THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hulusi Akar: "Bəzi problemlər Türkiyə-ABŞ münasibətlərinə kölgə salıb"

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1748
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 noyabr 2020 – Newtimes.az

"ABŞ-ın yeni administrasiyasındakı həmkarlarımızla yaxından əməkdaşlıq etməyi düşünürük".

APA-nın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir bildirib ki, üzdə olan bəzi problemlərin Türkiyə-ABŞ münasibətlərinə kölgə saldığı məlumdur.

"Məsələn, S-400 almağımız böyük bir problemə gətirib çıxarıb. Bu məsələdə niyyətimizin ancaq 83 milyon vətəndaşımızın və ölkəmizin havadan müdafiəsini təmin etmək olduğunu bildirmək istəyirəm. Bu mərhələyə açıq və şəffaf satınalma prosesindən sonra gəldik. Başqa nə etməyimizi gözləyirdilər? Əlavə olaraq F-35 texnologiyası təhlükəsizliyi ilə bağlı məsələ ABŞ üçün olduğu qədər Türkiyə üçün də eyni əhəmiyyətə malikdir. Bilirik ki, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığı var, ancaq biz bu narahatlıqları aradan qaldırmaqda istəkliyik. Nə olursa olsun, 70 illik iki müttəfiq arasındakı problemləri müzakirə edərkən təhdid dilindən və sanksiya ilə hədələməkdən çəkinmək lazımdır. Türkiyə NATO-nun işinə və əməliyyatlarına hərbi birliklərlə dəstək göstərən ilk beş, eyni zamanda, iqtisadi dəstək göstərən ilk səkkiz ölkədən biridir. 30 ölkənin üzvü olduğu ittifaqda fərqli fikir və münasibətlərin olması olduqca normaldır. NATO-nun gücü ittifaqın xeyrinə olan fikir ayrılıqlarının aradan qaldırılmasındadır. Türkiyə isə ittifaqın bütün dəyərlərini və məsuliyyətini paylaşaraq, əməliyyatlarda və təlimlərdə öhdəsinə düşən vəzifələri icra edərək NATO-nun mərkəzində yer almaqdadır", – deyə nazir vurğulayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...