THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Aprel müharibəsini dayandırmaq üçün Serj Sarkisyan İlham Əliyevə vəd vermişdi ki..."

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1660
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 fevral 2021 – Newtimes.az

44 günlük İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan və təslim olan Ermənistanda daxili didişmələr davam edir. Virtualaz.org xəbər verir ki, bu dəfə keçmiş prezident və Qarabağ klanının liderlərindən Serj Sarkisyan danışmağa qərar verib və "kapitulyant'' adı verdiyi baş nazir Nikol Paşinyana qarşı geniş müsahibələr verməyə başlayıb.

Belə müsahibələrdən birində Serj Sarkisyan iddia edib ki, 2016-cı ilin aprelində hərbi əməliyyatların dayandırılması üçün Azərbaycan xahiş etmişdi. "Çünki Azərbaycan tərəfi güclü əks-hücumla qarşılaşdı və Rusiyaya müraciət etdi ki, müharibəni dayandırsın'', – Serj Sarkisyan belə deyib.

2016-cı ilin aprelində 4 günlük müharibənin niyə dayandırıldığı əslində çoxdan bəllidir və o zaman hücumda olan, düşmənin müdafiə xəttini iki istiqamətdən yarıb əlverişli yüksəkliklərdə möhkəmlənən Azərbaycan ordusunun məhz Ermənistan rəhbərliyinin Rusiyaya yalvarışları nəticəsində dayandırıldığı haqda bir çox mötəbər rəsmilər artıq danışıblar.

İndi isə Serj Sarkisyanı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ifşa edib. Bildirib ki, Sarkisyan aprel müharibəsinin dayandırılmasının səbəbi barədə yalan danışır və əslində müharibə onun xahişi ilə dayandırılıb. Sarkisyan Rusiya vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə vəd verib ki, işğal altındakı rayonların boşaldılmasına dair qrafiki təsdiq edəcək.

"Aprel müharibəsi erməni tərəfinin vədlərindən sonra dayandırıldı. Verilmiş vədlərin 2016-cı ilin yayında yerinə yetirilməsinə dair müəyyən qrafik də nəzərdə tutulurdu. Lakin həmin ilin yayında "Sasna tsrer'' qiyamı baş verdi və Serj Sarkisyan bundan istifadə edərək verdiyi vədlərin yerinə yetirilməsini 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətdən gedənə qədər uzatdı. Bu adam çoxsaylı vədlər verərək Ermənistanın üzərinə belə yük qoydu, sonra postunu tərk etdi və indi çıxıb deyir ki, "mən hansısa kağızı imzalamağa, hansısa addımı atmağa hazır idim''. Bununla belə mən dəqiq bəyan edirəm ki, onun verdiyi vədlər, yaratdığı dalan üzündən biz ciddi problemlərlə qarşılaşdıq'', – Qriqoryan bildirib.

Armen Qriqoryan Ermənistanın guya aprel müharibəsini udduğu haqda dediklərindən də təəccüblənir. "Sarkisyan deyir ki, güzəştə getməyə hazır idi. Lakin nəyə görə "müharibəni udduğunu'' deyən adam güzəştə getməlidir? Burada nəsə düz gəlmir'', – o deyib.

Sarkisyanın aprel müharibəsindən sonra hansı vədlər verdiyinə gəlincə Qriqoryan bildirib ki, bu haqda onun özü daha dəqiq danışa bilər. "Lakin aprel müharibəsi dayandırıldı və onun ardınca qrafik nəzərdə tutulmuşdu ki, verilən vədlər, əldə olunan anlaşmalar yerinə yetirilsin. Bu vədlər Azərbaycan tərəfini qane edirdimi? Əgər Azərbaycan müharibəni dayandırmışdısa deməli vədlər onu qane edirdi'', – o vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...