THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ərdoğan: Ankaraya qarşı bütün mümkün metodlardan istifadə olunur

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2559
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 fevral 2021 – Newtimes.az

''Türkiyə bu gün təkbaşına dünyanın meqalayihələrinin yarıdan çoxunu həyata keçirir''.

''Report'' ''Anadolu'' agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə uzun müddət məqsədyönlü inkişafı qarşısına hədəf qoymayıb.

Onun sözlərinə görə, vəziyyət Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlişi ilə dəyişib. "AKP-nin 18 illik idarəçiliyi altında Türkiyə bütün sahələrdə əhəmiyyətli nəticələrə nail oldu. Bu, xalqın hakimiyyətin siyasətinə verdiyi fəal dəstəyin və töhfənin nəticəsidir'', – Türkiyə lideri deyib.

Prezident vurğulayıb ki, Türkiyə hakimiyyəti nailiyyətlərlə kifayətlənməyəcək, ölkəni dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına çıxaracaq yeni böyük sərmayələr və layihələr planlaşdırır.

"Müasir Türkiyə iqtisadiyyatı süni intellektin inkişafına pay verildiyi yüksək texnologiyalara əsaslanan ölkədir. Bugünkü Türkiyə bəşəriyyət üçün yeni bir gələcəyin formalaşmasına töhfə verir'', – Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət rəhbəri qeyd edib ki, Türkiyənin düşmənləri ölkənin inkişafını əngəlləmək üçün istənilən vasitədən istifadə edirlər. ''Ankaraya qarşı bütün mümkün metodlardan istifadə olunur, o cümlədən ölkə daxilindəki təxribatçılardan və terror təşkilatlarından. Ölkəmizin inkişafına və mövqeyinin möhkəmlənməsinə, qlobal gücə çevrilməsinə mane olanlar ilk növbədə Türkiyədə həyata keçirilən layihələri hədəfə alırlar'', – dövlət başçısı əlavə edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...
Nəqliyyat yollarının sülhməramlıları
01 fevral 2021 Коммерсантъ

Nəqliyyat yollarının sülhməramlıları

Buzlar yanvarda əridi

Davamı...