THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə Prezidenti: "Şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açacağıq"

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
855
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 sentyabr 2019 – Newtimes.az

"Suriya ilə sərhəddə təhlükəsiz zonayla bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlara Avropanın qapılarını açacağıq. Bu yükü ancaq biz çəkməliyik?! Qaçqınlarla bağlı məsələdə başda Avropa İttifaqı olmaqla, yetərli dəstək almadıq''.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirilən genişləndirilmiş iclasda deyib.

Prezident bildirib ki, 8 ildir Türkiyədə 3 milyon 650 nəfər suriyalı məskunlaşıb.

O qeyd edib ki, Qərbdəki bəzi dövlətlər kimi, ancaq 50, 100 qaçqına sığınacaq verilməyib: ''İndiyə qədər qaçqınlara xərclənən vəsaitin həcmi 40 milyard dolları ötüb. Avropa İttifaqının vəsaiti bizim büdcəmizə deyil, beynəlxalq təşkilatlara yönləndilir. Bu da ümumilikdə 3 milyard avro edər, ya etməz. Onlar verdikləri vədləri pozdular. Təhlükəsiz zona mövzusunda ABŞ, Rusiya və Almaniya ilə də danışıqlarımız davam edir. Bizə təklifiniz gözəldir deyirlər, amma əməli işə gələndə, buna əməl etmirlər. Biz yenə də təklifimizdə israrlıyıq. Əfqanıstandan gələn qaçqınlar da var, bunu da nəzərə almırlar. O zaman biz də qaçqınlar üçün Avropanın qapılarını açmaq məcburiyyətində qalacağıq''.

Qeyd edək ki, bu ilin 5-7 avqust tarixlərində Türkiyə və ABŞ-dan olan hərbçilərin Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı görüşlər keçirilib. Türkiyə Müdafiə Nazirliyində keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zona yaradılması barədə razılıq əldə olunub. ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyədə Müştərək Hərəkat Mərkəzinin qısa müddətdə yaradılması haqda razılıq əldə olunub.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...