THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1935
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 noyabr 2020 – Newtimes.az

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar bu günü təsadüfən seçməyiblər.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, tanınmış erməni generalı Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun Ermənistanın baş naziri Nikol Paşinyana yazdığı açıq məktubda belə deyilir.

İ.Xaçaturov qeyd edir ki, noyabrın 25-də Livan əsilli məşhur erməni terrorçusu Monte Melkonyanın doğum günüdür. Melkonyan 1993-cü ildə Kəlbəcər rayonunun işğalı əməliyyatına komandanlıq etmiş erməni komandirlərindən biri idi. Həqiqətən də, sosial şəbəkədə M.Melkonyanın başçılıq etdiyi erməni başkəsənlərinin bir qrupunun dinc azərbaycanlılara kinayə ilə müraciət edərək, Kəlbəcəri bir neçə saat ərzində tərk etməyi tələb etdiyi videokadrlar mövcuddur.

"O dünyada səni Monte qarşılayacaq və soruşacaq ki, sən erməni tarixinin sonuncu səhifəsini çevirən həmin eşşəksən?" – deyə Xaçaturov N.Paşinyana məktubunda yazıb.

İqor Xaçaturovun məktubu Kəlbəcər rayonunun bütün Qarabağ üçün hansı strateji rola malik olması barədə nümunələrlə doludur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...