THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Həsən Ruhani: ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
365
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 aprel 2019 – Newtimes.az

Birləşmiş Ştatların dünya neft bazarına nəzarət edəcək gücü yoxdur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasına münasibət bildirərkən deyib.

ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı planının reallaşmayacağını və İranın müxtəlif yollarla neft satışını davam etdirəcəyini vurğulayan Həsən Ruhani bildirib: ''ABŞ-ın dünya neft bazarına nəzarət edəcək gücü yoxdur. Amerikalılar bu barədə yanılırlar. Bu təşəbbüslərlə müxtəlif xalqlara, neft şirkətlərinə, hətta öz vətəndaşlarına zülm edirlər''.

O, ABŞ-ın təzyiqlərə son verəcəyi və üzr istəyəcəyi təqdirdə danışıqlar masasına otura biləcəklərini deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Ağ evin məlumatında deyilir ki, D.Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi ötən il noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunurdu.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...