THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yunan Baş nazir Türkiyəyə ultimatum verdi – Bu tarixə qədər vaxtınız var...

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
657
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 sentyabr 2020 – Newtimes.az

Qonşumuzun (Türkiyənin) geri addım atması və böhrandan çıxış yolu tapması, yəni hasilat fəaliyyətinə son verməsi, 2016-cı ildə tərk etdiyi hasilatla bağlı danışıqlar masasına qayıtması üçün Avropa İttifaqının Zirvə görüşünə qədər vaxtı var.

"Türkiyənin geri addım atması və Yunanıstanla sərhədi olmayan dəniz bölgələrində qanunsuz fəaliyyətindən imtina etməsi üçün 24-25 sentyabr tarixlərində keçiriləcək Avropa İttifaqının Zirvə görüşünə qədər vaxtı var".  Sputnik Türkiyəxəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis bildirib.

"Avropa İttifaqı tərəfindən Yunanıstana və Kiprə verilən dəstək adi bir dəstək deyil. Bu, Avropanın strateji maraqlarının artıq xəritədə olmasını qəbul etməsidir. Qonşumuzun (Türkiyənin) geri addım atması və böhrandan çıxış yolu tapması, yəni hasilat fəaliyyətinə son verməsi, 2016-cı ildə tərk etdiyi hasilatla bağlı danışıqlar masasına qayıtması üçün Avropa İttifaqının Zirvə görüşünə qədər vaxtı var. Əgər razılığa gəlməzsək, Beynəlxalq Cəza Məhkəməsinə müraciət etmək kimi həll yolları hər zamanı mövcuddur", – Miçotakis Fransa, Yunanıstan, İtaliya, İspaniya, Kipr, Malta və Portuqaliya təmsilçilərinin iştirak ilə Korsika adasında Cənubi Avropa ölkələrinin Zirvə görüşündə çıxışı zamanı bildirib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq, geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerjidaşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir. Fransa isə öz növbəsində bu gərginlikdə Yunanıstan və Kipri dəstəkləyir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...