THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Levon Ter-Petrosyan Onik Qasparyanı dəstəklədi

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1351
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 mart 2021 – Newtimes.az

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyandan dərhal istefa verməyi tələb edən Baş qərargahı və onun rəisi Onik Qasparyanı dəstəkləyib. Virtualaz.org xəbər verir ki, Ter-Petrosyan ilur.am saytında dərc edilmiş məqaləsində generalların "dövlətçilik mövqeyindən çıxış etdiyini'' bildirib.

Keçmiş prezident hərbi komandanlığın narazılığını və ordunu de-fakto siyasi proseslərə çəkmək səylərini tam başa düşdüyünü yazır. "Bunun səbəbi isə baş nazirin alçaldıcı məğlubiyyətə görə ehtiyatsız şəkildə öz günahını ordunun üzərinə atmaq cəhdidir'', – o vurğulayıb.

Ter-Petrosyan bununla belə generalların özlərini "təmkinli aparmasını'' və bəzi qüvvələrin ordunu antikonstitusion hərəkətlərə çəkməsinə imkan verməməsini alqışlayır. O, hərbçilərin özünü belə aparmasını "dövlətçilik düşüncəsinin nümunəsi'' adlandırır və bildirir ki, generalların hərəkətləri xalqın həqiqi dəstəyinə layiqdir.

Bununla belə, Ter-Petrosyan digər keçmiş prezident Robert Köçəryanın hərbi çevrilişi "dövlətin sağlamlaşdırılması vasitəsi'' kimi təqdim etməsini təhlükəli adlandırıb və qınayıb.

Xatırladaq ki, ordunun Paşinyanın istefasını tələb etməsi baş nazirin "İsgəndər'' raketlərinin "partlamadığı, yaxud 10 faiz partladığı'' haqda dediklərindən sonra başlayıb. Belə ki, Paşinyan onun sözlərinə gülən Baş qərargah rəisinin müavini Tiqran Xaçatryanı vəzifəsindən azad edib. Buna cavab olaraq Onik Qasparyan və generallar bəyanatla çıxış edərək Paşinyanın adekvat qərarlar vermək iqtidarında olmadığını bildirib, onu dərhal istefaya çağırıb. Hazırda böhran davam edir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...