THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çavuşoğlu: "Qarabağla bağlı üçtərəfli bəyanatın Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələri baxımından müsbət nəticələri var"

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2021
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 dekabr 2020 – Newtimes.az

"Biz ATƏT-in Minsk Qrupunun digər üzvlərini, xüsusilə də həmsədrləri siyasi motivli hərəkətlərdən çəkinməyə çağırırıq”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

"Bu gün biz ATƏT zonasında bir sıra münaqişələrə şahidlik edirik. Dağlıq Qarabağdakı vəziyyət bunlardan biridir. Türkiyə hər zaman beynəlxalq hüququn və legitimliyin tərəfində olub. Minsk Qrupunun üzvü olaraq biz bu münaqişənin davamlı həll yolunun tapılmasına verdiyimiz dəstəyə sadiqik. Biz hər zaman müdafiə etmişik ki, bu cür həll yolu beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT prinsiplərinə əsaslanmalıdır. Bu həll Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır. İndi Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ilə 30 ildən sonra davamlı sülh üçün imkan yaranıb. Bunun regional stabillik, həmçinin Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələri baxımından müsbət nəticələri var. Biz Minsk Qrupunun digər üzvlərini, xüsusilə də həmsədrləri siyasi motivli hərəkətlərdən çəkinməyə çağırırıq. Bu müzakirə edilmiş həll yoluna zərbə vura bilər”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...