzalayıblar", – deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Xəbərdə o da qeyd olunur ki, "Şimali Qafqaz – Zaqafqaziya" magistral qaz kəmərinin Rusiya ərazisindən keçən hissəsində aparılacaq təmir işləri dövründə təbii qaz Azərbaycan ərazisindən Gürcüstan sərhədinə qədər nəql olunacaq.

Təmir işlərinin müddəti üç həftəyə qədər çəkə bilər. İşlər yekunlaşdıqdan sonra qazın nəqli yenidən əvvəlki marşrut üzrə həyata keçiriləcək.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...