THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

General Ter-Tadevosyan: Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil

Siz buradasınız: Əsas səhifə »» Aktual »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
589
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 aprel 2019 – Newtimes.az

Ermənistanda bir il əvvəl "məxməri inqilab"ın yaratdığı eyforiya artıq sona çatıb. Ölkədə keçirilən aksiyalarda narazı vətəndaşlar məyus olduqlarını tez-tez dilə gətirirlər. Hətta Paşinyan hakimiyyətinə dəstək verən qüvvələr də onun siyasətini və komandasını sərt tənqid etməyə başlayıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu fikirlər Ermənistan ordusunun generalı Ter-Tadevosyanın ölkənin müdafiə nazirinin ünvanına səsləndirdiyi bəyanatda yer alıb. O, David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edib ki, Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır. Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil.

"Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə salmasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir... Bunlar sadəcə qığılcımdır", – deyə Ter-Tadevosyan vurğulayıb.

Bundan başqa, Ermənistan xüsusi istintaq komitəsi eks-prezidentlər Robert Koçəryan və Serj Sarkisyanın yaxın ətrafı ilə bağlı araşdırmaları gücləndirib. Sarkisyanın yaxın qohumu keçmiş deputat, İnterpol tərəfindən axtarışda olan general Mihran Poğosyan küllü miqdarda valyutanın xaricə çıxarılmasında şübhəli bilinir. Ona qarşı cinayət işi açılıb. Hazırda Latın Amerikasında yaşayan sabiq general barəsində deyilənləri təkzib edib və Ermənistana bir daha qayıtmaq fikrində olmadığını bildirib. Xüsusi istintaq komitəsinin sədri "1 mart" hadisələri ilə bağlı həbsdə saxlanılan Robert Koçəryanın vəkillərinin ali və apelyasiya məhkəmələrinə şikayətlərini əsassız sayıb.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...