THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya və Çin ABŞ-a qarşı: BMT-yə müraciət edildi

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
60433
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 avqust 2019 – Newtimes.az

Rusiya və Çin ABŞ-ın orta mənzilli raketlər yaratmaq və yerləşdirmək planlarına görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq qərarına gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Rusiyanın BMT-də daimi nümayəndəsinin vəzifələrini icra edən Dmitri Polyanski deyib.

Polyanski iclasın çərşənbə axşamı baş tutacağını bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın səsdən sürətli uça bilən raketi layihələndirdiyinə dair məlumat yayılıb. Məlumata görə, raketin ballistik döyüş başlığı özünün təsir radiusuna görə avqustun 2-də qüvvədən düşmüş "Orta və Qısa Mənzilli Raketlərin Ləğvinə Dair Saziş"ə əsasən qadağa altına düşməli idi.

Bundan başqa, bazar ertəsi Pentaqon yeni qanadlı raketini sınaqdan keçirdiyini bəyan edib. Bu raket də sözügedən müqavilə çərçivəsində qadağa altına düşən silahların siyahısında idi.

Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib.

Saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idilər.

2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq, 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandıracağını bəyan edib.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...