THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Həmsədrlər Parisdə Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçirib

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1285
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 sentyabr 2020 – Newtimes.az

ATƏT-in Minsk qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) Parisdə məsləhətləşmələr aparıblar.

Trend ATƏT-in saytına istinadən məlumat verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər bu il iyulun ortalarında Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə xüsusi diqqət yetirərək bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Onlar tərəflərin mesajlarını və narahatlıqlarını diqqətlə nəzərdən keçirərək qiymətləndiriblər.

Həmsədrlər A.Kaspşik tərəfindən döyüş mövqelərindəki vəziyyət barədə məlumat alıb və monitorinqi bərpa etmək üçün etdiyi hərəkətləri alqışlayıblar.

Minsk qrupunun yaydığı bəyanatda deyilir ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqlara fəal və hərtərəfli kömək etməyə davam edirlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...