
Bakı, 22 dekabr 2020 – Newtimes.az
ABŞ-ın "Foreign Affairs'' jurnalı özünün internet səhifəsində Qarabağda gedən 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun pilotsuz sistemləri necə uğurla tətbiq etdiyi haqda yazıb. Məqalədə Azərbaycanın Türkiyədən aldığı "Bayraktar TB2'' zərbə pilotsuz təyyarəsinin tətbiqinin müharibənin gedişatına təsiri barədə bəhs edilir.
''5 milyon dollar dəyərindəki Türk silahı (''Bayraktar TB-2'' zərbə pilotsuz aparatının bazar dəyəri 5 milyon dollardır – red.) Qarabağda 300 milyon dəyərindəki Rusiya silahını məhv etdi'', – jurnal Qarabağda Ermənistan ordusunun məhv edilmiş və dəyəri 300 milyon dollara yaxın olan S-300 zenit-raket diviziyonuna işarə ilə yazır. Bildirilir ki, Türkiyənin zərbə pilotsuz təyyarələri daha əvvəl Suriya və Liviyadakı hərbi əməliyyatların da gedişini dəyişdirmişdi.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...