THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tramp Putin və Səudiyyə kralı ilə neft mövzusunda "yaxşı söhbət" etdiyini açıqlayıb

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
23375
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 aprel 2020 – Newtimes.az

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman ilə "yaxşı söhbət" etdiyini söyləyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, jurnalistlər qarşısında açıqlama verən ABŞ lideri qeyd edib ki, "OPEC+" neft qiymətlərini sabitləşdirmək üçün hasilatı azaltmağa dair razılaşmaya yaxındır: "Çox yaxşı söhbətimiz oldu. Görək, nə baş verəcək. Bildiyiniz kimi, OPEC bu gün bir araya gəldi. Deyərdim ki, razılaşma yaxınlaşır. Tezliklə müsbət həlli tapacağıq".

Son "OPEC+" sazişinin yaxın günlərdə elan ediləcəyini vurğulayan Ağ Ev rəhbəri bildirib ki, liderlərlə söhbət bir saatdan çox davam edib.

Tramp əlavə edib ki, ABŞ aşağı neft qiymətlərində maraqlı deyil, çünki bu, qlobal tənəzzülə səbəb olur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...