
Bakı, 6 iyul 2020 – Newtimes.az
Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Cozef Borel ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
Sonra nazir Mövlud Çavuşoğlu və Cozef Borel birgə mətbuat konfransı keçiriblər.
Türkiyə-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı fikir və mülahizələrini bölüşən nazir Mövlud Çavuşoğlu bildirib ki, ölkəsi Almaniyanın Aİ-yə rəhbərliyi dövründə mövcud problemlərin aradan qaldırılmasına böyük ümidlər bəsləyir. Türkiyə və Avropa İttifaqının bir-birinə ciddi ehtiyacı olduğunu diqqətə çatdıran nazir vurğulayıb ki, tərəflərdən kimin götürdüyü öhdəliyə necə yanaşması göz önündədir. Avropa İttifaqı Türkiyəyə bağlı qərarlarında və öhdəliklərinin icrasında ədalətli olmalıdır. Türkiyə bütün tərəflərlə əməkdaşlığa və dialoqa hazır, özünü müdafiə etməyə qadirdir.
Ortaq məqsədin Türkiyə-Avropa İttifaqı münasibətlərini yaxşılaşdırmaq olduğunu ifadə edən Aİ-nin ali nümayəndəsi müzakirə olunan məsələlərdən danışıb. Müzakirələrin açıq şəkildə və qarşılıqlı faydalı məcrada aparıldığını diqqətə çatdıran Aİ təmsilçisi Aralıq dənizindəki vəziyyət, regional proseslər, qaçqınlar problemi və digər məsələlərdə Türkiyənin narahatlığını anladığını vurğulayaraq bildirib ki, mövcud problemlərin hamısının həlli səmərəli dialoqdan keçir. Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacımız var.
Çıxışlardan sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...