
Bakı, 7 oktyabr 2019 – Newtimes.az
"ABŞ-ın mənasız, axmaq, sonu olmayan müharibələrdən çıxmasının vaxtı gəlib".
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"Vəzifə səlahiyyətlərimin icrasına başlayanda İŞİD bölgədə təsiredici gücə malik idi. Biz onları 100 faiz məğlub etdik. Qoy indi İŞİD-lə Türkiyə, Suriya, İran, Rusiya və kürdlər maraqlansın", – deyə ABŞ prezidenti ölkə hərbçilərinin Türkiyə ilə sərhəd bölgəsindən çəkilməsi ilə bağlı açıqlamasında bildirib.
Qeyd edək ki, D.Trampın ABŞ hərbçilərinin Suriya-Türkiyə sərhədindən çıxması barədə verdiyi əmr icra edilir.
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...