THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Paşinyan bizi regional müharibəyə sürükləyəcək..."

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1432
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 yanvar 2021 – Newtimes.az

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsini gözləyən təhlükələr və baş nazir Nikol Paşinyan haqqında diqqətçəkən fikirlər səsləndirib.

O, erməni xalqının hakimiyyətə qarşı passiv reaksiya göstərməsindən gileylənib.

Zakaryan deyib: "Biz maraqlı insanlarıq. Amerikadakı xaosa elə qapılmışıq ki, sanki özümüzdə hər şey yaxşıdır. ABŞ və digərləri öz problemlərini bizsiz də həll edəcək. Ən yaxın zamanda bölgəmizdə taleyüklü hadisələr baş verəcək. Bu hadisələrdən ölkəni zərərsiz, hətta bir qədər faydalı şəkildə çıxarmaq üçün normal bir hökumətə ehtiyacımız var. İndi böyük problemimiz var – Nikolu və onun eybəcər hökumətini nəyin bahasına olursa olsun əvəzləmək. Onlar yalnız Azərbaycana faydalıdırlar. Paşinyanlı Ermənistan tamamilə əziləcək və tükənəcək. Bu, bir fərziyyə deyil, hər gün addım-addım gözümüzün qarşısında baş verən həqiqətdir. Ciddi və qətiyyətli addımlar atmalıyıq. Əminəm ki, müxalifət hər hansı bir açıq addım atsa, minlərlə insan Ermənistanı xilas etmək prosesinə qoşulacaq''.

Zakaryan xalq olaraq Nikolu inqilabla hakimiyyətə gətirməklə səhvə yol verdiklərini vurğulayıb.

"Nikola demək lazımdır: ''Sən Ermənistana lazım deyilsən, artıq ölkəmizə mümkün olan bütün zərərləri vurmusan. Tamamilə məhv olmaq istəmirik. Biz səhv etdik, çünki sənə inandıq''.

Heç olmasa səhvimizi düzəltməyə hazırlaşaq. Qarabağın təslim edilməsindən sonra, çox güman ki, Nikol bizi yeni bir regional müharibəyə sürükləyəcək. Bu, artıq günümüzdə aydın görünür. Paşinyan öz dərisini xilas etmək üçün hər şeyə hazır olan ən dəhşətli personajlardan biri olduğunu göstərməyi bacardı. Ölkə lideri öz qorxusu müqabilində torpaqdan imtina etməyə hazırdırsa, bu liderdən çoxdan xilas olmalı idik. 2020-ci ildə 10 noyabrdan bu günə qədər Nikolun hələ də istintaq təcridxanasında deyil, baş nazirin kabinetində olması hamımız üçün biabırçı haldır''.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...