THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ali Lider: İran Britaniyanın piratlığını cavabsız qoymayacaq

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
306
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 iyul 2019 – Newtimes.az

İranın Ali Lideri Ayətullah Əli Xamneyi ölkəsinə məxsus neft tankerini saxlayan Böyük Britaniyanı piratlıqda ittiham edib və İranın bunu cavabsız qoymayacağını deyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ali Liderin ofisindən edilən şərhdə deyilir. "Britaniya piratlıqla məşğul olur və gəmimizi oğurlayır. Əvvəlcə cinayət törədirlər, daha sonra qanuni don geydirirlər. İran və bu rejimə inananlar bunu cavabsız qoymayacaqlar. Yer və vaxtı gəldikdə müvafiq cavabı verəcəklər", – deyə məlumatda deyilir.

Xatırladaq ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bununla bağlı "Twitter" səhifəsində belə yazmışdı: "İran nə Avropa İttifaqına (Aİ) üzvdür, nə də Avropanın neft sanksiyasına tabedir. Bildiyimə görə, Avropa İttifaqı transsərhəd məhkəmə hakimiyyətinin tətbiqinə qarşıdır. Britaniyanın "B komandası" adına İranın neft yüklü tankerini qanunsuz saxlaması piratlıqdır. Bu təhlükəli bir presedentdir və dərhal ləğv edilməlidir".

Qeyd edək ki, iranlı nazir ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu, İsrailin Baş Naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudu və Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı "B komandası" adlandırır.

Cəbəllütariq muxtar hökumətində saxlanılan və Suriyaya neft nəqlində şübhəli bilinən tanker İran xam neftini daşıyırmış. Bununla bağlı Böyük Britaniyanın İrandakı səfiri Rob Macaire İran Xarici İşlər Nazirliyinə çağırılıb. Cəbəllütariq muxtar hökumətinin başçısı Fabian Picardo hökumət qüvvələrinin neftin Suriyaya çatdıracağından şübhələndikləri tankeri saxladığını və yükün nəzarətə götürüldüyünü deyib. "Grace 1" tankeri Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə Böyük Britaniya dəniz qüvvələrinin iştirakı ilə saxlanılıb.

İspaniyanın Xarici İşlər naziri Josep Borrell əməliyyatın ABŞ-ın Britaniyadan istəyi əsasında həyata keçirildiyini deyib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi isə "Twitter" səhifəsində yazıb ki, tanker Britaniya dəniz qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.

İranın mühafizəkar qrupları tankerin saxlanmasına cavab olaraq rəsmi Londonu Britaniya gəmilərinə qarşı adekvat addımın atılacağı ilə bağlı hədələyib.

Rusiya Xarici İşlər Nazirliyi də İran neftini daşıyan tankerin Britaniyaya məxsus Cəbəllütariq muxtar hökumətində saxlanılmasını pisləyib.

Aİ 2011-ci ilin sonunda Suriyaya qarşı sanksiya qərarı qəbul edib və neft embarqosu daxil olmaqla sanksiyaların müddəti 2020-ci il iyunun 1-dək uzadılıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...