THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putin yenə Qarabağ haqda danışdı: Kimsə razılaşmanı pozsa, müharibə olacaq!

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2896
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2020 – Newtimes.az

Rusiya Prezidenti Vladimir Putin Qarabağda Rusiya sülhməramlı missiyasının işi üzrə müşavirədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün daxili təhlükəsizlik və iqtisadiyyat baxımından vacibdir.

V.Putin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almağa kömək edən dəqiq və ahəngdar fəaliyyətini qeyd edib.

Prezident onu da qeyd edib ki, Dağlıq Qarabağda Rusiyanın bütün humanitar səyləri erməni və Azərbaycan xalqlarının rifahına yönəlməlidir.

Putin vurğulayıb ki, Rusiyanı Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələr bağlayır: "Bu, bizim üçün həm daxili siyasi ölçüyə malikdir, həm də daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından çox böyük maraq doğurur".

Putin bildirib ki, Rusiya Dağlıq Qarabağda humanitar məsələlərin həllinə YUNESKO-nun, həmçinin BMT-nin Uşaq Fondunun (YUNİSEF) qoşulacağına ümid edir. "Tarixi abidələrin və dini ziyarətgahların, özü də həm Azərbaycan, həm də erməni abidələrinin qorunması barədə xüsusi danışmaq istərdim", – deyə Rusiya dövlətinin başçısı bildirib.

Putin bildirib ki, Rusiya yaxın zamanlarda Dağlıq Qarabağda aktual, o cümlədən humanitar problemlərin həlli üçün bölgəyə böyük nümayəndə heyəti göndərəcək.

Rusiyalı lider xatırladıb ki, o həm Ermənistandakı, həm də Azərbaycandakı həmkarları ilə daim təmasda olur: "Biz hər iki liderlə razılığa gəldik ki, yaxın vaxtlarda Ermənistana və Azərbaycana bir sıra nazirlik və idarələrin rəhbərlərindən ibarət Rusiya nümayəndə heyəti göndəriləcək".

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...